Qeyri-inversləyici gücləndirici. ƏG qeyri-inversləyici gücləndirici kimi işləyə bilməsi üçün onun qeyri-invers girişini (+) həyəcanlandırmaq lazımdır. R1 və Rə.r. müqavimətlərinin qiymətləri burada da gücləndiricinin gərginliyə görə güclənmə əmsalını təyin edir (şəkil 3.8).
İnvers girişə nəzərən gücləndiricinin giriş müqaviməti Rgir çox böyük ( )
olduğundan R1 və Rə.r. müqavimətlərindən eyni İ cərəyanı axır. Başqa sözlə, R1 və Rə.r. müqavimətləri ardıcıl qoşulmuş olurlar. Bu halda
Uçıx = R1 İ + Rə.r. İ = İ (R1 + Rə.r.)
olur. Ugir.d = 0 və K çox böyük olduğundan hesab etmək olar ki, “1” və “2” düyünləri arasında potensiallar fərqi sıfırdır. Odur ki, giriş siqnalının bütün gərginliyi R1 müqavimətində ayrılır, yəni
Ugir = İ R1.
Bu halda
olur.
K ə.r = U çıx / U gir = İ (R 1 + R ə.r.) / (İ R 1) = 1 + R ə.r./R 1
Şəkil 3.8. Qeyri-inversləyici gücləndirici
ƏG-də cəmləmə və orta qiymətin təyini sxemi. Əks əlaqə dövrəsində aktiv R müqavimətindən istifadə etdikdə ƏG U1 … Un giriş siqnallarının cəmlənməsi və orta qiymətin təyini funksiyalarını yerinə yetirir. Bu məqsədlə aşağıdakı sxemdən istifadə etmək olar (şəkil 3.9).
Çıxış gərginliyinin qiyməti və işarəsi U 1 ,…, Un gərginliklərinin cəmi və rezistorlarin qiyməti ilə müəyyən edilir. Qeyri-invers giriş torpaqlandığından və girişdəki diferensial gərginlik sıfır olduğundan invers giriş və R 1 ,…, R n
rezistorlarının sağ ucları da sıfır potensialına malik olurlar. Odur ki, giriş cərəyanlarını Om qanununa əsasən aşağıdakı kimi yazmaq olar:
İ1=U1/R1; İ2 = U2/R2; İ3 = U3 / R3, … , İn = Un / Rn
Şəkil 3.9. ƏG-də cəmləyicinin sxemi
Əks əlaqə rezistorundan axan cərəyan da analoji olaraq İə.r. =- Uçıx / Rə.r. kimi yazıla bilər. Giriş cərəyanlarının cəmi əks rabitə cərəyanına bərabər olduğundan (fərz edirik ki, ƏG idealdır),
İə.r. = İ1 + İ2 + İ3 + …. + İn
yaxud
-Uçıx/Rə.r. = U1/R1 = U2/R2 = U3/ R3 = …. = Un/Rn yazmaq olar. Buradan
Uçıx = - Rə.r. ( U1/R1 + U2/R2 + U3/R3 + … + Un/Rn).
ümumi ifadəsini alırıq.
Əgər giriş müqavimətləri bərabər olarsa , yəni R1 = R2 = R3 =…..= Rn
=R və Rə.r. = R qəbul etsək,
Uçıx = - (U1 + U2 + U3 + …. + Un)
alarıq. Sonuncu ifadə göstərir ki, bu sxem vasitəsilə istənilən sayda giriş gərginliklərinin cəmini təyin etmək olar.
Rə.r./R nisbətinin giriş gərginliklərinin (girişlərin) sayının əksinə olan qiymətində bu sxemdən giriş gərginliklərinin orta qiymətini təyin etmək üçün istifadə etmək olar. Bu halda Rə.r./R nisbəti elə seçilir ki, giriş gərginliklərinin
çıxışdakı cəmi giriş gərginliklərinin sayına bölünə bilsin. Çıxış sürüşmə cərəyanının çıxışın sürüşməsinə və sxemin stabilliyinə olan təsirini azaltmaq məqsədilə qeyri-invers giriş ilə yer arasına R/ rezistoru qoşulur və onun qiyməti
R/ = 1 / (İ/Rə.r. + 1/R1 + 1/R2 + 1/R3 + … + 1/Rn) ifadəsindən təyin edilir.
|