İnversləyici gücləndirici




Download 3,55 Mb.
bet48/142
Sana27.05.2024
Hajmi3,55 Mb.
#255298
1   ...   44   45   46   47   48   49   50   51   ...   142
Bog'liq
Microsoft Word II -an

İnversləyici gücləndirici. Xətti sxemlərdə ƏG əks rabitə dövrəsi ilə əhatə olunur. Əks rabitə dövrəsinin rezistoru Rə.r. gücləndiricinin çıxışı ilə invers girişi arasına qoşulur (şəkil 3.7). İnvers girişdə R1 rezistoru olan halda çıxış gərginliyinin bir hissəsi invers girişə verilir. Girişdə Ugir siqnalı olduqda gərginliyə görə güclənmənin effektiv qiyməti



Kə.r. = Uçıx / Ugir

kimi təyin edilir. Güclənmə əmsalının konkret qiyməti, əsasən R1 və Rə.r. müqavimətlərinin qiymətləri ilə təyin edilir. Əks rabitə olmayan ƏG üçün




Ugir.d. = Uçıx / K

olur.
Buradan görünür ki, K>0 qiymətlərində “1” və “2” girişlərindəki Ugir.d. gərginliyi Uçıx gərginliyinə nəzərən kiçik olur və K artdıqca bu gərginlik azalaraq sıfıra yaxınlaşır. Odur ki, qeyri-invers giriş torpaqlandığı halda invers giriş də torpaqlanmış kimi olur. Bu halda


Uçıx = İ Rə.r.; Ugir = R1 İ

olur və buradan


Kə.r. = Uçıx / Ugir = -(İRə.r.) / (İ R1) = -Rə.r. / R1


yazmaq olar. Sonuncu ifadə göstərir ki, Rə.r. və R1 müqavimətlərinin qiymətlərini seçməklə Kə.r. kəmiyyətini seçmək olar. Lakin R1 və Rə.r. müqavimətlərinin sərhəd qiymətləri məhdud olur. Adətən Rə.r. 1 MOm və ondan az, R1 isə 1 kOm-dan çox olur. R1 müqavimətinin 1 kOm-dan az qiymətlərində bu müqavimət siqnal mənbəyini yükləyir.


Şəkil 3.7. İnversləyici gücləndirici və onun ekvivalent sxemi




      1. Download 3,55 Mb.
1   ...   44   45   46   47   48   49   50   51   ...   142




Download 3,55 Mb.