• TƏBİƏTDƏN İSTİFADƏ M a d d ə 8 . Təbiətdən istifadəçilər
  • Təbiətdən ümumi və fərdi istifadə
  • Təbiətdən istifadənin normallaşdırılmasına görə limitlər və kvotalar
  • «İxtisasa giriş»




    Download 1.12 Mb.
    Pdf ko'rish
    bet13/22
    Sana24.11.2022
    Hajmi1.12 Mb.
    #31676
    TuriMühazirə
    1   ...   9   10   11   12   13   14   15   16   ...   22
    Bog'liq
    M.Sunay-İxtisasa-giriş

    vəzifələri
     
    1. İctimai birliklərin ətraf mühitin mühafizəsi sahəsində hüquqları: 
    1.1. özünün ekoloji proqramlarını işləmək və təbliğ etmək, ətraf mühitin mühafizəsi 
    sahəsində vətəndaşların hüquqlarını və maraqlarını müdafiə etmək, onları bu işdə fəaliyyətə 
    cəlb etmək; 
    1.2. ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirmək; 


    1.3. dövlət orqanlarından və təşkilatlarından ətraf mühitin vəziyyətinə və onun bərpasına 
    dair tədbirlər barədə vaxtında, tam və dəqiq məlumat almaq; 
    1.4. müəyyən işlərin yerinə yetirilməsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş ətraf mühitin 
    mühafizəsi sahəsində dövlət orqanları və beynəlxalq təşkilatlar ilə müqavilə əsasında 
    əməkdaşlıq etmək; 
    1.5. ətraf mühitin mühafizəsi sahəsində qanun layihələrinin müzakirəsində iştirak etmək; 
    1.6. inzibati və məhkəmə qaydasında ekoloji cəhətdən zərərli müəssisələrin, tikililərin və 
    qurğuların yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi, o cümlədən ətraf 
    mühitə və insanların sağlamlığına mənfi təsir göstərən təsərrüfat fəaliyyətinin 
    məhdudlaşdırılması, müvəqqəti və daimi dayandırılmasını tələb etmək; 
    1.7. təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi 
    barədə məsələləri qaldırmaq; 
    1.8. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində 
    vətəndaşların sağlamlığına və əmlakına vurulmuş zərərin ödənilməsi haqqında iddiaları 
    məhkəməyə təqdim etmək. 
    2. İctimai birliklərin vəzifələri öz fəaliyyətini ətraf mühitin mühafizəsi və ictimai birliklər 
    haqqında qanunlara uyğun həyata keçirməkdən ibarətdir. 
    I I I f ə s i l
    TƏBİƏTDƏN İSTİFADƏ 
    M a d d ə 8 .  Təbiətdən istifadəçilər
     
    Təbiətdən istifadəçilər hüquqi və fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla), dövlət, 
    qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər ola bilərlər: 
    xarici istifadəçilər - xarici hüquqi və fiziki şəxslər, beynəlxalq birliklər və təşkilatlar; 
    daimi istifadəçilər - təbiətdən istifadə hüququ müddətsiz verilən istifadəçilər; 
    müvəqqəti istifadəçilər - təbiətdən istifadə hüququ müəyyən edən müddətə verilən 
    istifadəçilər; 
    ilkin istifadəçilər - təbiətdən istifadə hüququnu dövlətdən birbaşa alan istifadəçilər; 
    təkrar istifadəçilər - təbiətdən ilkin istifadəçidən müqavilə əsasında hüquq alan 
    istifadəçilərdir. 
    M a d d ə 9 .  Təbiətdən ümumi və fərdi istifadə
     
    1. Azərbaycan Respublikasında təbii resurslar ümumi və fərdi istifadədə ola bilər. 
    2. Təbiətdən ümumi istifadə əhalinin həyatının zəruri tələbatının ödənilməsi üçün 
    vətəndaşlara və təşkilatlara təbii resursların ödənişsiz istifadə etmək şərti ilə həyata keçirilir. 
    Qanunvericilikdə nəzərdə tutulduğu hallarda, təbiətdən istifadəyə məhdudiyyətlər 
    qoyulmasına yol verilir. 
    3. Təbiətdən fərdi istifadə zamanı təbii resurslar istifadəçilərə qanunvericiliklə müəyyən 
    edilmiş qaydada verilir. Təbiətdən fərdi istifadə daimi və ya müvəqqəti, ödənişli və ya əvəzsiz, 
    ilkin və ya təkrar ola bilər. 
    4. Təbiətdən fərdi istifadə və ya təbiətdən məhdud istifadə (servitutlar) hüquqlarının 
    yaranması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 
    M a d d ə 1 0 .  Təbiətdən istifadənin normallaşdırılmasına görə limitlər və kvotalar
     
    Təbiətdən istifadənin normallaşdırılmasına görə limitlər və kvotalar müəyyən müddət üçün 
    təbii resursların istifadəsinin, ətraf mühitə atılan zərərli maddələrin, məişət və istehsalat 
    tullantılarının yerləşdirilməsinin son hədlərini müəyyən edir. 
    Limitlər və kvotalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 



    Download 1.12 Mb.
    1   ...   9   10   11   12   13   14   15   16   ...   22




    Download 1.12 Mb.
    Pdf ko'rish