K ənd təsərrüfatı və ekologiya




Download 1.12 Mb.
Pdf ko'rish
bet19/22
Sana24.11.2022
Hajmi1.12 Mb.
#31676
TuriMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
Bog'liq
M.Sunay-İxtisasa-giriş

14. K
ənd təsərrüfatı və ekologiya 
Neolitd
ə başlayan insanın kənd təsərrüfatı fəaliyyəti biosferdə böyük dəyişikliklərə 
g
ətirdi. Kənd təsərrüfatının inkişafı, təbii bitki örtüyünün və iri heyvanların məhv 
edilm
əsinə, bundan başqa onun yerində aqroekosiste- min yaradılmasına, biosfer üçün 
çox kiçik əhəmiyyətli minimal bitki növ tərkibinin əmələ gəlməsinə şərait yaratdı. 
Heyvanların əhliləşdirilməsi bitki örtüyünün pozulmasına səbəb oldu. Torpağın 
s
əmərəsiz istifadəsi torpağın münbitliyini aşağı saldı, eroziya prosesini intensivləşdirdi, 
onu c
ansız məkana çevirdi. Neolitin əvvəlində Çində meşələr 90% təşkil edirdi, indi isə 
onun 5%-
i qalmışdır. Şimali Suriyada, Fələstinin cənubunda, Mesopotamiyada əkinçİ lik 
10000 il bundan 
əvvəl yaradılmış və indi torpağın deqradasiyası nəticəsində 
s
əhralaşmaya çevrilmişdir. XIX əsrin ortalarına qədər sürən aqrar sivilizasiya 
planetimizin «çılpaqlaşmasına» və geri dönməyən proseslərə (səh- ralaşma, çirklənmə, 
eroziya v
ə deflyasiyaya) gətirib çıxardı. Bunlar hamısı torpağın münbitliyinin aşağı 
düşməsi nəticəsində baş verdi. Kənd təsərrüfatının ətraf mühitə göstərdiyi təsir böyük 
miqyasa çatıb vo bu bir neçə istiqamətdə həyata keçirilir. Qazıntı zamanı və şumlama 
n
əticəsində təbii fitosenoz bəzən süni fitosenoza çevrilir, növlərin dəyişməsi bitkinin bir 
v
ə bir neçə növünün itməsi ilə müşahidə olunur. Qazılan torpaqlarda çoxlu sayda 
ziyanvericil
ər olur (məməlilər və cücülər).Aqrofitosenoz - faunaların yoxsullaşması 
prosesi gedir, çünki torpaqlarda kəsəyən tipli gəmiricilər, tısbağalar, sərçələr hökmranlıq 
edirl
ər. Hər il bitkilər biokütləvi təmizlənərkən müəyyən qida maddələrinin miqdarı azalır. 
Bu da torpağın məhsuldarlığını aşağı salır. Qazıntı zamanı çox faydalı heyvanlar da 
m
əhv olur. Düşünülməmiş istifadə torpağın eroziyasını, deflyasiyasını artırır. Təbii 
eroziya il
ə yanaşı, insanın təsərrüfat fəaliyyəti nəticəsində yaranan eroziya daha tez 
inkişaf edir. İnsanın fəaliyyəti ilə yaranan eroziya minilliklər ərzində qorunan təbii mühiti 
qısa bir müddətdə məhv edir. Sürətli eroziya, (deflyasiya) adi bir toz fırtınası vo ya 
leysan (qalınlığı 20 sm olan humus təbəqəsini 5-7 min ilə əmələ gəlir) yuyub apara bilər. 
Afrikada, Asiyada daha çox külək eroziyası yayılıb. ABŞ-da 120 mln. hektar ərazİbu cür 
eroziyaya m
əruz qalıb, iqtisadi cəhətdən pul itkisi bir neçə mln. dollar təşkil edir. 
Fransada is
ə 4,5 mln. hektar eroziyaya məruz qalıb. Afrikada, Asiyada, Cənubi 
Amerikada eroziya daha çox inkişaf edib. Məsələn: Madaqaskarda meşələrin qırılması 
n
əticəsində ərazilərin çoxu eroziyaya məruz qalıb. Argentinada, Çilidə, Braziliyada, 
M
ərkəzi Amerikada torpaqların çoxu məhv edilibdir. Çində təxminən 150 mln hektar 
sah
ələr eroziyaya uğrayıb. Torpaq haqqında məlumatlar göstərir ki, son yüz ildə 480 
mln hektar 
ərazi eroziyaya uğramışdı (27%). Başqa sözlə planetdə 50 mln. hektar 
m
əhsuldar torpaqlar bərpa olunmaz dərəcədədir. Torpaq eroziyasının əsas səbəbləri 
meşələrin qeyri-rasional qırılması, mal-qaranın qeyri-səmərəli ota- nlması və s. ibarətdir. 
Bunun qarşısını almaq üçün bəzi tədbirlər həyata keçirilir: 1) ərazinin eroziyaya qarşı 
m
ühafizəsini təşkil etmək,müdafiə üçün meşə zolağının yaradılması və hidrotexniki 
qurğuların qorunmasını təşkil etmək; 2) cərgə səpininə qadağa qoyulması və s.; 3) 
t
əpələrdə çoxillik otların bufer - zolağının yaradılması; 4) meşə bitkilərinin artırılması 
n
əticəsində yarğanların, uçurumların möhkəmləndirilməsi; 5) süxurların, dayaz dərələrin 


b
ərkidilib düzlə ndiri İmə si; 6) sıldırım qayalarda, qumlu torpaqlarda malın otarılmasmın 
t
ənzimlənməsi; 7) yolların yuyulmadan qorunması; 8) optimal şəraitdə landşaftın 
yaradılması; Bunlardan başqa, zonal tədbirlər sistemi yaradılır: meşomeliorativ, 
hidrotexniki, aqrotexniki v
ə təsərrüfat təşkilat sistemlərinin həyata keçirilməsi vacibdir. 
Aqrotexniki t
ədbirlərə su axınının tənzimlənməsi, qış bitkilərinin əkini, qazılına, 
kultivasiya v
ə s. aiddir. Meşə meliorativ tədbirlərə - şəraitdən asılı olaraq müəyyən 
m
əsafədə qoruyucu zolaqların salınması, hidrotexniki tədbirlərlə - su anbarları, 
b
əndlərin qurudulması vo s. aid edilir. Təşkilat-təsərrüfat tədbirlərinə torpaqda eroziyaya 
qarşı planlı işlərin aparılması, mübarizəsi və s. aiddir. Torpağın məhsuldarlığına kənd 
t
əsərrüfatı texnikası da təsir göstərir. Torpağın borkimosi onun strukturunu pozur. 
Torpağa göstərilən təzyiq 1 kq/sm2; əgər bu qiymət 3-5 kq/sm2 çatarsa, onda 
m
əhsuldarlıq 30% aşağı düşər. Dünyanın bir çox böyük sahələri bataqlığa və 
şoranlaşmaya çevrilib. Kənd təsərrüfatına aid edilən mülki (qurudulmuş) sahə dünyada 
135 mln. hektardan çoxdur. Ən çox qurudulmuş sahələr ABŞ-da 60 mln. hektardır, 
Böyük Britaniyada, Polşada, AFR-də, Rusiyada, Macarıstanda və s. yerlərdə də bu hal 
davam edir. Bataqlıqlar hidroloji və iqlimemələgətirlmə mənasında böyük əhəmiyyətə 
malikdir. Onlar işıq və su rezervuarlan hesab edilir. Qurudulmuş torpaqların istismarı vo 
tikintisi zamanı layiholondirmədə baş verən səhvlərə görə mənfi nəticələrə rast gəlmək 
olar: qrunt sularının səviyyəsinin aşağı düşməsi, bulaqların qeyb olması, kənd 
t
əsərrüfatı və meşə yığım məhsullarının azalması, eroziya prosesinin tezləşməsi və s. 
Torpağın su, işıq, qida rejimini təmin etmək üçün hidromeliorativ işlər aparılmalıdır. 
Ekostabilliyi qorumaq üçün bataqlıqların bir hissəsini təbii halda saxlamaq lazımdır. 
Meliorasiyanın bütün növləri arasında ən çox yayılmış - suvarmadır. Suvarma zamanı 
torpağın su və hava rejimi, torpaq prosesinin xarakteri dəyişir. Buna misal-səhralan 
göstərmək olar, bu zaman təzə TƏK-lər əmələ gəlir. Suvarma hələ qədim zamanlarda 
Mesopotamiyada, C
ənubi Amerikada, Çində, Hindistanda, Misirdə və s. istifadə 
olunurdu. İndi dünyanın 100 ölkəsindən çoxunda suvarma yayılıb, bu 225-250 mln 
hektar torpaq sah
əsini əhatə edir (17%). Bu göstəricilər Çində - 49 mln., Hindistanda - 
40 mln., ABŞ - 21 mln. hektardır. Belə proseslərlə əlaqədar olaraq torpağın ikinci dəfə 
t
əkrar şorlanması da müşahidə edilir. Suyun duz təbəqəsi ilə qarışması nəticəsində 
torpağın üstündə duz layı şorakət əmələ gətirir. Şorakət torpaqlar həddindən artıq 
suvarma n
əticəsində əmələ gəlir. Son zamanlarda torpaqların bataqlaş- ması və ikinci 
d
əfə şoranlaşması dünyanın bir çox ölkələrində baş verir. Yaxın və Uzaq Şərq, 
Avstraliya, ABŞ və Hindistanda şoranlaşmanın qabağını almaq üçün suvarma sistemini 
t
əkmilləşdirmək üsullarını axtarırlar. Heyvanlar aləminin təbiətə göstərdiyi təsir bir neçə 
istiqam
ətdə dəyişir. İlk növbədə otlaqların korlanmasına heyvanların sayı və 1 hektara 
düşən sıxlığı təsir edir. İri mal-qara komplekslərindən atılan tullantının istifadəsi üçün 
ciddi ekoprobleml
ər mövcuddur. Məsələn: heyvandarlıq komplekslərindən 50 min baş 
mal 
ətraf mühitə eyni miqdarda fosfor xaric edir (yəni şəhərlə yanaşı). Bu komplekslərin 
yerl
əşdiyi yerdə yeraltı və yerüstü sular çirklənir, insanların sanitar gigiyena şəraiti 
pozulur. Heyvanlar çöl biogeosenozlarına təsir göstərir (ot bitkilərinin yeyilməsi). Bu təsir 
çöl otlaqlarının ümimi vəziyyətindən, heyvanın növündən, otannanın növündən («Azad 
otarma», qovlama), iqlim şəraitindən və s asılıdır.Ev heyvanlarının otarılması çox halda 
TƏK-in sürətli dəyişməsinə gətirib çıxarır. Əgər otarılma tez-tez baş verirsə, onda 
torpağın nəmliyi dəyişir, eroziya tezləşir. Heyvanlar bütün otları yemirlər, buna görə də 
otlaqlarda yeyilm
əyən zəhərli, tikanlı bitkilər çoxalır və böyüyürlər. Mal-qaranın ota- 


nlması nəticəsində mezofil növləri kserofil növləri ilə əvəz olunurlar. Otlaq diqressiyası 
çöllərdə bu sxem ilə baş tutur: ceyranotu-şınmh total-yovşan (boz)-qırdıc-sirkən və s. 
S
əhralarda diqressiya nəticəsində efemerlər, efemeroidlər və tikanlı kolluqlar 
dominantlıq təşkil edirlər. Qumluq yerlərdə otarma qumları hərəkətə gətirir. Şimali 
Afrikada s
əhralaşmaya 65 mln hektar otlaqlar məruz qalıb, Argentinanın pampa 
düzlərində 10 baş heyvana 10 hektar kənd təsərrüfatı məhsulları düşür. Dağ yerlərində 
mal-
qaranın otanlması torpaqların eroziyasına gətirir. Həmin bu yerlərdə çoxlu miqdarda 
yağıntı düşür. Bəzi rayonlarda yüksək konsentrasiya ev heyvanlarının çoxu üçün 
müxtəlif infeksion xəstəliklərin (məsələn: ensefalit) mənbəyi olur. Mineral gübrələr, 
pestisidl
ərin və kimyəvi maddələrin istifadəsi, ətraf mühiti bərpaolunmaz şəkildə 
çirkləndirir. Torpağın gübrələrlə çirklənməsi nəinki makro, eyni zamanda mikro 
elementl
ərdən də baş verir. Məsələn: fosfor gübrələrinin tərkibində (Ar - arsen, Cd - 
kadmium, Xr - xrom v
ə s) toplanır. Nitratların və fosfatların istifadəsi nəinki suyu vo 
torpağı çirkləndirir, həm do məhsulun keyfiyyətinə və insanın sağlamlığına təsir göstərir. 
Orqanizmd
ə nitratlar, bağırsaqların bakterial florasının təsiri altında, kanserogen 
madd
ələrə çevrilir. Ətraf mühitdə nitratların çoxalması bir neçə prosesin pozulmasına 
g
ətirir: 1. Nitrofikasiya (ali bitkilər tərəfindən, tərkibində nitrat olan maddələrin 
m
ənimsənilməsi prosesi); 2. Denitrifikasiya (HN03 turşusu itə və torpaq və su 
bakteriyalarının parçalanması nitritə, N, NH3 - ammiyaka qədər). Bu da azotun təbiətdə 
dövranına təsir edir. F.Ranıadanın fikrincə, illik norma çıxarı 9,0 mln ton olur, bu da 
hidrosferd
ə əsasən akkumulyasiyaya gətirir. Nitratların hovuza tökülməsi eftrofi- kasiya 
prosesini tezl
əşdirir, bu balıq istehsalının azalmasına, su tutarlannda isə bitkilərin 
k
əskin, sürətli inkişafına gətirib çıxarır. Kənd təsərrüfatı ziyanvericilərinə qarşı 
pestisidl
ərdən istifadə edilir. 
(ing. pcs - 
dağıdıcı, gəmirici). BMT-nin verdiyi xəbərə görə, 80-ci illərdə ziyanvericilərə 
görə taxılın 30%-i itirilib. Bunun qabağını almaq üçün kimyəvi maddələrdən istifadə 
edirl
ər. İndiki müasir pestisidlər sintez olunurlar. Onların arasında insektisidlər (zəhərli 
cücülərə qarşı), fungisidlər (fıtopatogen göbələklərə qarşı), herbi- sidlər (alaq otlanna 
qarşı), rodentisidlər vardır (gəmiricilərə qarşı). Pestisidləri fərqləndirən cəhət onların 
universallığıdır, onlar həm faydalı, həm də zərərli bitkiləri öldürür. Amma onlardan 
istifad
əyə son qoymaq olmaz, çünki onlan həm meşə, həm də kənd təsərrüfatı 
ziyanvericil
ərinə qarşı istifadə edirlər. Amma onların istifadəsində çox ehtiyatlı olmaq 
lazımdır. 1874-cü ildə Alman fiziki Zeydler təzə kimyəvi birləşməni yaratdı — 
dixlordifenil trixloretan (DDT). 1937-ci ild
ə İsveçrəli kimyaçı T.Müller DDT-in toksik 
xüsusiyyətinə görə və cücülərə təsirinin öyrənilməsinə görə Nobel mükafatı alıb. Amma 
30-
il keçdikdən sonra onun istifadəsinə son qoyulubdur, çünki o, kanserogendir. Bu 
müddət ərzində planetdə 1,5 mln tona qədər DDT yayılmışdır. Effektivliyinə baxmayaraq 
el
ə cücülər (milçək, ağcaqanad, böcəklər və s.) var ki, bu maddəyə qarşı tab gətirirlər. 
120 növ buğumayaqlılarda bu maddə tapılıb və zəncirvarı reaksiya nəticəsində 
t
əbiətdən istifadə edən insanın orqanizminə daxil olaraq onun zəhərlənməsinə bəzən 
is
ə ölümünə səbəb olur. Son zamanlar DDT istifadəsi qadağan olunsa da onun mənfi 
t
əsiri hələ də davam edir, DDT-nin istifadəsi nəticəsində ABŞ-da ağacdələn və qartallar, 
Şotlandiyada bcrkutlar, Qərbi Avropada fazanlar və dovşanlar və s. məhv olmuşlar. 
Sübut olunub ki, DDT quşların artmasına mənfi təsir göstərir (yumurta qabıq tutmur, 
embrion ölür və s.). Təbiət üçün ən böyük təhlükə civədən hazırlanan dərmanlardır, 


hansılar ki, 30-cu illərin axırından toxumların təkmilləşdirilməsində xlor tərkibli 
madd
ələrlə birlikdə istifadə edilirdi. Ölmüş göyərçinlərin böyrək və qara ciyərlərində Hg - 
civ
ənin miqdarı 8-45 mq/kq, toyuqlarda 28-50 mq/kq-dır. Hər il dünyada 4-5 mln ton 
z
əhərli kimyəvi maddələr istehsal olunur. F.Ramad qeyd edirdi ki, pestisidlər aşağıdakı 
xass
ələrlə fərqlənirlər: 1) geniş spektr təsirinə malikdirlər (canlı orqanizmlərə - həm 
bitkil
ərə, həm də heyvanlara); 2) çox toksikdirlər; 3) təbiətdə uzun müddət qalırlar: DDT-
nin parçalanması suda - 10 U, dieldrin - 20 ilə qədər qala bilir. Bundan başqa 
pestisidl
ərlə işlənən sahələr həddindən artıq çoxdur. Avropada 10 mln-larla hektar 
torpaq 
ərazisi pestisidlərlə istifadəyə məruz qalır. Pestisidlər zərərvericilərə qarşı lazım 
olandan daha çox istifadə edilir. 

Download 1.12 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   22




Download 1.12 Mb.
Pdf ko'rish