|
) Müxtəlif təyinatlı metallar 5) Nəcib metallar
|
bet | 3/11 | Sana | 19.01.2024 | Hajmi | 1,59 Mb. | | #140899 |
Bog'liq movzu 2 (2) 4) Müxtəlif təyinatlı metallar 5) Nəcib metallar 6) Rezistor və qızdırıcı cihazlar üçün yüksək müqavimətli ərintilər 7) Lehimlər və flüslər Dərsin Hədəfləri Bu dərsi bitirdikdə - Keçiricilər haqqında ümumi məlumat
- Metalların əsas xassələri
- Yüksəkkeçiriciliyə malik materiallar
- Müxtəlif təyinatlı metallar
- Nəcib metallar
- Rezistor və qızdırıcı cihazlar üçün yüksək müqavimətli ərintilər
- Lehimlər və flüslər
Öyrənmiş olacaqsınız. Müvəffəqiyyətlər diləyirik!..
KEÇİRİCİ MATERİALLAR
- Elektrik cərəyan keçiriciləri bərk cisim, maye və xüsusi şəraitdə qazlar ola bilər.
- Bərk keçiricilərə metallar, metal ərintiləri və karbonun bəzi modifikasiyaları aiddir.
- Metallar elektrik cərəyanını və istiliyi yaxşı keçirən, onlara məxsus parıltıya malik plastik maddələrdir. Elektrotexnika və elektron texnikası materialları arasında metallar xüsusi yer tutur.
- Maye keçiricilərə ərimiş halda olan metallar və müxtəlif elektrolitlər daxildir. Civə istisna olmaqla, bir qayda olaraq, bütün metalların ərimə temperaturu yüksəkdir (civənin ərimə temperaturu mənfi 39°C-dir). Ərimə temperaturu otaq temperaturuna nisbətən yaxın olan (29,8°C) bir metal da qalliumdur. Digər metallar yalnız yüksək və çox yüksək temperaturlarda maye keçiricilər ola bilər.
- Bərk və maye halında metallardan elektrik cərəyanının keçmə mexanizmi sərbəst elektronların hərəkəti ilə müəyyən olunur; onlar elektron elektrikkeçiricili və ya birinci növ keçiricilər adlanır.
Elektrolitlərə və ya ikinci növ keçiricilərə turşuların, qələvilərin və duzların məhlulları (əsasən sulu), eləcə də ionlu birləşmələrin ərintiləri aiddir. Bu növ keçiricilərdən elektrik cərəyanı keçdikdə elektrik yükləri ilə birlikdə molekulların (ionların) bir hissəsinin daşınması müşahidə olunur, nəticədə elektrolitin tərkibi tədricən dəyişir və elektrodlarda elektroliz məhsulu toplanır.
Bütün qazlar və buxarlar, o cümlədən metal buxarla rı elektrik sahə gərginliyinin kiçik qiymətlərində dielektrik hesab edilir. Lakin müəyyən bir kritik qiymətdən yuxarı gərginliklərdə qazlarda zərbə və fotoionlaşma baş verir və onlar keçirici olur. Bu keçiricilik elektron və ion xarakterli ola bilər.
Ümumiyyətlə, keçiricilərdə elektrikkeçiriciliyinin növü sərbəst yükdaşıyıcıları ilə müəyyənləşir (məsələn, elektron elektrikkeçiriciliyində yükdaşıyıcıları sərbəst elektronlar, ion elektrikkeçiriciliyində isə müsbət və mənfi ionlardır).
Güclü ionlaşmış qaz elektronların və müsbət ionların konsentrasiyasının bərabərlik halında plazma adlanan xüsusi keçiricilik mühiti hesab olunur
|
| |