C əmiyyət və təbiətin qarşılıqlı əlaqəsi




Download 1.12 Mb.
Pdf ko'rish
bet16/22
Sana24.11.2022
Hajmi1.12 Mb.
#31676
TuriMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
Bog'liq
M.Sunay-İxtisasa-giriş

11. C
əmiyyət və təbiətin qarşılıqlı əlaqəsi 
Əvvəlki bölmələrdə biz cəmiyyət - təbiət, onların qarşılıqlı əlaqəsi haqqında müəyyən 
m
əsələlərə aydınlıq gətirmişdik. Bu bölmədə isə biz cəmiyyət və təbiətin müxtəlif 
m
ərhələlərinə nəzər salacağıq. Təbiətlə insanın əlaqəsi qədim və sonsuzdur. İnsan 
c
əmiyyətinin tarixi təbiətin inkişaf tarixinin davamıdır. İnsan ümumi ekoloji dövrana daxil 
edilmiş biosferin ayrılmaz hissəsi olaraq qalır. İnsanın mövcudluğunun atmosferdə 
oksigenin miqdarının kifayət qədər olmasından, günəş işığından, sudan və təbiətin 
qanunlarından nə qədər asılı olduğunu göstərir. İnsanın yarandığı ilk gündən onun 
başlanğıc bioloji mahiyyəti və həyat fəaliyyətinin sosial amilləri arasında olan qarşılıqlı 
münasibətləri dəyişib. Sonuncular insanın ehtiyaclannı (sosial uyğunlaşmanın 
art
mlması) ödəmək üçün təbii mühitin daha dərindən şəklini dəyişməsinin zəruriliyini 
şərtləndiriblər. Bu proseslər müasir dövrdə onunla xarakterizə olunur ki, təbiət 
qanunauyğunluqlarım nəzərə almadan ona total müdaxilə insanın özünün irsiyyətinə 
m
ənfi təsir göstərən proseslər yaradıb. İnsanı əhatə edən və ona təsir göstərən mühit 
(bio- tik, abiotik v
ə sosial amillərin məcmusu) getdikcə onun adaptasiya imkanları 
çərçivəsindən çıxan xüsusiyyətləri daha çox əldə edir. Bu imkanlar kifayət qədər 
m
əhduddur. Çünki insan ən yüksək ixtisaslaşmış bioloji növdür. Onun yaratdığı süni 


yaşayış mühiti müəyyən zamana qədər ekoloji baxımdan gərgin- ləşdirilmiş təbiətin 
birbaşa təsir amillərini nisbətən ört-basdır edir. Bu təsirlərin artması nəticəsində əhalinin 
ümumi xəstələnməsi dərəcəsi yüksəlir. Əvvəllər uşaqlar arasında xərçəng xəstəliyi 
dem
ək olar yox idi, indi isə buna daha tez- tez rast gəlinir. Leykemiya (ağqanlılıq) ilə 
bağlı xəstəliklərdə də eyni vəziyyət müşahidə edilir. Yenicə doğulmuş körpələrdə irsi 
x
əstəliklərin yaranma hallan çoxalır. 1900-cü ildə apanlan müşahidələr göstərir ki, 
Almaniyada x
ərçəng xəstəliliyinə tutulmuş insanlann 3 %-i dünyasını dəyişir, indi bu 
r
əqəm 20%-ə qədər yüksəlib. Amerikalı alimlərin apardığı tədqiqatlann nəticələrinə 
görə, böyük şəhərlərdə insan həyatının orta yaş dövrü azalmağa başlayıb. F.Bckon 
yazırdı: «təbiətə yalnız onun qanunlanna tabe olanlar qalib gəlirlər». 
T
əbiətlə cəmiyyətin qarşılıqlı əlaqələrinin müxtəlif mərhələləri 
İnsanla təbiət arasında mövcud qarşılıqlı əlaqə bir çox minilliklər boyu davam edir. Təbii 
mühit dəyişikliyinin hər bir mərhələsinə bəşəriyyətin maddi mədəni inkişafının müəyyən 
bir tarixi pill
əsi uyğun gəlib.
Yığma və ovlama. Neolit ərəfəsində (paleolit dövründən mezolitin sonuna qədər) insan 
yığma vo ovlama yolu ilə özü üçün qida əldə edirdi. Bu dövrdə insanlar ilk növbədə bitki 
v
ə heyvanların daha əlçatan və geniş yayılmış növlərinə diqqət yetirirdilər. Yeməli 
bitkil
ərin kökü, meyvəsi və toxumları, molyusklar, cücələr və onların sürfələri, quşların 
yumurtalar
ı, nıəməlilər, o cümlədən yırtıcıların ovunun qalıqları qida kimi istifadə edilib. 
Eyni zamanda, ibtidai insanın təbiətə birbaşa mənfi təsiri də özünü göstərib, ilk növbədə 
az h
ərokətlilərin, kütləvi növlərin, daha iri xüsusi növlərin sayının azalması, məhvi və s. 
Yaşayış məskənləri olaraq əsas «Qida məhsulları» ilə zəngin olan yerlər seçilirdi. 
Sakinl
ərin zəngin, nisbətən asan ələ keçən və müxtəlif qənimətlərlə dolu su hövzələrinə 
uyğunlaşmaları belə meydana gəldi. Təbiətdə sistematik münasibətlərin yaranması 
insanlann bilikl
ərinin inkişafına səbəb olur. Bu da hcyvanlann daha fəal ovlanmasmı 
t
əmin edən, yeni alətlərin yaradılması, əldə edilmiş növlərin sayının çoxaldılması üçün 
insanı fikirləşməyə vadar edirdi. İndiyə qədər silah kimi istifadə olunan adi çubuq, 
sonradan ucluqla bağlanmış mizrağa çevrildi. Yırtıcılann dəstə ilə yaşaması ovlann 
uzun zaman müşahidə edilməsinə, ibtidai-icma cəmiyyətinin möhkəmlənməsinə, iri 
heyvanların kollektiv qovulub ovlanmasına gətirib çıxardı. Təbii tələlərə düşmüş 
heyvanla
rı görən insanlann ağlına süni tələlər düzəltmək fikri gəldi. Bu iri və cəld 
heyvanların intensiv ovunun başlanğıcı idi. Soyuqlaşma ibtidai insanın həyatını 
çətinləşdirir və odu əldə etməyə vadar edirdi, baxmayaraq ki, od erkən dövrlərdə də 
istifad
ə olunurdu. İri heyvan ovları insanı hazır məhsullarla təmin edirdi. Bu məhsullar 
mamontun (fil cinsli heyvan) dişlərindən (vətərlər) və dərisindən (geyim) əldə olunurdu. 
Bu dövrün mağara rəsmləri eyni zamanda tələ və torlann, ovçu çəpərlərinin 
mükəmməlliyinə dəlalət edir. Artan, öyrənilən təcrübə və bacarıqlar qəbilə sakinlərinə 
(100 n
əfərlik sayı ilə) iri sürülü hcyvanlann - mamontun, vəhşi atın, şimal maralının, 
mağara ayısının, tüklü kərgədanın, nəhəng meymunlann kütləvi ovunu təşkil etməyə 
imkan verirdi. Bu dövrə aid olan arxeoloji təbəqələrdə adları çəkilmiş hcyvanlann 
sümüklərinin kütləvi toplanması aşkar edilmişdi. Kcnqurunun ovlanması otlann 
yandınlması vasitəsilə həyata keçirilirdi. Ovçu obrazları eyni zamanda müəyyən 
vasit
ələrlə (qayaüstü rəsmlər, hcyvanlann heykəl təsvirləri və s.) təsvir edilirdi. Elə buna 
görə də antropo- loqların fikrincə həmin etapda insan onu «H om o Sapiens» - dorrakəli 


insan s
əviyyəsinə qaldıracaq intellektual keyfiyyətlər əldə etmişdir. «Ağıllı varlığın» 
meydana g
əlməsi mezolitdə mədəni sənət növlərinin əhəmiyyətli dərəcədə ixtirası, 
n
əticədə uğurlu ovun meydana gəlməsinə zəmin yaratdı. Belə ki, Şimali Amerikada 
1000 ill
ər ərzində buzlaq dövründən sonra iri məməlilərin 100-dən artıq növü itmişdir. 
Hesab edirl
ər ki, bundan bir az əvvəl (təqribən 10-12, bəzi məlumatlara əsasən 20000 il 
əvvəl) Berinq boğazı vasitəsilə Şərqi və Şimali Asiyadan buraya amerikalı hindlilərin 
əcdadları keçmişdilər.
İri mornəlilorin qırılması, onların meşə saholorindo nıczolit dövründo öz ardınca iri 
qrupla
rın nisboton kiçiklorlo ovəz olunması ilo noticələndi. İnsanların bir hissosi şimala 
şimal marallarının ardınca horokət edir, bəzi hissəsi isə əvvəlki yerlərdə qalırdı. Tək, 
yaxud qrup halında yaşayan heyvanların ovlanması, onların biologiyası və davranışları 
haqqında biliklər tələb edirdi. Nadir, cəld və ehtiyatlı heyvanların ovlanması yeni ovçu 
al
əti olan yayın meydana gəlməsinə gətirib çıxardı. Təsərrüfatın aparıcı sistemi olan 
kollektiv ov öz əhəmiyyətini itirdi. Çox yerlərdə əsas məşğuliyyət balıq tutmaq idi, 
primitiv qayıqlar meydana gəlməyə başladı. Çöllərə səpələnmiş bataqlıqlaşmış tundra 
düzənləri su quşları üçün sığınacaq yeri idi ki. bu da nisbətən ovçuluğun yayılma 
obyektin
ə çevrildi. Heyvanlar arasında ovlanmağa görə birinci yeri şimal maralı tutdu; 
eyni zamanda tülkü, porsuq, dovşan, vəhşi buğa, cüyür, susamuru və s. də ovlanırdı. 
F
ərdi ovda insanın ən çox köməkçisi cəld, fəal olan it idi. Ov nəticəsində insanların əlinə 
yüngülcə yaralanmış heyvanlar, öldürülmüş heyvanların dişi balalan keçirdi. Onları 
özləri ilə götürüb, köç zamanı dayanacaqlarda yaşamağa məcbur edirdilər. Bu 
heyvanların əhliləşdirilməsinin birinci pilləsi idi. Axırıncı əhliləşdirilmiş heyvanlar 
insanların məhsulu hesabına dolanan və onlann ətrafında yaşayan (donuzların növləri, 
toyuqlar, keçilər, oğlaqlar, qaramal) heyvanlar oldu. Oturaq həyat tərzinə keçiddə vəhşi 
heyvanların əhliləşdirilməsinin ardınca insanlar bitkiləri becərməyə başladılar. İbtidai 
əkinçilik - hələ paleolitdə bəzi növlərin yerlərin (dayanacaqların) yanında kiçik əkin 
sah
əsi kimi meydana gəlmişdi. Əkinçilik mədəniyyəti Əgər paleolit və mezolit dövrü ətraf 
mühit haqqındakı biliklərin yığılması və ümumiləşdirilməsi dövrü idisə, neolit dövrü bu 
bilikl
ərin reallaşması dövrü oldu. Mənimsəmə təsərrüfatından insan istehsal 
t
əsərrüfatına keçid əldə etdi. Bu yolla «neolit inqilabı» baş verdi. Müxtəlif bitkilərin 
biologiyası, ekologiyası və flora haqqındakı biliklərin bütöv halda yığılması əkinçilik 
m
ədəniyyətinin inkişafında keyfiyyətli sıçrayışa səbəb oldu. Elə bu dövrdə planetdə 
m
əşhur olan kənd təsərrüfatı bitkiləri insanlar tərəfindən xüsusi mədəniyyət qrupuna 
daxil edildi. Əkinçiliyin böyük məhsuldarlığı (bir ailə öz tələbatından 2-3 dəfə çox məhsul 
istehsal edirdi) 
əhalinin yerləşməsinə və onun sayının artmasına kömək edirdi. Bunun 
üçün ən əlverişli təsərrüfat məskunlaşma yerlərində yarandı. Əkinçilik insanın başlıca 
m
əşğuliyyətinə çevrildi. Əkinçilik əsasən meşələrin qırılması hesabına genişləndirilirdi. 
Dağ ətəyində yerləşən subtropik və tropik rayonlarda məskunlaşma əkinçiliyin 
tcrraslaşdırılmasına və ölkələrin yaranmasına səbəb oldu. Afrikanın, Cənubi-Şərqi və 
Orta Asiyanın əhalisi ildə 2 dəfə məhsul verən suvarma əkinçiliyini təbliğ edirdilər. Ovun 
ideyası insanların ovçuluq təcrübəsindən irəli gəlirdi: heyvanların qovulub-ovlanması 
üçün çöl və ya meşələr yandırılır, bundan sonra isə boş torpaq sahələri qalırdı. 
Müşahidələr göstərir ki, yanmış bitkilərin külləri məhsuldarlığı artırır. Bu yolla torpaq 
gübrələmələri haqda biliklər inkişaf etməyə başladı.


Heyvanlar
ın əhliləşdirilməsi kütləvi və yerli xarakter aldı. Müasir ev heyvanlarının növ 
t
ərkibi göstərir ki, onlann çoxu (15 növ məməli, 10 növ quş, bir çox balıq növü və 2 növ 
cücü) bu mərhələdə əhliləşdirilmişdir. Qida əldə ctıııək üçün başlıca üsul olan ovçuluq 
ikinci plana keçdi. Bitkilərin becərilməsi, heyvanların əhliləşdirilməsi və qaramalın 
yetişdirilməsi ilə insan ətraf nüihitlə yeni, tamamilə başqa münasibətlərə təkan verdi. Ov 
quşlarına və xeyirli yabanı bitkilərə insanın marağı zəifləyir, onun yerini daha çox torpaq 
münbitliyi və məhsuldarlığı haqqında fikirlər tuturdu. Buna uyğun olaraq insan bu və ya 
dig
ər formada təbiətlə əlaqəsini kəsdi. Buna görə də ətraf mühitə əsl ziyan əkinçilik və 
maldarlığın bu dövrdə yaranması ilə bağlı (ekoloji sabitliyin pozulması) meydana 
çıxmışdır. Bu yolla axırıncı buzlaq mərhələsinin sonunda Aralıq dənizi ərazilərində 
n
əhəng yarpaqlı ağac meşələri yavaş-yavaş sıradan çıxdı. Məhz elə bu ərazidə 
m
ədəniyyətin ilk mərkəzləri meydana gəldi. O, Qərbi Afrika sahilboyundan Yaxın Şərqə 
q
ədər uzanırdı. Belə ki, sivilizasiyanın inkişafı meşələrin amansızcasına qırılması, çöl və 
s
əhraların yaranması, torpaq eroziyasının əmələ gəlməsi ilə müşayiət olunurdu. Mal-
qaranın sayının daim artması ilkin landşaftın dəyişilməsinə gətirib çıxardı. Buna ən 
əyani misal Saxara və ona bitişik şimal ərazilərini göstərmək olar. 4000 il bundan əvvəl 
Saxara s
əhrası yox idi. Amma keçmiş Liviya səhrası 2000 il əvvəl Romanın taxıl anban 
olmuşdu. Bütün bunlardan aydın olur ki, artıq quldarlıq quruluşu mərhələsində insan 
c
əmiyyəti müasir problemlərə yaxın olan ekoloji problemlərlə qarşılaşmışdır. Bu yolla 
əkin və otlaq sahələrinin genişlənməsinə olan tələbat bataqlıq ərazilərinin 
qurudıılmasına, nıəhdudlaşdırılmasına gətirib çıxardı. Bu proses qışlaq ərazilərdə, suda 
üzən və bataqlıq quşları olan yerlərdə - Nil vadisində, Çində, Hindistanda quşların 
miqrasiya istiqam
ətlərində özünü göstərməyə bilməzdi. Digər ciddi bir problem heyvan 
v
ə bitkilərin iqlimə uyğunlaşması idi. Əkinçilik və heyvandarlığın intensivləşdirilməsi yeni 
növlərin gətirilməsinə səbəb oldu, bu isə tez-tez ciddi kəskin vəziyyətlərə gətirib çıxardı. 
M
əsələn, Roma imperiyasında Balcar adasında dovşanlar elə çoxalmışdılar ki, 
imperator Avqust bütün dovşanlara qarşı mübarizə üçün legioner əsgərləri mübarizəyə 
göndərmişdir. Təbiətə, əsasən meşələrə dəyən ən böyük ziyan torpaqların 
şumlanmasının genişləndirilməsindən irəli gəlirdi. Platon göstərdi ki, Yunanıstanın 
ıncşəsizləşmosinin səbəbi torpaqların yuyulması və su mənbələrinin məhv edilməsidir. 
Yunan
ıstanda meşəlik 65%-dən 15%-ə kimi azalmışdır. Xüsusiyyətinə görə neolit 
dövründə birinci demoqrafik partlayış baş vermişdir. Əvvəllər yalnız təbiət nemətlərinin 
yığımı ilə məşğul olan ovçu, oturaq həyat tərzinə keçərək, evlər tikir, vəhşi heyvanları 
əhliləşdirir, bitkiləri mədəniləşdirməyə başlayırdı. Nəticədə həyat şərtləri əhəmiyyətli 
d
ərəcədə yüngülləşərək, Yer kürəsi əhalisinin sayı müasir tarixi hesabla 5 milyondan 
130 milyona q
ədər artdı (bizim c.ə. K000 il bundan əvvəl). Növbəti mərhələlərdə 
müharibələrə, epidemiyalara, uşaqlar arasında ölümün çoxalmasına baxmayaraq 
əhalinin artımı yüksəlirdi. V-VI əsrlərdə əhalinin sürətli artımı başladı. Bu öz ardınca təbii 
qruplara, xüsusilə meşə qruplarına öz təsirini göstərdi. Məsələn, 500 ailədən ibarət olan 
Roma bir-
iki milyonluq sakini olan şəhərə çevrildi (bizim eranın V əsrində). Nəticədə, 
Orta İtaliya öz landşaftını tamamilə dəyişdi. Əla palıd və fıstıq meşələri qırılaraq, zəngin 
əkinçilik yerlərinə, tarlalara çevrilirdi. Buğda əsasən Şimali Afrikadan əldə olunurdu. 
Orada Atlas vadil
ərində torpaq fosforla zəngin olduğundan böyük məhsul verirdi. Bir 
müddətdən sonra onlar tamamilə gücdən düşdü. Subtropik meşələrlə örtülmüş İspaniya 
düzəngaha çevrildi, meşə ərazisi isə əvvəlki sahəsinin 1/8 hissəsini saxlamışdı: ispanlar 
maldarlıqla, sonradan isə atçılıqla məşğul olmağa başladılar. VII-VIII əsrlərdən 


başlayaraq insanlann, xüsusilə meşələrə güclü təsiri başladı, o torpaq sahələrinin 
sahibin
ə çevrildi. Orta əsrlərdə zadəganlara və kilsələrə məxsus bitkilərdən təmizlənmiş 
geniş torpaqlarda, şəhərlərin əsası qoyulmağa başladı. Sakinlərin artması yeni 
torpaqların mənimsənilməsini tələb edirdi. Böyük miqdarda ağaclar evlərin tikintisinə, 
onların qızdınlma- sına, eyni zamanda gəmiqayırmaya sərf olunurdu. XVI əsrdə artan 
t
ələbatlara görə dəmirin əridilməsi üçün ağac kömürünə ehtiyacın artması nəticəsində 
fıstıq meşələrinə güclü ziyan dəydi. Ağac kömürünü şüşə istehsalında istifadə edilən 
potaşa (qələvi ağ maddə) görə yandırırdılar. Kömür və duz mədənlərində apanlan 
qazma 
işləri böyük oduncaq ehtiyatı ilə həyata keçirildi. Meşələrin məhv edilməsi 
müxtəlif eroziya növlərinin inkişafına, çayların lilləşməsinə, su balansının pozulmasına 
g
ətirib çıxarmışdır. Heyvanların arealı və növü azalmışdı. Bəzi növlər (dağ keçisi, droit 
v
ə s.) tamamilə məhv edilmişdi. Təbii resurslar insanlar tərəfindən regionlarda 
m
ənimsənilmiş, bu da miqrasiya selini daha da gücləndirmişdi. Əvvəlcə hərbi 
əməliyyatlar, sonra isə coğrafi araşdırmaların səbəbi olan yeni torpaqlar bir məqsədi, 
t
əbii sərvətlərin ardınca getməyi tələb edirdi. Amerikanın kəşfi digər regionları əvvəllər 
m
əlum olmayan ərzaq və texniki mədəniyyətlə kartof, qarğıdalı, günəbaxan, lobya, 
pomidor, tütün və başqa məhsullarla zənginləşdirdi. Nəticədə, Avropa ölkələrində 
ərzağın miqdarı 2 dəfə artmışdı. Bu bitkilərin bəziləri vərdiş edilmiş ilkin təsərrüfat 
üsulunu dəyişdi. Bu yolla Qərbi Avropada palıd meşələri geniş yayıldı və süni şəkildə bu 
meşələr insanlar tərəfindən saxlanılırdı ki, bunun səbəbi də ev donuzlarının qidasını 
t
əşkil edən palıd qozasına olan tələbat idi. Kartof bitkisi tədricən palıd meşəsini 
sıxışdırıb çıxardı. Meşələrin cins tərkibinin dəyişməsinin əsas səbəbi ekstensiv əkinçilik 
olmuşdu. «Şumlanmış meşələr» meydana gəldi. Şum enliyarpaq meşələri sıxışdırıb 
çıxartmağa məcbur etdi. Xüsusən də palıd, cökə, qarağac, fındıq altındakı torpaqlar 
yüksək qiymətləndirilirdi. Landşaftın aktiv dəyişdirilməsi meşə sənayesinin 
yoxsullaşmasına gətirib çıxardı ki, bu da xüsusi ovçuluq və balıqçılıq reqlamentinin irəli 
sürülməsini tələb edirdi (Portuqaliyada III əsrdə, Almaniya və Fransada XVI əsrdə). 
Rusiyada birinci qoruq yeri s
ərhodboyu nişanlanmış meşələr oldu. Təbii mühafizə 
funksiyasını qala ətrafında salınmış bağlar, monastırlar, ev ətrafı yerlər, IX-XIV əsrlərdə 
yaranmış və bəzi yerlərdə XX əsrə qədər saxlanılmış bağçalar yerinə yetirirdi. Bu yolla 
əkinçilik və maldarlıq dövrünün aktiv inkişafında təbii landşaftlar, tədricən, becərilmiş 
torpaqların genişləndirilməsi, meşələrin təsərrüfat məqsədli işlərinin, şəhərlərin 
böyüməsi və s. nəticəsində antropogen landşaftlarla əvəz olunurdu. Bu prosesin səbəbi 
sakinl
ərin sürətli artımı ilə dərinləşirdi. Təbiətə tələbat böyüyürdü, lakin o, təbii 
t
əsərrüfatla məhdudlaşırdı, belə ki, bioloji məhsulların təkrar istehsalı təmin edilirdi. Eyni 
z
amanda bütün yeni növ bitkilərin və heyvanların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, 
onlardan alınmış məhsulların miqdarının çoxaldılması, bundan ötrü ayn-ayn coğrafi 
rayonların mənimsənilməsi insanla təbiət arasındakı qarşılıqlı münasibətlərin keyfiyyət 
m
ərhələsinə yeni bir pillə oldu. Sənaye inqilabı - Sivilizasiyanın inkişafi olan mədəni-
tarixi m
ərhələ kimi tanınan «sənaye inqilabı» 200 il əvvəl başlanmışdı. Texnikanın, təbii 
v
ə industrial cəmiyyətin yaranması təkcə təbii landşaftların məhvinə deyil, eyni zamanda 
planetin geniş ərazilərində ilkin forma almış antropogen landşaftların transformasiyasına 
s
əbəb olmuşdur. K. Lorens qeyd edirdi ki, «insan canlı təbiətlə düzgün rəftar etməyi 
unudur. İndi onun üçün əmək fəaliyyətində texnoloji proseslər və texnika ilə işləmək 
daha vacibdir. Bununla da o canlı aləmə yaxınlaşır və canlı aləmdən bərpası mümkün 
olmayan ziyanı görür». Sənaye istehsalının meydana gəlməsi və inkişafı təbiətin vəhşi 


istismarını formalaşdırır və insanları təbii sərvətlərin ardınca qaçmağa və təbii ehtiyatlar 
kompleksinin mümkün istifadəsindən çox, ondan maksimum gəlir əldə etməyə vadar 
edir. 'S
ənayenin inkişafı şəhərlərin, yolların, zavodların, aerodromlann tikintisinə şərait 
yaratmış, mədənçıxarma sahələrinin artırılması və kənd təsərrüfatı istehsalının 
intensivloşdirilməsi ilə bağlı olmuşdur. Nəticədə biotoplann tez və irimiqyaslı 
d
əyişiklikləri baş vermişdir: meşə ekosistemləri və ada xarakteri almış, bataqlıqların 
sah
əsi azalmış və s. Flora və faunanın növ tərkibinin, rəngarəngliyinin kasıblaşması, 
suların axınının həcminin azalmasına, çayların dayazlaşmasına və səviyyəsinin 
d
əyişilməsinə səbəb olmuşdur ki, bu da onların töküldüyü dənizlərin vəziyyətində özünü 
aydın büruzə vermişdir. Bunların hamısı bozqır rayonlarının yaranmasına, səhralaşma 
tempinin yüksəlməsinə səbəb olmuşdur. Sənaye istehsalının həcminin vo miqyasının 
artırılması, atmosfer havasının və təbiət sularının çirkliliyinin yüksəlməsinə şərait 
yaratmışdır. Hava və su kütlələrinin dövretməsi nəticəsində lokal xarakterli çirklənmələr 
nisb
ətən geniş miqyaslı, çox vaxt qlobal çirklənmə xarakteri alır. Onlardan son dərəcə 
t
əhlükəlisi kimyəvi (pestisidlər, ağır metallar, bir çox tibbi pereparat- lar və s.) və fiziki 
(h
ər şeydən əvvəl ionlaşdırıcı və elektromaqnit şüalanma) faktorlardır. Onlar ətraf 
mühitin çirklənməsinin genetik problemlərini doğurur, canlı orqanizmlərin irsiyyət 
aparatında mutagen dəyişikliklər yaradır. Sənaye inqilabının indiki ETT (Elmi-texniki 
T
ərəqqi) adlanan mərhələsi sənayenin konsentrasiya xüsusiyyətinin artmasına, bərpa 
olmayan t
əbii ehtiyatlarm sürətli azalmasına, istehsalın texniki təchizatının yüksəlməsi, 
atom eneıjisinin mənimsənilməsi məsələləri isə landşaftların urbanizasiyası ilə 
xarakteriz
ə olunur. XX əsrin 2-ci yarısında bütün bu dəyişikliklərin nəticəsində insanla 
t
əbiətin qarşılıqlı münasibətində əhəmiyyətli dərəcədə uyğunsuzluq yarandı. Bu 
b
əşəriyyətin daimi artan tələbatları və planetin resurslarının kasıblaşması arasındakı 
uyğunsuzluq idi. 1986-cı ildə Yer əhalisinin sayı 5 milyarda, 1999-cu ildə isə 6 milyarda 
çatmışdır. Hər il dünyada 4 milyard ton neft, 2 milyard tona yaxın kömür çıxanlır ki, onun 
da ehtiyatlan tükənməyən deyil. Tez tükənən ehtiyatlann sırasına uran, civə, barium, 
gümüş və başqalan da aiddir. Hazır məhsulun çıxanlması və emal edilməsi tullantılann 
miqdannın artması ilə müşayiət olunur. YUNESKO-nun məlumatlarına görə bəşəriyyət 
artıq 40 milyard tona yaxın müxtəlif sənaye tul- lantılan istehsal edib ki, bunlann da 
böyük hissəsi okean və dənizlərə atılıb. Bu baxımdan insan fəaliyyətini geoloji 
qüvvələrin təsiri ilə müqayisə etmək olar. Belə ki, Yerdə 578 aktiv vulkanların və 400 iri 
s
ənaye şəhərlərinin he- sabatlan apanlıb. Püskürmüş lavanın, külün, qazın və qızmar 
su buxarlarının orta illik kütləsi 2,5 milyard ton təşkil edir, şəhərlər isə hər il ətraf mühitə 
3 milyard ton tullantı atır ki, bunun da 500 km3 axar sulara axıdılır, 1 milyard m3 
müxtəlif aerozollar isə atmosferə atılır. Çirkləndiricilərin kütləvi şəkildə biosferə daxil 
olması onun tarazlığının və dayanıqlığının azalmasına gətirib çıxarır. Biosferin 
tarazlığının pozulmasının əlamətləri artıq indi qeyd olunur: XX əsrdə atmosferdə karbon 
qazının konsentrasiyasmm artması 18% təşkil edib ki, bununla da biokütlənin heç bir 
artımı müşahidə edilmir. Buradan aydın görünür ki, dəhşətli xarakter alan gözlənilməz 
prosesl
ər baş verə bilər. A.D.Armandın dediyi kimi «ictimaiyyətin iqtisadi inkişafı 
biosferin stabilliyinin dağıdılması» faktoru kimi çıxış edir. Bu inkişafın nəticələri çox 
yaxşı məlumdur. Qısaca desək onlar ekoloji fəlakətlərin bir hissəsi olub, qlobal ekoloji 
böhranlara çevrilən problemlərlə xarakterizə olunur. Geosistemin strukturuna təsir edən 
f
əlakətlər Qedel teoreminə görə ümumiləşdirilmiş qanunauyğunluq nəzəriyyəsini 
nümayiş etdirir: «lokal fəlakətlərin ləğv edilməsi təbii resursların nisbətən geniş 


ərazilərdə mobiliza- siyasını, regional katostrofların ləğv edilməsi - dünya resurslarının 
mobili- 
zasiyasını tələb edir. Görünür, ekoloji böhrandan biosferin çıxması və bərpası 
üçün planctlərarası sivilizasiyaya ehtiyac olacaq. Nəzərə alsaq ki, indiki durumda 
yerd
ən kənar sivilizasiyanın mövcud olduğuna dair dəlillər yoxdur, təbiətlə harmonik 
münasibətlərin sabitləşməsi bəşəriyyətin indiki ən aktual məsələsidir. 

Download 1.12 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Download 1.12 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



C əmiyyət və təbiətin qarşılıqlı əlaqəsi

Download 1.12 Mb.
Pdf ko'rish