|
Yüksəkkeçiriciliyə malik materiallar
|
bet | 6/11 | Sana | 19.01.2024 | Hajmi | 1,59 Mb. | | #140899 |
Bog'liq movzu 2 (2)Yüksəkkeçiriciliyə malik materiallar
Bu qrupa normal şəraitdə xüsusi müqaviməti 0,1 mk Om-m-dən böyük olmayan keçiricilər aid edilir. Bu materiallar arasında ən geniş yayılanı mis və alüminiumdur (cədvəl 2.2).
Mis. Keçirici material kimi, misin geniş yayılmasını təmin edən onun aşağıdakı üstünlükləridir:
1) xüsusi müqaviməti kicikdir (bütün metallardan yalnız gümüşün xüsusi müqaviməti misə nisbətən bir qədər kiçikdir);
2) mexaniki möhkəmliyi kifayət qədər yüksəkdir;
3) əksər hallarda korroziyaya davamlılığı qənaətbəxşdir (hətta yüksək nəmlik şəraitində mis havada zəif cksidləşir, nəinki, məsələn, dəmir və misin intensiv oksidləşməsi yalnız yüksək temperaturlarda başlayır);
4) asan emal olunur - misdən yayma üsulu ilə vərəq və lentlər, dartma yolu ilə isə diametri mikronlarla ölçülən naqillər almaq mümkündür;
5) lehimlənməsi və qaynaq olunması asandır.
Alüminium. Əhəmiyyətinə görə misdən sonra ikinci keçirici materialdır. Gümüşü-ağ rənglidir və yüngül metallar içərisində ən vacibi hesab olunur. Alüminiumun xüsusi müqaviməti misinkinə nisbətən 1,6 dəfə böyükdür, lakin alüminium misdən 3,5 dəfə yüngüldür. Buna görə də en kəsik sahəsinin böyük olmasına baxmayaraq, eyni müqavimətli və uzunluqlu alüminium naqil mis naqilə nisbətən iki dəfə yüngüldür. Eyni zamanda, alüminium təbiətdə daha çox yayılmışdır və ucuzluğu ilə xarakterizə olunur. Qeyd olunan xüsusiyyətlər alüminiumdan elektrotexnikada geniş istifadə olunmasına şərait yaradır. Alüminiumun çatışmayan cəhəti onun mexanikimöhkəmliyinin aşağı olmasıdır
İfratkeçirici və kriokeçirici metallar
Mütləq sıfra yaxın temperaturlarda metalların (metal ərintilərinin) müqavimətinin sıçrayışla sıfra düşməsi ifratkeçiricilik hadisəsi, bu cür hala keçidə uyğun gələn temperatur isə kritik temperatur Tik adlanır. Bu hadisəni ilk dəfə 1911-cu ildə holland fiziki Kamerlinq- Onnes heliumu mayeləşdirdikdən sonra civənin elektrikkeçiriciliyinin temperaturdan asılılığını tədqiq edərkən kəşf etmişdir.
|
| |