Elektron texnikasi materiallari və elementləRİn təDQİqat üsullari




Download 1,59 Mb.
bet8/11
Sana19.01.2024
Hajmi1,59 Mb.
#140899
1   2   3   4   5   6   7   8   9   10   11
Bog'liq
movzu 2 (2)

Qurğuşun. Bozumtul rəngli metaldır. İrikristallik quruluşa malikdir; səthi azot turşusu ilə kimyəvi üsulla aşındırıldıqda onun kristalları adi gözlə də görünür. Qurğuşun yumşaq və plastik möhkəmliyi aşağı olan metaldır:
Qalay. Aydın ifadə olunan kristallik quruluşlu, gümüşü-ağ rəngli metaldır. Qalaydan olan çubuq əyildikdə, kristalların bir-birilə sürtünməsi nəticəsində çatırtı (cırıltı) eşidilir. Qalay - yumşaq, uzana bilən metaldır; yayma üsulu ilə nazik folqa almaq mümkündür. Dartılmada qalayın mexaniki möhkəmliyi 16-dan 30 MPa-a qədər olur. Tetraqonal sistemdə kristallaşan adi ağ qalaydan başqa, onun şəklini dəyişmiş digər növü də , boz tozvarı qalay mövcuddur
Kadmium gümüşü ağ rəngli metaldır, təmizlik dərəcəsinə görə bir neçə növü vardır; ən yüksək təmizlik dərəcəsi 99,997 % təşkil edir; elektrovakuum texnikasında fotoelementlərin hazırlanmasında istifadə olunur. Kadmium lehimlərin, tuncun tərkibinə daxildir, qalvanik elementlərin hazırlanmasında və atom reaktorlarda ləngidici qismində tətbiq edilir.
Sink metallurgiya üsulu ilə alınmış və elektrolitik yolla təmizlənmiş parlaq metaldır. Yüksək səviyyədə təmizlənmiş sinkin tərkibində 99,99 %-dən az olmayaraq Zn, 0,01 %-dən çox olmayaraq aşqarlar (Pb, Fe, Cd, Cu) olur. Otaq temperaturunda sink kövrəkdir; 100°C -yə qədər qızdırıldıqda dartıla bilmə qabiliyyəti əldə edir və plastik olur; 200°C-dən yuxarı qızdırıldıqda yenidən kövrəkləşir. Sink latunun tərkib hissəsidir, qoruyucu örtük kimi istifadə olunur, ondan qalvanik elementlərin elektrodları hazırlanır. Bundan başqa, sink fotoelementlərdə, kiçikölçülü metallokağız kondensatorlarda kağızın metallaşdırılmasında (kağız lentin səthinə nazik sink təbəqəsinin çökdürülməsi) tətbiq edilir. Kağızın səthinə metal təbəqənin çökdürülməsi sinkin vakuumda 600° C- də buxarlanması yolu ilə əldə edilir.
Civə otaq temperaturunda maye halında olan yeganə metaldır (cədvəl 2.6); kinovarın (qırmızı mineral - HgS (civə (II) sulfid)) 500° C-yə yaxın temperaturlarda termiki parçalanmasından alınır, çoxpilləli təmizləməyə uğradılır, sonda vakuumda 200° C-də destilə edilir. Civə asan buxarlanır, otaq temperaturunda buxarının təzyiqi yüksəkdir. Adi və inert qazlara nisbətən onun buxarının ionlaşma potensialı xeyli aşağıdır. Bu xüsusiyyətinə görə civə buxarlarından qazboşaldıcı cihazlarda istifadə edilir. Civə havada yalnız onun qaynama temperaturuna yaxın temperaturlarda oksidləşir.
Indium aşağı ərimə temperaturuna (156OC) malik metaldır; tranzistorların və yarımkeçirici diodların istehsalında kontakt materialı kimi tətbiq olunur; yarımkeçiricilərə akseptor aşqarı qismində əlavə edilir.
Qallium otaq temperaturuna yaxın temperaturda (cəd-vəl 2.6) əriyən metaldır; yarımkeçiricilər texnikasında germanium üçün legirləşdirici aşqar kimi istifadə olunur.
Qələvi metallar - maqnezium, alüminium, sink, qalay, qurğuşun, kadmium, platin, qızıl və gümüş civədə həll olaraq amalqamalar əmələ gətirir. Mis və nikel civədə zəif həll olur.
Volfram, dəmir və tantal civədə həll olunmadığından, içərisində civə olan cihazların metallik armaturu bu elementlərin birindən hazırlanır. Civədən civə
düzləndiricilərində, civə lampalarında və qazboşaldıcı cihazlarda, gündüz işıq lampalarında maye katod, həmçinin relelərdə civə kontaktları kimi istifadə edilir. Civə, onun ərintiləri və buxarları çox zəhərli və zərərlidir.
Xrom yer qabığında geniş yayılmış elementdir, oksidləşməyə qarşı çox davamlıdır; bir çox məmulatların oksidləşmədən qorunmasında qoruyucu örtük kimi, o, cümlədən yüksək temperaturlarda istismar edilmək üçün istifadə olunur.

Download 1,59 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11




Download 1,59 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektron texnikasi materiallari və elementləRİn təDQİqat üsullari

Download 1,59 Mb.