• Xromnikel ərintiləri
  • Termocütərintiləri.
  • Rezistor və qızdırıcicihazlar üçün yüksək müqavimətli ərintilər




    Download 1,59 Mb.
    bet10/11
    Sana19.01.2024
    Hajmi1,59 Mb.
    #140899
    1   2   3   4   5   6   7   8   9   10   11
    Bog'liq
    movzu 2 (2)

    Rezistor və qızdırıcicihazlar üçün yüksək müqavimətli ərintilər


    Yüksək müqavimətli ərintilər normal şəraitdə xüsusi müqaviməti 0,3 mkOrn-m-dən az olmayan keçirici materiallardır. Onlardan elektrik ölçü cihazlarının, nümunəvi rezistorların, reostatların və elektrikqızdırıcı qurğuların hazırlanmasında istifadə olunur. Elektrikölçmə texnikasında istifadə edildikdə bu ərintilərə olan tələblər: xüsusi müqavimətinin yüksək, xüsusi müqavimətin temperatur əmsalının mümkün qədər kiçik, həmçinin misə nisbətən termoelektrik hərəkət qüvvəsinin qiyməti də az olmalıdır.
    Manqanin elektrik ölçü cihazları və nümunəvi rezistorlar üçün mis əsaslı ərintidir. Təxmini tərkibi və xassələri: Cu 85 %, Mn 12 %, Ni 3 %; ərintinin adı onun tərkibində manqanın olmasından irəli gəlir (latınca manqanium); tərkibində misin çox olması ona sarımtıl rəng verir;
    Konstantan mis-nikel ərintisidir. Tərkibi: 60 % Cu və 40 % Ni; bu tərkib Cu-Ni sistemində />nun kifayət qədər yüksək qiymətində onun ccp-nun minimumunu təmin edir. «Konstantan» adı temperatur dəyişdikdə />nun praktiki olaraq sabit qalması ilə izah olunur.
    Xromnikel ərintiləri (nixrom). Bu ərintinin optimal tərkibi aşağıdakı kimidir: 61 % Ni, 15 - 18 % Cr, 1,5 % Mn, yerdə qalanı Fe və ya 75 - 78 % Ni, 20 - 23
    %Cr, 1,5 % Mn, yerdə qalanı Fe-dur. Bu ərintilərdən elektrik sobalarının, plitkaların, lehim alətlərinin və s. hazırlanmasında istifadə olunur; diametri 0,02 mm olan naqillər, eləcə də 0,1 x1,0 ттvə daha böyük lentlər hazırlanır.
    Termocütərintiləri. Bir çox qeyri-metallik materiallar (birinci növbədə yarımkeçiricilər) termoelektrik termometriyada müvəffəqiyyətlə istifadə olunması üçün böyük potensiala malikdirlər. Lakin onların alınma texnologiyası mükəmməl olmadığından, termocütlərin çox əksər hissəsi metallik komponentlərdən hazırlanır. Bu məqsədlə ən çox işlənən ərintilər bunlardır:
    1) kopel (56 % Cu və 44 % Ni);
    2) alümel (95 % Ni, yerdə qalanı Al, Si və Mn);
    3) xromel (90 % Ni və 10 % Cr);
    4) platinorodium (90 % Pt və 10 % Rh).
    Şəkil 2.10-da nisbətən geniş tətbiq olunan termocütlərin termo EHQnin, isti və soyuq lehim yerlərinin temperaturlar fərqindən asılı olaraqdəyişməsi göstərilmişdir.
    Şəkil 2.10. Termocütlər üçün termo EHQ -nin temperatur fərqindən asılılığı; termocütiər: 1 - xromel- kopel; 2 - dəmir-kopel; 3 - mis-kopel; 4 - dəmir-konstantan; 5 - mis- konstantan; 6- xromel-alümel 7-platinorodium-platin

    Download 1,59 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   11




    Download 1,59 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Rezistor və qızdırıcicihazlar üçün yüksək müqavimətli ərintilər

    Download 1,59 Mb.