|
Microsoft Word II -an imp.+
|
bet | 53/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -anSəviyyə məhdudlayıcıları. Səviyyə məhdudlayıcılarının vəzifəsi çıxış gərginliyinin müəyyən səviyyəsindən sonra giriş gərginliyinin sonrakı artması nəticəsində çıxış gərginliyinin mümkün artımını məhdudlaşdırmaqdır. Səviyyə məhdudlaşdırıcısı qeyri-xətti çevirici sxemləri kimi yaradılır (şəkil 3.14).
ƏG-nin çıxışındakı gərginliyin uyğun stabilitronun deşilməsinə qədər olan qiymətlərində (deşilmə üçün kifayət olmayan qiymətlərdə), məhdudlaşdırıcının ötürmə əmsalı gücləndiricinin güclənmə əmsalına bərabər olur. Çıxış gərginliyi stabilitronun deşilmə gərginliyindən çox olduqda, qurğunun ötürmə əmsalı kəskin azalır. Əks deşilmə rejimində stabilitronun diferensial müqaviməti sıfıra yaxınlaşır.
Bu halda əks əlaqə dövrəsinin ötürmə əmsalı 1-ə yaxınlaşır və çıxış gərginliyi stabilitronun deşilmə gərginliyinə bərabər səviyyədə qeyd olunur.
Şəkil 3.14. Səviyyə məhdudlaşdırıcısının a) sxemi və b) keçid xarakteristikası
Stabilitronların deşilməsi üçün kifayət olmayan giriş gərginliyi diapazonunda səviyyə məhdudlaşdırıcısının ötürmə əmsalı, lazım gələrsə, tələb olunan səviyyədə qərarlaşdırıla bilər. Bu məqsədlə stabilitronlara paralel əks rabitə rezistoru Rə.r. qoşulur.
Stabilitronun lazım olan deşilmə gərginliyini seçməklə göstərilən sxemdə çıxış gərginliyinin müxtəlif qütblülüyü üçün onun həm simmetrik, həm də qeyri- simmetrik məhdudlaşmasını əldə etmək mümkündür.
Zəif siqnal detektoru. Zəif siqnalların diod detektoru ilə detektə olunması zamanı böyük qeyr-xətti təhriflər yaranır. Odur ki, zəif siqnallar ƏG əsasında yaradılan detektorların köməyi ilə detektə olunurlar (şəkil 3.15)
Giriş gərginliyinin müsbət yarımperiodu ərzində gücləndiricinin çıxışında mənfi Uçıx gərginliyi alınır. Odur ki, VD1 diodu açıq, VD2 diodu isə bağlı olur. Gücləndiricinin çıxışı açıq VD1 diodunun kiçik müqaviməti vasitəsi ilə girişə qoşulmuş olur və beləliklə də, çox dərin mənfi əks rabitə yaranır. Bu səbəbdən Uçıx gərginliyi kiçik giriş gərginliyinə bərabər olur. Siqnalın mənfi yarımperiodu ərzində Uçıx gərginliyi müsbətdir, VD1 diodu bağlanır, VD2 diodu isə açılır. Bu zaman
U2 Uçıı
U1 R2 / R1
Olur və U1 gərginliyinin dəyişmə qanununa uyğun dəyişir. Aydındır ki, U2 gərginliyinin tərkibində forması modullanmış siqnalın qurşayanı ilə üst-üstə düşən aşağı tezlikli təşkiledici və aparıcı tezlikdən dəfələrlə fərqlənən yüksək tezlikli təşkiledici olur. Burada aşağı tezlikli təşkiledicini ayırmaq üçün aşağı tezlik süzgəcindən istifadə etmək lazım gəlir.
|
| |