|
Elektron texnikasi materiallari və elementləRİn təDQİqat üsullari
|
bet | 9/11 | Sana | 19.01.2024 | Hajmi | 1,59 Mb. | | #140899 |
Bog'liq movzu 2 (2)
Nəcib metallara kimyəvi dayanıqlığı ən yüksək olan metallar: qızıl, gümüş, platin və palladium aiddir. Onlara təbiətdə təbii halda külçə şəklində və müxtəlif filizlərin tərkibində rast gəlinir. Metallurji, kimyəvi və elektrolitik emal nəticəsində çox yüksək saflığa malik metal almaq müm-kündür:
qızıl - 99,998 %; gümüş - 99,999 %;
platin - 99,9998 %; palladium - 99,94 %.
Qızıl yüksək plastikliyə malik, sarı rəngli parlaq metaldır. Qızıl məftilin dartılmada mexaniki möhkəmliyi 150 МРа,qırılmada nisbi uzanması isə 40 % civarındadır. Elektrotexnika və elektron texnikasında qızıldan kontakt materialı, yüksəktezlik rezanatorlarınınvə dalğaötürücülərinin daxili səthlərində korroziyayadavamlı örtük materialı kimi istifadə edilir. Kontakt materialı kimi qızılın nəzərəçarpacaq üstünlüyü atmosfer şəraitində həm otaq temperaturunda, həm də qızdırıldıqda onun səthində sulfid və oksid pərdələrinin yaranmamasıdır. Nazik qızıl pərdələrdən fotorezistor və yarımkeçirici fotoelementlər üçün yarımşəffaf elektrodların hazırlanmasında, həmçinin pərdəşəkilli mikrosxemlərdə kontakt sahələrində və birləşdirici xətlərdə istifadə olunur. Qızılın alüminiumla kontaktında tədricən böyük xüsusi müqavimətə və kövrəkliyə malik, intermetallik birləşmələr yaranır. Buna görə də qızıldan və gümüşdən olan pərdəşəkilli kontaktlar etibarsızdır.
Gümüş parlaq metaldır, otaq temperaturunda oksidləşməyə davamlıdır; bütün metallar içərisində xüsusi müqaviməti ən kiçik olan keçiricidir (cədvəl 2.6).
Gümüş məftillərin dartılmada mexaniki möhkəmliyi 200 МРа,qırılmada nisbi uzanması isə 50 %-dir. Gümüş elektrotexnikada kontakt materialı kimi geniş tətbiq edilir. Onun xüsusi istiliktutumunun, istilikkeçiriciliyinin və elektrikkeçiriciliyinin qiymətinin böyük olması, başqa metallarla müqayisədə kontaktın az qızmasını və kontakt nöqtələrindən istiliyin tez ötürülməsini təmin edir. Gümüşdən, həmçinin keramik və slyuda kondensatorların istehsalında, dielektrikin səthinə bilavasitə elektrod çəkmək üçün istifadə olunur. Yüksək keçiricilik yaratmaq üçün dalğaötürücünün daxili səthi gümüşlə örtülür.
Platin oksigenlə praktiki olaraq birləşməyən metaldır və kimyəvi reaktivlərə çox davamlıdır; asan mexaniki emal olunur, dartma üsulu ilə çox nazik məftil və lent almaq mümkündür. Platin məftilin, tabıalındıqdan sonra, mexaniki möhkəmliyi 150 МРа-layaxındır, nisbi uzanması isə 30 - 35 % təşkil edir. Platindən əsas etibarı ilə yüksək temperaturların (1600° C-yə qədər) ölçülməsi üçün termocütlərin hazırlanmasında (platino-rodium ərintisi ilə cütlükdə) istifadə olunur.
Palladium bir çox xüsusiyyətlərinə görə platinə yaxındır və bəzi hallarda onu əvəzləyir. Palladium elektrovakuum texnikasında hidrogenin udulması üçün istifadə olunur. Palladium və onun gümüş, eləcə də mislə ərintisi kontakt materialı hesab olunur. Pahadiumun mexaniki xassələri yüksəkdir: tabıalınlmış halda era = 200 MPa,nisbi uzanması A t /t = 40 %-ə qədərdir.
|
| |