Yüksək tezlik süzgəcləri. Qeyri-inversləyici gücləndirici əsasında qurulan yüksək tezlik aktiv süzgəcin sxemi şəkil 3.18,a göstərilmişdir.
b)
Şəkil 3.18. Yüksək tezlik süzgəci (a) və onun loqarifmik ATX-sı (b)
Yüksək tezlikli aktiv süzgəcin ötürmə funksiyası aşağıdakı kimi verilir:
W (p)
KU0
KUme. ne. r(Td2 p1)
K (T
p1)/( T
1) .
"Gme.en.r
1W(p)K (T K T ) p/(1K )1
U.me.ne.r d2
me.ne.r
d U0 d2 U0 d1 U0
Burada
KU men.e.r KU0 /(1 KU0 ) ;
Td 2 (Re.r1 Re.r ) Ce.r ;
Td1 Re.r 2 Ce.r ; olur.
Alınmış ötürmə funksiyasının görünüşü aşağı tezlikli süzgəcin ötürmə funksiyasına oxşardır. Lakin bu halda zaman sabiti Td2 >> T mən.ə.r olur. Odur ki, öncə meylliyi +20 dB/dek olan asimptot başlayır.
Aydındır ki, =1/T d2 tezliyinə qədər sxemin ötürmə funksiyası vahidə bərabərdir. Bu tezlikdən sonra meylliyi +20 dB/dek olan asimptot başlayır və
=1/T mən.ə.r tezliyində qurtarır. Baxılan süzgəcin buraxma zolağı 1/Tmən.ə.r < < [1+KU0 Rə.r2 / (Rə.r1 +Rə.r2 )]/TƏG ,
ötürmə əmsalının bu diapazondakı qiyməti isə
Kmən.ə.r=1+Rə.r1/Rə.r2
ilə təyin edilir.
Baxılan halda tezlik xarakteristikasının süzgəcin buraxma zolağından kənarda böyük meylliyini almaq lazım gəldikdə eyni tipli qurğuların ardıcıl qoşulmasından və yaxud mənfi əks əlaqə dövrəsində daha mürəkkəb dördqütblülərdən istifadə etmək olar.
Alçaq və yüksək tezlik süzgəclərinin ardıcıl qoşulmasından istifadə edərək onların buraxma zolaqlarının qarşılıqlı yerləşməsindən asılı olaraq ya zolaqlı, ya da rejektor süzgəclərini almaq olar.
Komparator. Komparator iki gərginliyi müqayisə edən qurğudur. Bu gərginliklərdən biri Ud – dayaq gərginliyi, digəri isə dəyişən giriş siqnalı gərginliyidir. Komparatorun ƏG üzərində yaradılan sxemi sıfır detektorunun sxemindən ibarətdir. Burada girişlərdən birinə dayaq gərginliyi, digərinə isə müqayisə olunacaq gərginlik verilir. Giriş gərginliyi dayaq gərginliyinin qiymətinə uyğun həddi keçdikdə, gücləndiricinin çıxış gərginliyi +Uçıx.max qiymətindən - Uçıx.min qiymətinə və əksinə çevrilməlidir. Komparatorun çevrilə bilməsi üçün giriş siqnalının amplitudu dayaq gərginliyindən böyük olmalıdır. Komparatorun invers (a) və qeyri-invers (b) çıxış gərginliklərinə uyğun sxemləri şəkil 3.19 - da göstərilmişdir.
Dayaq gərginliyi yerin potensialına nəzərən müsbət və ya mənfi işarəli ola bilər. Onun qiyməti və işarəsi giriş analoq siqnalının gərginliyini təyin edir.
Şəkil 3.19. ƏG-nin komporator kimi qoşulması: a) invers tipli, b) qeri-invers tipli
Giriş gərginliyinin şəkil 3.20,a - da verilmiş formasında dayaq gərginliyinin müsbət və mənfi işarəli olmasından asılı olaraq, çıxış gərginliyinin forması şəkil 3.20, b, c - də göstərilmişdir.
Çıxış gərginliyinin diapazonunu məhdudlaşdırmaq lazım gəldikdə, müqaviməti təxminən 200 Om olan R2 rezistorundan və VD3, VD4 diodlarının birindən və yaxud hər ikisindən ibarət dövrədən istifadə edilir.
Şəkil 3.20. a) giriş siqnalı; b) dayaq gərginliyinin müsbət qiymətində çıxış siqnalı; c) dayaq gərginliyinin mənfi qiymətində çıxış siqnalı
|