• Cronimet” şirkəti cavab verməlidir
  • Ölü çaya çevrilən Oxçuçay




    Download 1.34 Mb.
    bet3/19
    Sana30.08.2022
    Hajmi1.34 Mb.
    #25480
    1   2   3   4   5   6   7   8   9   ...   19
    Bog'liq
    EKOLOJİ MODELLƏŞMƏ

    Ölü çaya çevrilən Oxçuçay
    Ermənilərin 30 il ərzində ekologiyamıza vurduqları ziyandan söhbət açarkən Oxçuçayın ekoloji fəlakət zonasına çevrilməsini xüsusilə qeyd etmək lazımdır. Oxçuçay Ermənistanın Qafan rayonu və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən çaydır. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km olan bu çay başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Sululuğu qar və yağış sularından, eləcə də yeraltı mənbələrdən yaranır.
    Oxçuçay, əslində Qafan və Qacaran dağ-mədən sənayesinin tullantılarını Ermənistan ərazisindən kənara çıxardan kollektor rolunda çıxış edir. Çünki bu mədənlərin tullantıları təmizlənmədən birbaşa Oxçuçaya buraxılır. Çayda zəhərli maddələrin miqdarı o qədər çoxdur ki, burada heç bir canlı yaşamır. Hətta bu çayın suyu ilə suvarılan torpaqlarda yetişdirilən məhsullarda da zərərli maddələr aşkarlanıb.
    Ekspertlər və mütəxəssislər çayda apardıqları müşahidələrin, götürülən analizlərin nəticələrinə əsaslanaraq həyəcan təbili çalırlar. “Ermənistan Oxçuçayı ölü əraziyə çevirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu günədək Oxçuçayda 58 monitorinq keçirib. Lakin nəticə dəyişməyib”. Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva ifadə edib. Onun sözlərinə görə, nazirlik tərəfindən Oxçuçayda mütəmadi analizlər aparılıb. Analizlər çayın 3 müxtəlif istiqamətindən götürülüb: “Su nümunələri üzərindən 150-dən çox, dib çöküntülərindən isə 180-dən çox nümunə götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüf ki, çirklənmələr bu gün də davam edir”, - deyə U.Tağıyeva vurğulayıb.
    Cronimet” şirkəti cavab verməlidir
    Oxçuçayın ölü çaya çevrilməsində “xidmətləri” olan qurumlardan biri də Almaniyanı təmsil edən “Cronimet” şirkətidir. Sözügedən şirkət Ermənistandakı mis və molibden ehtiyatları ilə zəngin olan Kacaran mədənini idarə edir. Mütəxəssislərin hesablamalarına görə, Kacaranda 1 milyard tondan çox filiz ehtiyatı mövcuddur. Gündəlik olaraq, buradan 24 min ton filiz və 5-6 min kubmetr boş süxur hasil edilir. Şirkət Ermənistanın mədənçıxarma sektorunda 1996-cı ildən təmsil olunur.
    Yayılan xəbərlərə görə, “Cronimet”in Ermənistanın mədən sənayesindəki fəaliyyəti şəffaf olmayan prinsiplər üzərində qurulub. Bizim sözügedən şirkətə qarşı iddialarımız isə qurumun mədən sənayesinin tullantılarını heç bir təmizləmə əməliyyatları aparmadan Oxçuçaya axıtması ilə bağlıdır. Şirkət Azərbaycan ərazisindən keçən çayın ölü zonaya çevrilməsinə görə məsuliyyət daşıyır və əməllərinə görə cavab verməlidir. Ölkəmizin məsələ ilə bağlı qəti mövqeyini ifadə edən Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində Oxçuçayı çirkləndirən “Cronimet” şirkətinin cəzalandırılması məsələsini yenidən gündəmə gətirib: “Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq”.
    ƏTRAF MÜHIT MODELLƏŞDIRMƏLƏRI
    İqlim dəyişikliyi, biokimyəvi və ekoloji sistemləri aydın nümayiş etdirmək üçün günbəgün genişlənməkdə olan kompyuter əsaslı modelləşdirmə sistemlərinə Ətraf Mühitin Modelləşdirilməsi (ƏMM) deyilir. ƏMM özündə müxtəlif metod, alət və bacarıqları birləşdirir. Bu metodlar bizə problemi daha koseptual formada görməyə və gələcək ssenariləriləri hazırlamaqda kömək edir.
    Ümumilikdə 3 əsas elmi model mövcuddur. Bunlar (I) birbaşa sahə müşahidəsi (II) labaratoriya testləri və fiziki modelləmə araşdırmaları və (lll) riyazi modelləşdimədir. Qəbul olunur ki, ətraf mühitdə baş verən daşıma və keçid hadisələri və bu proseslərin fiziki və riyazı olaraq kəskin xarakteristikası kompleks prosesdir. Bu alətlərin hər birinin özünün uyğun yeri və qarşılıqlı dəstək rolu vardır, həmçinin hər hansı bir ekoloji problemin başa düşülməsi və həllində müsbət və mənfi tərəfləri vardır.
    Sahə müşahidələri iqtisadi cəhətdən baha başa gəlsə də, elmi cəhətdən çox vacibdir. Çirklənmiş sahədə ilkin simptomlar özünü göstərdiyi zaman ən geniş istifadə olunan metod sayılır. Çünki, problemin miqyasının, xarakterizə olunması və təklif olunan təmizləmə strategiyalarının dəqiqliyini qiymətləndirmk üçün həddindən artıq vacibdir. Digər baxımdan labaratoriya araşdırmaları problemin mikro və molekulyar səviyyədə başa düşülməsi və idarə edilməsi baxımından çox işlək ola bilər. Bu səviyyədə qazanılmış bilik və nəticələr gəlcəkdə sahədə aparılacaq analizlərin uğurlu olmasına müsbət təsir göstərə bilər. Porblemin tanınması prosesində riyazi modellərin heç bir önəmi olmaya bilər, amma həll yolunun tapılması və kontrol tətbiqi mərhələsində çox vacib yerə sahibdir. Riyazi modellər çox səmərəli və rahatlıqla “Əgər olsa” ssenarilərndə tətbiq oluna bilir.




    Download 1.34 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   19




    Download 1.34 Mb.