• Aktiv süzgəclər.
  • Microsoft Word II -an imp.+




    Download 3,55 Mb.
    bet54/142
    Sana27.05.2024
    Hajmi3,55 Mb.
    #255298
    1   ...   50   51   52   53   54   55   56   57   ...   142
    Bog'liq
    Microsoft Word II -an

    Sıfır detektoru. Əks əlaqə dövrəsi qoşulmadığı hallarda ƏG giriş gərginliyinin dəyişmələrinə çox həssas olur. Girişdəki 1mV - dan az olan gərginliklərdə də ƏG doyma rejiminə keçir. Gücləndiricinin bu xüsusiyyətindən sıfır detektoru qurğusunda və ya sinusoidal siqnalları düzbucaqlı formalı siqnala çevirən qurğuda istifadə edilir (şəkil 3.15).

    Şəkil 3.15. Sıfır detektorunun a) sxemi və b)keçid xarakteristikası


    Keçid xarakteristikasından (şəkil 3.15,b) görünür ki, giriş siqnalı sıfırdan müsbət istiqamətə keçdikdə çıxış gərginliyi mənfi istiqamətdə ƏG-nin doyma gərginliyinə qədər dəyişir. Giriş siqnalı sıfırdan mənfi istiqamətə keçdikdə isə çıxış gərginliyi müsbət istiqamətdə doyma gərginliyinə qədər dəyişir.

    Giriş gərginliyinin amplitudu 1V və daha çox olduqda, VD1, VD2 diodları vasitəsi ilə ƏG mühafizə olunur. Bu diodlar, ƏG girişə görə daxili mühafizə sxeminə malik olmadıqda istifadə edilir. Çıxış gərginliyinin Uçıx.max və Uçıx.min qiymətləri arasında olan diapazonu gücləndiricinin rəqəm sxemlərində işləyə bilməsi üçün lazım olan səviyyəni keçdikdə, çıxış gərginliyini məhdudlaşdırmaq üçün VD3 və VD4 stabilitronlarının birindən və yaxud hər ikisindən istifadə etmək olar. Əgər R=1 MOm olarsa, Ugir <1 kV qiymətləri bu diodlardan cəmisi 1 mA cərəyan axmasına imkan verir. R1 müqavimətinin böyük qiymətlərində sürüşmə xətası artır. Odur ki, Ugir siqnalı “0” qiymətini keçdikdə, sxemin çıxışının daha dəqiq seçilməsi lazım gələrsə, onda qeyri-invers girişlə yer arasına R1=R müqaviməti qoşulmalıdır. Bu rezistor, həmçinin sürüşmə xətasını azaldır. R müqavimətinin qiyməti və sürüşmə cərəyanı nisbətən böyük olduqda bu müqavimətin əhəmiyyəti daha da artır.

        1. Aktiv süzgəclər. Tələb olunan tezlik xarakteristikasını həm passiv (rezistorlar, kondensatorlar), həm də aktiv (gücləndiricilər) elementlərdə formalaşdıran süzgəclər aktiv süzgəclər adlanır. Aktiv elementlərdə (gücləndiricilərdə) formalaşdıran süzgəclər passiv elementlərdəki süzgəclərə nəzərən aşağıdakı üstünlüklərə malikdir:

      • buraxma zolağındakı siqnalları gücləndirmək qabiliyyəti;

      • induktivlik kimi inteqral texnologiya ilə yaradılması mümkün olmayan elementlərdən imtina etməyin mümkünlüyü;

      • köklənmənin asanlığı;

      • alçaq tezlik oblastında işləyən qurğuların yaradılması zamanı mühüm

    əhəmiyyətə malik kiçik kütlə və həcmin əldə edilməsi mümkünlüyü;

      • yüksək tərtibli süzgəclərin qurulması zamanı kaskad qoşulmaların asanlığı.

    Bununla bərabər bu sinif qurğulara aşağıdakı çatışmazlıqlar aiddir:

      • güc dövrələrində istifadə olunmasının mümkün olmaması;

      • gücləndiricinin qidalandırılması üçün qida mənbəyinin lazım olması;

      • istifadə olunan gücləndiricilərin tezlik xarakteristikaları ilə müəyyən edilən tezlik diapazonunun məhdudluğu.

    Bu çatışmazlıqlara baxmayaraq aktiv süzgəclər geniş tətbiq edilir. Aktiv süzgəclər alçaq və yuxarı tezlik, zolaqlı və rejektor süzgəclərinə ayrılırlar. Bu süzgəclərin loqarifmik ATX şəkil 3.16–da göstərilmişdir.
    Müxtəlif tezlik xüsusiyyətlərinə malik qurğuların formalaşdırılması üçün tezlik-asılı mənfi əks əlaqəli ƏG tətbiqinin ümumi prinsiplərinə baxaq. Bunun üçün passiv tezlik-asılı dördqütblülərin və mənfi əks əlaqə dövrələrində dördqütblü istifadə olunan gücləndiricilərin tezlik xüsusiyyətlərinin münasibətlərini təhlil edək.
    Fərz edək ki, dördqütblünün ötürmə funksiyası
    Wd ( p)  A( p) / B( p)

    ilə təyin edilir. Burada A(p) və B(p) – elementar vuruqların hasilləridir.


    Şəkil 3.16. Alçaq (a), yüksək (b) tezlik, zolaqlı (c) və rejektor


    (d) süzgəclərin loqarifmik ATX-ləri
    Əgər baxılan dördqütblünü mənfi əks əlaqə dövrəsinə qoşsaq, gücləndiricinin ötürmə funksiyası aşağıdakı ifadə ilə təyin edilər:
    W Gm . r (p)  KU0 /(1  r KU0 )  KU0 /[1 A(p) KU0 / B(p)]
    KU0 B(p)/ [B(p)  KU0 A(p)].

    Bu ifadədən iki təcrübi nəticə çıxarmaq olar:



      • passiv dördqütblünün tezlik xarakteristikasında meylliyi -20dB/dek olan asimptotlar formalaşdıran zaman sabitləri mənfi əks əlaqəyə malik gücləndiricilərdə meylliyi +20dB/dek olan asimptotlar formalaşdıracaqdır;

      • mənfi əks əlaqəyə malik gücləndiricilərdə meylliyi -20dB/dek olan asimptotları, ədədi qiymətləri dördqütblünün və ƏG-nin güclənmə əmsalının zaman sabitlərinin müxtəlif kombinasiyaları ilə təyin olunan, yeni zaman sabitləri formalaşdıracaqdır;

    İkinci nəticədən görünür ki, mənfi əks əlaqəyə malik gücləndiricinin ötürmə funksiyasının məxrəcində ilkin dördqütblünün zaman sabitindən kəskin fərqlənən yeni zaman sabiti almaq olar. Buradan aydın olur ki, tezlik xarakteristikası alçaq tezlik diapazonunda formalaşan aktiv süzgəcləri böyük zaman sabitləri formalaşdırmaq üçün lazım olan böyük ölçülü elementlərdən istifadə etmədən qurmaq olar.
    Alınmış nəticələrdən istifadə edərək, ƏG-də yaradılan süzgəclərin müxtəlif növlərinə baxaq.


        1. Download 3,55 Mb.
    1   ...   50   51   52   53   54   55   56   57   ...   142




    Download 3,55 Mb.