Ekoloji populyasiya. Populyasiya anlayışının mahiyyəti




Download 1.12 Mb.
Pdf ko'rish
bet15/22
Sana24.11.2022
Hajmi1.12 Mb.
#31676
TuriMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
Bog'liq
M.Sunay-İxtisasa-giriş

10. Ekoloji populyasiya. Populyasiya anlayışının mahiyyəti 
Bioekologiya, orqanların öz arasında və ətraf mühitdə olan əlaqələri öyrənir və öz 
t
ərkibinə görə autekologiya, demekologiya, sinekologiyaya ayrılır. Populyasiya adlanan 
h
ər bir növün canlıları ayn-ayn yox, qrup şəklində yaşayır, yəni bu populyasiya adlanır. 
Populyasiya - 
müəyyən arealda məskən salan, uzun müddət ərzində çoxalmağı 
bacaran canlı orqanizmlərə və genetik informasiyaları dəyişməyi bacaran növlərə 
deyilir. Populyasiya bioqruplann hiss
əsi kimi, təkamül inkişafının elementar vahidi 
sayılır. Populyasiya daşıyıcı qrup sayılır. Bir növün cəmi biomakrosistem kimi çıxış edir. 
H
ər bir populyasiya funksiya və strukturuna görə fərqlənir. Struktura fərdi yaş 
xüsusiyyəti, cinslərin uyğunlaşması, sayı, məkanda paylanması daxil edilir. Hər bir 
populyasiya üçün inkişaf, xarici şəraitin dəyişməsi və s. xasdır. Populyasiyanın strukturu 
m
əskunlaşmanın tələbi və şəraitlə müəyyən olunur. Populyasiya elementar (lokal), 
ekoloji v
ə coğrafi növlərə bölünür: 1) Lokal populyasiya - biogeosenozun müxtəlif şərait 
daxilind
ə xüsusi növ əlaqələrinə deyilir; 2) Ekopopulyasiya - bir biogeosenozun 
s
ərhədində lokal (elementar) populyasiyanın məcmusudur; 3) Coğrafi populyasiya - 


ekoloji populyasiya v
ə xüsusi qruplan əhatə edir, eyni zamanda vahid həyat ritminin 
t
əzahürünə və başqa funksional xüsusiyyətlərə malikdir. Populyasiyanın sərhədi və 
ölçüləri arealla yox, həm də həmin populya- siyanın xüsusiyyəti ilə də müəyyən edilir. 
N
ə qədər çox ərazi tutulursa, sahə çox olarsa bir o qədər xarici mühitin şəraitinə uyğun 
olaraq müxtəlif populyasiyaların sayı artar. 
Populyasiyanın sayı və sıxlığı 
Populyasiyanın əsas xüsusiyyətlərindən biri onun sayı və sıxlığıdır. Populyasiyanın sayı 
- bu populyasiyaya daxil olan f
ərdlərin ümumi sayıdır. Sayın çoxalması - çoxalmağa, 
törəməyə, azalma isə ölümə gətirir. Po- pulyasiyanın sayı daimi ekoloji amillərin 
h
ərəkətindən və növün biospesi- fikliyindən asılıdır. Populyasiyanın sıxlığı vahid 
m
əkanda xüsusi növlərin cəminə deyilir. Bu vahid bir sahədə və ya həcmdə 
populyasiyanın kütləsi ya da növün sayı ilə müəyyən edilir məsələn: 500 ağacın 1 ha 
torpağa, 1 ha su səthinə düşən 300 kq balığın kütləsi. Orta sıxlıq - bütün vahid məkanın 
biokütləsi və sayı ilə, ekosıxlıq isə vahid yaşayış məkanında yaşayanların biokütləsi və 
sayı ilə xarakterizə olunur. Çox vaxt populyasiyanın dəqiq sayını yox, onun interval 
zamanında dinamikasını bilmək lazımdır. Populyasiyanın sıxlığı haqqında məlumat 
alanda artıq konkret ölçü götürmək olar. Populyasiyanın sıxlığına həm ekomühit, həm 
d
ə çətin növarası əlaqə amilləri təsir göstərir. Baxmayaraq ki, dəyişkənlik baş verir, 
populyasiyanın sayı sabitliyi ilə fərqlənir. Hər bir növün populyasiyası yuxan və aşağı 
sıxlıqda normalarını dəyişir. Mülayim şəraitdə populyasiyanın fərdləri çoxalaraq 
maksimum h
əddə çatır və bu da öz növbəsində yemin azalmasına, doğumun 
azalmasına və ölümün çoxalmasına gətirir. Fərdlərinin çoxalması müəyyən həddə qədər 
mümkündür. Populyasiyanın sıxlığının azalması fimksional- etoloji pozulma ilə, hərdən 
ölümlə də müşahidə olunur. Fərdlərin sayı az olan populyasiya çox yaşamır. Təbii 
populyasiyanın sayı: dövri və qeyri-dövri olur. Dövri (tsiklik) dəyişmələr çox qısa vaxt 
ərzində baş verir. A.L. Çijev- skinin tədqiqatlarına əsaslanaraq söyləmək mümkündür ki, 
Günəşin aktivliyi bəzi epidemiyalann yaranmasına, kənd təsərrüfatı ziyanvericilərinin 
sayının dəyişməsinə, güllərin və bitkilərin çiçəklənməsinə və böyüməsinə təsir göstərir. 
Tsiklik d
əyişmələr orta hesabla 4 ildən bir müşahidə olunur. Qeyri-dövri dəyişmələr 
ekstremal şəraitin əmələ gəlməsilə bağlıdır. Məsələn: Avstraliya sahillərində dəniz 
ulduzlarının çoxalması 60-cı illərdə mərcan poliplərinin məhv olmasına səbəb oldu. Bu 
qrupa dovşanların, kolo- rado böcəyinin çoxalması aiddir. Populyasiyanın dəyişməsi, 
sayı və sıxlığı, çoxalmadan, ölüm və miqrasiyadan asılıdır. Çoxalma - bu, 
populyasiyanın sayının çoxalma qabiliyyətidir. Canlı orqanizmlər çoxalmağa böyük 
enerji s
ərf edirlər. Məsələn: bakteriya hər 20 dəqiqədə bölünür. Belə getsə, onda 36 
saata o, bütün planeti bürüyərdi. Amma təbiətdə xüsusi lirnitləşdirici amillər kompleksi 
var ki, o törəmələri aşağı salırlar. 1) maksimum fizioloji doğulma - nəzəri cəhətdən 
maksimum sürətlə ideal şəraitdə yeni fərdlərin yaranma sürətidir. 2) ekoloji doğulma - 
mühitin amilləri şəraitində populyasiyanın sayının çoxalmasıdır. Bu göstərici 
populyasiyanın strukturundan və şəraitdən asılıdır. Doğum - ya ümumi sayın bölünməsi 
sürəti kimi, ya da bir vahid zamanda əmələ gələn fərdlərin sayı kimi təzahür edir. 
M
əsələn: 50 növ sadə fərd suda bölünməklə çoxalır. Bir saatdan sonra fərdlər çoxalaraq 
150-y
ə çatır. Mütləq doğum bir saatda 100 növə, xüsusi əhəmiyyətli fərdlərdə isə 1 
saatda 2 növə bərabər götürülür. Maksimum və real doğumların arasında müxtəlifliyi 


aşağıdakı misalda göstərmək olar. Tutaq ki, quşlar 510 yumurta qoyublar (3 növbəti 
qoyumda dişi 15 yumurta qoyub). Bu rəqəm maksimum doğrudur. Doğuldular 265 cücə, 
y
əni ekodoğum və ya real doğum maksimum 52% təşkil edir. Ölüm - ölən fərdlərin 
sayını bildirir. Ekoölüm - hazırki şəraitdə, mühitdə ölən fərdlərin sayıdır. Minimum nəzəri 
ölüm - populyasiya üçün daimi göstəricidir. Bu göstərici ideal şəraitdə ölən fərdlərin 
sayıdır. Bir çox növlərdə ölüm halı böyük fərdlərə nisbətən daha erkən halda, çox olur. 
Böyük cücülərdə 0,3-0,5%, kiçiklərdə 1-2% olur. Balıqlarda ölümdən başqa 
populyasiyanın sabit ölüm göstəricisi onun sağ qalmasından asılıdır. Sağ qalma 
dey
əndə əsasən fərdlərin çoxalma dərəcəsinə çatmasını, yəni müəyyən pilləyə çatmağı 
başa düşülür. Əgər ölən fərdlərin sayını M göstərsək, onda yaşama lM-ə bərabər 
olacaq. Populyasiyada ged
ən ölümün tam göstəriciləri demoqrafik tədqiqatlarda 
işlənmiş statistik cədvəldə verilmişdir. E.Divi bir çox təbii populyasiyalann, o cümlədən 
dağ qoyunlan haqqında olan məlumatları yekunlaşdırıb (cədvəl 7). Bu cədvəldə Dalla 
dağ qoyununun populyasiyası verilib. Bu cədvəl bir neçə sütunlardan ibarətdir. 
C
ədvəldə lx - populyasiyanın 1000 seçmənin sayı, hansılar ki, müəyyən zaman 
intcrvalınacan sağ qalırlar; dx - ölən fərdin sayı; qx - sonrakı intervalın ərzində ölüm; Lx 
- h
ər bir intervalın sonunda sağ qalanlar. Bu cədvəl əsasında verilən əyrilər qurulur 
(qrafik 4). C
ədvəldən görünür ki, üfüqi ox - zaman intervalını, şaquli ox isə sağ qalan 
f
ərdlərin sayını göstərir. Belə əyrilər yarımloqarifmik miqyasla düzəlir və interval vaxtı - 
absis oxu üzrə orta yaşama faizi götürülür. Bu miqyasda düzülən düz xətt sağ qalanların 
davamlılığını göstərir (qrafik 4). Sağqalma əyriləri 3 tipə bölünür: 1) çox qabarıq əyri (I) - 
h
əyat tsiklinin axırına qədər çox aşağı olur və populyasiyanı xarakterizə edir (bu 
insanlar v
ə iri heyvanlar üçün xarakterikdir); 2) pilləli əyri (II) - yaşamaq uğrunda 
mübarizədə həyat tsikli qəflətən bir pillədən başqa bir pilləyə keçir; 3) (III) - o düz əyri 
say
ılır, onun sağ qalınası hər bir yaş həddi üçün daim mövcud olur; 4) Siqmoid əyrisi 
(IV) - III 
əyriyə ən çox yaxınlaşandır; 5) çox girintili olan əyri (V) - o, populyasiyanı 
xarakteriz
ə edir. Harda ölüm çox kiçik yaşlarda yüksəkdir. 
Populyasiyanm 
ən əsas xüsusiyyəti onun böyüməsi, yəni yaş tərkibi hesab edilir, bu isə 
h
əm ölümə, həm də doğuma təsir göstərir. Tezböyüyən populyasiyada xüsusi çəki 
cavan f
ərdlərə aiddir, sabit populyasiyada yaş nisbəti daha bərabər saylıdır, azalan 
populyasiyada is
ə əsasən qoca fərdlər olur. Populyasiya 3 artan qrupa bölünür: 1) çox 
t
əkrarlanan, 2) təkrarlanan və bərpa edilən, 3) yerində hasil edilərək, təkrarlanan. 
Müxtəlif növlərdə hər bir artım yaş qrupunun uzun ömürlülüyü həyatın davamlılığı ilə 
əlaqədar olaraq kəskin dəyişir. Məsələn: bəzi cücülərdə yumurtaların inkişafı bir il, 
b
əzən çox, yaşa dolduqca bir neçə gün çəkir. Bəzilərində inkişafın davamlılığı 17 il 
çəkir, böyük cücülər isə bir fəsildən də az yaşayır. Sığmlann populyasiyası ilin istənilən 
zamanında 11-12 yaş qrupundan ibarətdir, 5 yaşdan sonra törəmə qabiliyyəti olur. 
Populyasiyanm sayı və dəyişməsi bir neçə amillərdən asılıdır: rəqabət münasibəti, qida 
bazası, yırtıcıların və cücülərin olması, abiotik amillər və s. Sayın dəyişməsi həm 
strukturla, h
əm də biogeosenozun növ müxtəlifliyi ilə bağlıdır. Sadə biogeosenozda 
(aqrobiosenoz, tundra, s
əhra) populyasiya fiziki depressiyaya uğrayır (havanın 
d
əyişməsindən və başqa çirklənmə növlərindən). Amillər arasında çətin struktura malik 
biogeosenoz üçün sayın dəyişməsi az xüsusiyyəti sayılır, çünki onu əsasən biotik 
amill
ər idarə edir. Sayın dəyişməsinə təsir göstərən amillərin arasında - asılı və qeyri-
asılı amillər var. Qeyri-asılı amillər daim populyasiyaya təzyiq göstərirlər. Bu, abiotik və 


ilk növbədə iqlim amilləridir. Poykiloterm (yunan sözü olub poikilos - müxtəlif, dəyişkən) 
heyvanlara iqlim amill
əri daha çox təsir edir. Homoyoterm - yunan sözü olub hymoios - 
eyni cür deməkdir. Heyvanlar daha çox fizioloji müdafiəyə məxsusdur. Bu isə onları 
m
ənfi iqlim amillərinin təsirindən xilas edir. Hər bir populyasiyaya havanın mənfi şəraiti 
h
əmişə təsir göstərir. Homoyotcmı heyvanlara nisboton poykiloterm (müxtəlif) 
heyvanlara temperatur, rütubət, işıq daha çox təsir göstərir. Temperatur aşağı düşəndə 
quş və məməlilərə nisbətən cücülərin populyasiyasında kəskin azalma baş verir. 
Populyasiya sayının çoxalması üçün iqlim amilindən başqa stansiyanın (heyvanların 
müəyyən növünün yaşaması, artması üçün yer) olması (po- pulyasiyanın sıxlığından 
asılı olaraq) bəzi amilləri böyük təsir edir. Cücülərin fəaliyyəti, yırtıcıların rəqabəti və s. 
hallar mövcuddur. Çox hallarda populyasiyanın sıxlığından asılı olaraq rəqabət, xəstəlik, 
qida vs s. amill
ər əlaqələndirilir. Artım sürəti artdıqca populyasiyanın ölçüsü azalır. 
V.A.Radkeviç qeyd etmişdir ki, quşların çoxunda 1 ha-da bir cütdən az olmayan an quşu 
14 bala verir. Əgər bu göstəricinin sıxlığı artıb 18 cüt olursa, hərəsində 8 cücə qalır. 
Siçanabənzər gəmiricilərdə populyasiyanın tempi dəyişkəndir. Populyasiyanın sıxlığı 
artdıqca sabit olaraq onun artım tempi də çoxalır, yetişkənliyə çatanda isə kəskin azalır. 
K
ənd təsərrüfatına ziyan verən gəmiricilərin dövrü kütləvi vegetativ çoxalmasına 
ossillyasiya deyilir. Populyasiyada növlərin qeyri-dövri dəyişmələrinə fluktuasiya deyilir. 
Onlar insan
ın fəaliyyəti nəticəsində yarana bilər. Populyasiyanın yetişkənlik dövründə 
sabit qalması müxtəlif bitkilərin və heyvanların tənzimlənmə amillərindən asılıdır, amma 
b
əzi heyvanlarda bu, qeyri-bərabər olur. Bəzi cüciilərdə populyasiya sıxlığı çoxalanda 
f
ərdlə- rin ölçüləri azalır. Növlərin bəzilərində populyasiyanın sıxlığı yırtıcılığa və 
emiqrasiyaya s
əbəb olur. Populyasiyadakı tənzimlənmə yaşama resursları az olanda 
baş verir. Digər hallarda növdaxili rəqabət heyvanların həyatında ayrı-ayrı təsirləri əks 
etdirir. Bitkil
ərdə növdaxili rəqabət ancaq yer, işıq, su və rütubətə görə olur. 
Populyasiyanın mövcudluğunun dayanıqlığını biosenozun ayrı- ayrı komponentlərinin 
uyğunluğu yalnız müəyyən edilmiş vəziyyəti təmin edir. 

Download 1.12 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Download 1.12 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Ekoloji populyasiya. Populyasiya anlayışının mahiyyəti

Download 1.12 Mb.
Pdf ko'rish