FƏSİL 3. ƏMƏLİYYAT GÜCLƏNDİRİCİLƏRİ ƏSASINDA ELEKTRON QURĞULARI




Download 3,55 Mb.
bet42/142
Sana27.05.2024
Hajmi3,55 Mb.
#255298
1   ...   38   39   40   41   42   43   44   45   ...   142
Bog'liq
Microsoft Word II -an

FƏSİL 3. ƏMƏLİYYAT GÜCLƏNDİRİCİLƏRİ ƏSASINDA ELEKTRON QURĞULARI




Ümumi məlumatlar

Elektronikanın müasir inkişafı analoq elektron qurğularının da İS şəklində yaradılmasına böyük imkan yaratmışdır. Hazırda çoxlu sayda ümumi və xüsusi təyinatlı analoq elektron qurğuları - analoq inteqral sxemləri (AİS) yaradılmışdır. Bunlara ilk növbədə, sabit cərəyan gücləndiricilərini (əməliyyat gücləndiricilərini), müqayisə sxemlərini (komparatorları), qida gərginlik mənbələrini (gərginlik stabilizatorlarını) aid etmək olar. Sənaye, məişət nəqliyyat və s. avadanlıqları üçün çoxlu sayda xüsusi AİS yaradılmışdır.


Əməliyyat gücləndiricilri (ƏG), adətən, gücləndirmə əmsalı 1000-dən çox olan sabit cərəyan gücləndiricilərdir.
Əməliyyat gücləndiricisi termini, uyğun əks əlaqə tətbiq olunmaqla müxtəlif riyazi əməliyyatları (diferensiallama, inteqrallama, cəmləmə, loqarifmləmə, müqayisə və s.) modelləşdirmək üçün analoq hesablama texnikasında tətbiq olunan belə gücləndiricilərin hesabına yaranmışdır. Nisbətən ucuz və yüksək texniki xarakteristikalara malik inteqral mikrosxem (İS) şəklində yerinə yetirilən yarımkeçirici ƏG-lərin yaranması, ƏG-lərin ən geniş tətbiq olunan universal İS olmasına gətirib çıxarmışdır.
İnteqral ƏG-lərin prinsipial sxeminə, adətən, bir, iki, yaxud, üç gərginlik gücləndirici kaskadı, belə ki, giriş kaskadı diferensial sxem üzrə yerinə yetirilir, çıxış kaskadı emitter təkrarlayıcısı sxemi üzrə yerinə yetirilmiş cərəyan gücləndiricisi, razılaşdırıcı kaskad rolunu yerinə yetirir.
İlk ƏG analoq hesablama qurğularında riyazi əməlləri yerinə yetirmək üçün yaradılmışdır. İlk lampa ƏG 1942-ci ildə L. Culi (ABŞ) tərəfindən işlənmişdir. Yeddi germanium tranzistordan və varikap körpüsündən ibarət olan ilk tranzistor əsaslı ƏG-lər 1959-cu ildə R. Malter (ABŞ) tərəfindən işlənib hazırlanmışdır. İlk inteqral ƏG 1963-cü ildə geniş tətbiq olunmağa başlanmışdır. Hal-hazırda ƏG-lərin 100-lərlə nomenklaturası mövcuddur, hansı ki, kiçik korpuslarda buraxılır və ucuzdur, bu hesaba da geniş tətbiq olunurlar.
ƏG, sıfır gərginliyinin və giriş cərəyanlarının sürüşməsi kiçik və yüksək gücləndirmə əmsalı olan yavaş dəyişən siqnallar gücləndiricisidir.
Müasir ƏG-lər öz ölçülərinə və qiymətinə görə bəzi tranzistorlardan fərqlənmirlər. Bununla yanaşı ƏG sxemi ilə siqnalın çevrilməsi əsasən, gücləndiricinin əks əlaqəsi dövrəsinin xassələri ilə müəyyən olunur və yüksək stabilliyi və təkrarlılığı ilə fərqlənir. ƏG-lərin praktiki ideal xarakteristikaları hesabına onların əsasında müxtəlif elektron sxemlərin yerinə yetirilməsi diskret
elementlər əsasında olanlardan çox sadədir. Analoq sxemotexnikanın bir çox sahələrində sxemlərin elementləri olan ayrı-ayrı tranzistorları tam sıxışdırıb çıxarmışdır.
Elektrik sxemlərində ƏG-ləri üçbucaq şəklində işarə edirlər. Sol tərəfdə göstərilən düz, yaxud, invertləməyən adlanan girişi “+“ ilə, invertləyən girişi isə “-“-la, yaxud dairəciklə işarə olunur,
ƏG-lər fiksə olunmuş əmsala və dəqiq sintez edilmiş ötürmə funksiyalara malik olan sxemlərin yerinə yetirilməsinə imkan verir. ƏG-lər böyük güclənmə əmsalına, yüksək stabilliyə, az səviyyəli küylərə və sıfır səviyyəsinə, geniş buraxma zolağına, yüksək giriş və az çıxış müqavimətinə malikdirlər. ƏG olduqca müxtəlif qurğuların sxemlərinin: gərginlik stabilizatorlarının, siqnal generatorlarının, aktiv süzgəclərin, miqyaslayıcı, loqarifmləyici, diferensiallayıcı, inteqrallayıcı və digər tipli gücləndiricilərin qurulması üçün geniş istifadə olunurlar. ƏG həm diferensial (sabit cərəyan), həm də aralıq, aşağı və yüksək tezlik gücləndiriciləri kimi tətbiq olunaraq bir sıra məsələləri müvəffəqiyyətlə həll etməyə imkan verir. Standart ƏG 150-dən çox qoşulma sxemlərində istifadə oluna bilər.
ƏG-lərin prinsipial sxemləri bir sıra sxemotexniki elementlərdən: stabil cərəyan generatorlarından, diferensial gücləndiricilərdən, dayaq elementlərindən, səviyyə sürüşməsi kaskadından, çıxış gücləndiricilərdən və onların müdafiə sxemlərindən ibarətdir



    1. Download 3,55 Mb.
1   ...   38   39   40   41   42   43   44   45   ...   142




Download 3,55 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



FƏSİL 3. ƏMƏLİYYAT GÜCLƏNDİRİCİLƏRİ ƏSASINDA ELEKTRON QURĞULARI

Download 3,55 Mb.