Loqarifmik və antiloqarifmik gücləndiricilər. Çıxış gərginliyi giriş gərginliyinin loqarifminə mütənasib olan gücləndiriciyə loqarifmik gücləndirici deyilir. Gərginliyin əks çevrilməsini yerinə yetirən qurğuya isə antiloqarifmik (eksponensial) gücləndirici deyilir. Bu qurğular vurma və bölmə əməliyyatları yerinə yetirilən hallarda istifadə edilir. Məsələn, iki ədədi vurmaq üçün onların loqarifmini toplamaq kifayətdir. Göründüyü kimi, vurma əməli toplama əməlinə çevrilir.
Şəkil 3.12. Diferensiallayıcı gücləndirici
Loqarifmik xarakteristikanı almaq üçün əks əlaqə dövrəsinə p-n keçidi qoşulur. Bu məqsədlə dioddan və ya ümumi baza ilə qoşulmuş bipolyar tranzistordan istifadə etmək olar (şəkil 3.13). Qeyri-invers girişlə yer arasına əlavə qoşulmuş korrektəedici Rkor müqaviməti qeyri-inversləyici gücləndiricinin girişinə qoşulmuş siqnal mənbəyinin çıxış müqavimətini modelləşdirir.
Sxemin giriş və çıxış gərginliklərini əlaqələndirən ifadələri aşağıdakı kimi yazmaq olar:
sxemi üçün
Ugir/R = İo [exp (Udiod/Ut) – 1] İo exp (Udiod/Ut),
burada Ut –temperatur potensialıdır. Diodun sol ucunun potensialı sıfıra yaxın olduğundan Udiod=Uçıx yazmaq olar. Bu halda ifadəni çıxış gərginliyinə görə həll etsək
Uçıx = Ut [ln(Ugir./R) – ln İo ]
alarıq.
sxemi üçün analoji olaraq
Ugir /R = İk = İeo [exp (Ube/Ut) – 1] ,
Uçıx = Ut [ln(Ugir./R – ln İeo ]
yazmaq olar.
Bu ifadələr böyük cərəyanlarda diod və tranzistorun məxsusi aktiv müqavimətlərinin dəyişməsinə görə böyük xəta verirlər. Odur ki, maksimum çıxış gərginliyi 0,6 V – dan böyük olmur.
Şəkil 3.13. ƏG-nin əks əlaqə dövrəsinə a) diod və
b) tranzistor qoşulmuş loqarifmik gücləndirici
Loqarifmik gücləndiricilər çıxışda ancaq bir qütblü gərginlik formalaşdırırlar. Göstərilən sxemdə müsbət giriş siqnalında, çıxışda mənfi gərginlik alınır. Çıxışda müsbət gərginlik almaq üçün diodu əksinə qoşmaq və ya p-n-p tipli tranzistordan istifadə etmək və girişə mənfi qütblü siqnal vermək lazımdır.
Antiloqarifmik gücləndirici almaq üçün göstərilmiş sxemlərdə yarımkeçirici cihazla R rezistorunun yerini dəyişdirmək kifayətdir. Bu halda p- n-p tipli tranzistordan istifadə edilir və çıxışda ancaq bir qütblü gərginlik alınır. Antiloqarifmik gücləndiricilər üçün analoji olaraq diod halında
Uçıx = -Rİo exp (Ugir / Ut),
tranzistor halında isə
Uçıx = - R İeo exp ( Ugir / Ut)
yazmaq olar.
Antioqarifmik gücləndiricilərin çıxışında ancaq bir qütblü gərginlik almaq mümkündür. Göstərilən sxemdə müsbət giriş siqnalında, çıxışda mənfi gərginlik alınır. Giriş və çıxış siqnallarının işarəsini dəyişmək üçün diodu əksinə qoşmaq və ya əks keçiriciliyə malik tranzistordan istifadə etmək və girişə mənfi qütblü siqnal vermək lazımdır.
|