Elektronika – elm, texnika, istehsalat sahəsi olub, elektron vasitələrinin (EV) işlənibhazırlanması, tədqiqi və onlardan istifadə olunması prinsiplərini əhatə edir




Download 0,7 Mb.
bet23/26
Sana10.01.2024
Hajmi0,7 Mb.
#134372
1   ...   18   19   20   21   22   23   24   25   26
Bog'liq
RƏQƏM TEXNİKA Aviasiya DİA üçün

Nanoelektronika haqqında qısa məlumat.
Nanoelektron elementləri

N a n o e l e k t r o n i k a—elm və texnikanın keçən əsrin 80-cı illərində yaranmış yeni bir sahəsi olub, materiyanın çox kiçik ölçülərində (onlarla nanometr; 1 nm=10-9m ) atom və molekulyar səviyyəsində manipulyasiyası (dəyişdirilməsi) ilə məşğul olan bir elmdir. Bu elm son zamanlarda bərk çisimlər fizikasında, kvant elektronikasında, fiziki kimyada və yarımkeçiriçilər elektronikası texnoloqiyasında baş verən nailiyyətlərə əsaslanaraq formalaşmışdır. Nanotexnoloqiya hər şeyi kökündən dəyişməyə qadirdir; hesablama texnikasından başlamış tibb və hərbi texnikaya kimi.


Hazırda nanofizikada bir-birindən fərqli iki istiqamət mövcuddur.B i r i n c I istiqamət materialşünaslıqdır və hazırda bu sahə çox böyük sürətlə inkişaf edərək artıq praktiki nəticələr verməyə başlamışdır.Nanostrukturlu metalların möhkəmliyini adi metallara
nisbətən 1,5-2 dəfə, bəzi hallarda isə hətta 3 dəfə, bərkliyini 50-70 dəfə, korroziyaya qarşı davamlığını 10-12 dəfə artırmaq mümkün olmuşdur.
İ k i n c I istiqamət isə şərti olaraq «mezoskopiya» adlanır. Bu termin «makro» və «mikro» arasında ortalıq deməkdir. Burada nanoölçülü hissəciklərin xassələrinə baxılır. Bu hissəciklər atomlar kimi diskret spektrə malik olduğundan bunlara süni atomlar da deyirlər. Nanohissəciyin üzərinə elektron düşdükdə və ya ondan elektron qopduqda cərəyana görə «Kulon bloklanması» deyilən effekt baş verir ki, bu da bir elektronla dövrəni açıb bağlamağın mümkünlüyini yaradır. Hazırda bu effekt əsasında bir elektronla işləyən tranzistor mövcuddur. Belə cihazın hazırlanmasının mümkünlüyünü nəzəri olaraq 1958-ci ildə Yaponiya alimi L.İsaki tərəfindən göstərilmiş, 1986-cı ildə rus alimləri K.K.Lixaçov və D.V.Averin tərəfindən həyata keçirilmişdir.
Məlum olduğu kimi, hazırda inteqral mikrosxem texnologiyası ölçüləri 0,13-0,10 mkm-dən kiçik olan elementləri hazırlamağaimkan vermir. Bu müəyyən səbəblərlə—mikroskopik həçmlərdə aşqarların paylanmasının statik xarakterə malik olması, mikrosxemlərin hazırlanma texnologiyasının, xüsusilə işıq litoqrafiyanın imkanları və s. ilə bağlıdır.
Müasir mikroelektronikada bir kristalda 108 element, kompüterlərin maqnit disketlərinin yaddaşında yüzlərlə giqa bayt informasiya yerləşdirmək mümkündür. Kompüterlər saniyədə 108 əməliyyat apara bilir; işçi tezlik isə 1012Hs-ə kimi yüksəlmişdir.
Nanosistemlərdə 1sm3-da 1015 element yerləşdirmək mümkündür. Bu, insan beynindəki neyronların sayından 106 dəfə çoxdur. Nanotexnoloqiya ilə yığılan kompüterlərin yaddaşını yüzlərlə tera bayt (1tera=1012bayt) səviyyəsinə qaldırmaq mümkündür. Belə böyük yaddaşa malik kompüterlərin praktiki olaraq yaradılması çox da uzaq deyil. Belə ki, 1993-cü ildə artıq kompüterlərin ürəyi olan «YOX- VƏ», «YOX-YAXUD»kimi nanoelektron rəqəmsal məntiq elementləri hazırlamaq mümkünolmuşdur.Beləstrukturlarınölçüləri~10nm,işçitezliyi~1012 Hs-dir. Hazırda Si, İnP, CdSe və b. kimi qeyri-üzvü materiallardan ölçüləri nanometer tərtibindəolan103-105atomdan ibarət nəhəngmolekullaryaratmaqmümkünolmuşdur.Belətoplulara«kvant nöqtələri» deyirlər. Bunların əsasında nanoelektron elementlərinin hazırlanması yaxın gələcəyin işidir.
Nanoelektronelementlərininəsasında«bioçiplərin»yaradılmasinın mümkünlüyü də artıq realdır. Bunlar süni intellektin yaradılmasının açarıdır. Belə sxemlər neyrona bənzər elementlər üzərində qurulacaqdır.
Nanostrukturlu molekulyar robotlar insan üçün şəxsi həkim rolunu oynaya bilər. Bunlar insan orqanizmində daimi yaşayaraqonda baş verən nasazlıqları aradan qaldırmaqla, hüceyrələrin qocalmasının qarşını alaraq ömrünü uzatmağa qadirdir.


Download 0,7 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   26




Download 0,7 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektronika – elm, texnika, istehsalat sahəsi olub, elektron vasitələrinin (EV) işlənibhazırlanması, tədqiqi və onlardan istifadə olunması prinsiplərini əhatə edir

Download 0,7 Mb.