Elektronika – elm, texnika, istehsalat sahəsi olub, elektron vasitələrinin (EV) işlənibhazırlanması, tədqiqi və onlardan istifadə olunması prinsiplərini əhatə edir




Download 0,7 Mb.
bet5/26
Sana10.01.2024
Hajmi0,7 Mb.
#134372
1   2   3   4   5   6   7   8   9   ...   26
Bog'liq
RƏQƏM TEXNİKA Aviasiya DİA üçün

İMPULSVƏRƏQƏM TEXNİKASININ
ƏSASELEMENTLƏRİ


İmpulsqurğularınınümumixarakteristikaları.
İmpulssiqnallarınparametrləri

Əvvəlkifəsillərdə kəsilməzrejimdə işləyənelektronqurğularıilə tanış olduq. İndidə impuls (diskret) rejimində işləyənqurğuları nəzərdənkeçirək.Burejimdə işləyənqurğulardasiqnalfasilələrlə, qısamüddət ərzində təsirgöstərir.İmpulselektrikdövrəsində elə həyəcanlanmadırki, o, növbətihəyəcanlanmabaşverənə qədərtamsönmüş olsun. İmpuls rejimi kəsilməz rejimə nisbətən bir sıra üstünlüklərə malikdir:



  1. İmpuls rejimində kiçik gücə malik qurğularda impulsun təsiretməmüddətindəkifayətqədərböyükgücalmaqolar.

Təsir müddəti təkrarlanma perioduna nəzərən kiçik olduqca bir impulsda ayrılan güc də çoxolur.Bunun nəticəsində impuls rejimində işləyən elektron qurğuların ölçüləri və kütləsini stasionar rejimdə işləyən qurğulara nəzərən əhəmiyyətli dərəcədə azaltmaq olar.Belə ki, bu parametrlər əsasən orta güclə təyin olunur.

  1. İmpuls rejimi radioelektron qurğuların işinə temperaturun və həmçininyarımkeçiricicihazlarınparametrlərinintəsirinizəiflətməyə imkan verir. Bu, impuls qurğuların elementlərində ayrılan enerjininaz olması ilə xarakterizə olunur. Yarımkeçirici cihazlar impuls qur- ğularında bir qayda olaraq “açar” rejimində işlədiyindən bunların parametrlərinin zaman keçdikcə dəyişməsi qurğuların işinə nəzərə çarpacaq dərəcədə təsir göstərmir.

  2. İmpuls rejimində radioelektron qurğuların (REQ-ın) in- formasiyanı ötürmə sürətini xeyli artırmaq olur. Belə ki, impuls qur- ğuların siqnalları diskretdir və faydalı informasiya standart impulslar kombinasiyasındanibarətdir.İnformasiyanıdəyişməküçünimpul-

sların parametrlərini yox, yalnız onların kombinasiyasını dəyişmək kifayətdir.İmpulslarınparametrlərinə,məsələn,amplitudunaküylərin təsiri impulslar kombinasiyasının daşıdığı informasiyanı dəyişdirmir və nəticədə REQ-ın küylərə qarşı dayanıqlığı da artır.

  1. Ən mürəkkəb impuls qurğularını, məsələn, EHM hazırlamaq üçün nisbətən sadə, eyni tip elementlər lazım gəlir ki, bu da REQ-ın etibarlılığını artırmağa, ölçü və kütləsini azaltmağa imkan verir. Belə qurğuları təşkil edən eyni tip elementlərin isə istehsalı yaxşı mənimsənilmiş inteqral mikrosxemlərin hazırlanma texnologiyası yolu ilə nisbətən asan almaq mümkündür.

Hazırda impuls qurğuları hesablama texnikasında, kompü- terlərdə, radiolokasiyada, televiziya texnikasında, avtomatikada, sənaye elektronikasında və s. geniş yayılmışdır. Müasir böyük sürətli rəqəm hesablama maşınların əsasını da impuls rejimi təşkil edir.Rəqəm texnikası, son zamanlar, radioelektronikanın bir çox sahələrinə nüfuz edir.Bu, hər şeydən əvvəl, onunla izah olunur ki, rəqəm texnikası elementlərinin etibarlılığı çox böyükdür və bunlar iqtisadi cəhətdən əlverişlidir.
İmpuls texnikasında müxtəlif şəkilli: düzbucaq, trapesiya, zəng- şəkilli, mişarvari, eksponensial, pilləli və b. impulslardan istifadə edilir (şəkil 10.1 ). Belə impulslara, radioimpulslardan fərqli olaraq,v i d e o i m p u l s l a rdeyilir.R a d i o i m p u l s l a risə yüksəktezlikli rəqslər paketindən ibarət olur ( şəkil 10.2 ). İmpuls texnikasında, adətən, periodik təkrarlanan videoimpulslardan istifadə olunur (şəkil 10.3)



Şəkil10.1.Videoimpulslar:
a-düzbucaqşəkilli,b-trapesiyaşəkilli,c-üçbucaqşəkilli,ç-
eksponensial,d-zəngşəkilli,e-pilləli,ə-mişarvari



Download 0,7 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   26




Download 0,7 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektronika – elm, texnika, istehsalat sahəsi olub, elektron vasitələrinin (EV) işlənibhazırlanması, tədqiqi və onlardan istifadə olunması prinsiplərini əhatə edir

Download 0,7 Mb.