• Ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklərin hüquqları və
  • «İxtisasa giriş»




    Download 1.12 Mb.
    Pdf ko'rish
    bet12/22
    Sana24.11.2022
    Hajmi1.12 Mb.
    #31676
    TuriMühazirə
    1   ...   8   9   10   11   12   13   14   15   ...   22
    Bog'liq
    M.Sunay-İxtisasa-giriş

    səlahiyyətləri
     
    Ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanları müvafiq 
    qanunvericiliklə onlara verilmiş səlahiyyətləri həyata keçirirlər. 
    M a d d ə 6 .  Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqları və vəzifələri
     
    1. Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və 
    əcnəbilərin (bundan sonra vətəndaşların) hüquqları: 
    1.1. hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti 
    və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq; 
    1.2. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində onların 
    sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq; 
    1.3. sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq; 
    1.4. müəyyən edilmiş qaydada təbii resurslardan istifadə etmək, onların mühafizəsi və 
    bərpası üzrə tədbirləri həyata keçirmək, ətraf mühitin mühafizəsində və sağlamlaşdırılmasında 
    iştirak etmək; 
    1.5. qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsinə aid 
    yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak 
    etmək; 
    1.6. ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına 
    müraciət etmək; 
    1.7. ictimai ekoloji ekspertiza haqqında təkliflər vermək; 
    1.8. insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa 
    ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi 
    haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və 
    hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi 
    şəxslərin ləğv edilməsini tələb etmək; 
    1.9. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar 
    təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq 
    orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq; 
    1.10. qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını müəyyən edilmiş qaydada həyata 
    keçirmək. 
    2. Ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. 
    M a d d ə 7 .  Ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklərin hüquqları və 

    Download 1.12 Mb.
    1   ...   8   9   10   11   12   13   14   15   ...   22




    Download 1.12 Mb.
    Pdf ko'rish