P.2. Dərsə verilən psixoloji tələblər
Dərsin psixoloji məqsədi:
1.şagirdlərin tədris predmentinin konkret öyrənilməsi və yaxud konkret dərslə bağlı inkişafın layihələndirilməsi:
2.dərsin məqsədinin müəyyən olunmasında yeni mövzunun öyrənilməsinin psixoloji vəzifələrini eləcə də əvvəlki dərslərdə əldə olunmuş nəticələri nəzərə almaq:
3.şagirdlərin inkişafını təmin edən metodik priyomların, psixoloji – pedoqoji təsirlərin ayrı – ayrı vasitələrinin nəzərə alınması.
Dərsin üsulu
1.Dərsin inkişafedici təlimin prinsiplərinə uyğun olaraq strukturunun və məzmununun müəyyənləşdirilməsi:
- şagirdlərin təfəkkür və yaddaşlarının yüklənmə dərəcəsi:
- şagirdlərin yaradıcı və təkrarlanma fəaliyyətinin həcminin müəyyənləşdirilməsi:
- hazır biliklərin mənimsənilməsinin və ya müstəqil şəkildə əldə edilməsinin planlaşdırılması (müəllimdən eşitdikləri, yaxud dərslik, vəsait və s əldə etdikləri)
- müəllim və şagirdlərin tərəfindən problemli – evristik təlimin yerinə yetirilməsi (problemi kim qoyur, formalaşdırır və onun kimi həll edir)
- müəllim tərəfindən məktəblilərin fəaliyyətinin qiymətləndirilməsinin, təhlilinin və nəzarətinin, şagirdlər tərəfindən qarşılıqlı tənqidi qiymətləndirmənin , özününəzarət və özünüyoxlamanın qeydiyyatı:
- uşaqları fəaliyyətə ruhlandırma münasibətlərindən (stimullaşdırıcı maraq, müsbət hisslər oyadan fəaliyyətinin şərhi, çətinliklərin aradan qaldırılmasına kömək edən iradi cəhdlər) və məcburetmədən, (aldığı qiyməti, ciddi iradları şagirdin diqqətinə çatdırma, öyüd – nəsihətlər və s) istifadə etmək ola bilər:
Müəllimin özünütəşkilinin xüsusiyyətləri:
- dərs üçün ən başlıcası müəllimin psixoloji məqsədi dərk etməsi və onun həyata keçirilməsi ilə bağlı daxili hazırlığı:
- pedaqoji takt (ortaya çıxma halları)
- dərsdə psixoloji mühit (dərsdə şən, səmimi, işgüzar ünsiyyətin, mühitin yaratması və saxlanılması)
|