Əməliyyat gücləndiricilərinin tezlik xüsusiyyətləri
Əməliyyat gücləndiricilərinin tezlik xüsusiyyətləri onun tətbiqi şəraitin- dən asılı olaraq iki qrup parametrlərlə xarakterizə olunur. Birinci qrupa analoq sxemlərin qurulmasında istifadə olunan parametrlər aiddirlər. Bunlara birinci növbədə gücləndiricinin ötürmə funksiyası və ona uyğun loqarifmik ATX və FTX aiddir.
İkinci qrupa, ƏG-nin impuls sxemlərində işini xarakterizə etmək üçün istifadə edilən parametrlərə çıxış gərginliyinin qərarlaşma müddətini xarakterizə edən çıxış siqnalının dəyişməsinin maksimum sürəti və yüklənmədən sonrakı bərpa müddəti kimi parametrlər aid edilir.
sabitidir.
Ti kəmiyyəti cihazların müxtəlif xüsusiyyətlərə malik olması və mənfi
əks rabitənin dərinliyinin müxtəlif olması üzündən müxtəlif kaskadlar üçün müxtəlif olacaqdır. Onların uyğun kəsmə tezlikləri də müxtəlifdir. Odur ki, yekun loqarifmik ATX və FTX ayrı-ayrı kaskadların uyğun xarakteristikalarının cəmi kimi qurula bilər. Şəkil 3.5-də üçkaskadı ƏG üçün bu qayda ilə qurulmuş loqarifmik ATX göstərilmişdir.
Şəkil 3.5. Üçkaskadlı ƏG üçün loqarifmik ATX
Qeyd etmək lazımdır ki, kaskadların zaman sabitləri T
i yaxındırlarsa, loqarifmik ATX-nın cəm meylliyi -20 dB/dek – dən az olacaqdır.
Bu onunla izah olunur ki, ƏG adətən, mənfi əks rabitə dövrəsi ilə əhatə olunur. Loqarifmik ATX-nın meylliyi -20dB/dek qiymətindən az olduqda dayanıqlıq itir. Bu halda ƏG bütün tezlik diapazonunda loqarifmik ATX-nın meylliyini -20dB/dek