RC-avtogeneratorlar
Aşağı tezlikli (0,1-100 kHs) harmonik elektromaqnit rəqsləri almaq üçün rəqs konturunda induktivlik və tutumun böyük qiymətə malik olması tələb olunduğundan, LC-avtogeneratordan istifadə edilməsi əlverişli olmur. Bu məqsədlə RC-avtogeneratorlardan istifadə olunur. Başqa üstünlükləri ilə yanaşı RC-avtogeneratorlar nisbətən kiçik ölçüyə, kiçik kütləyə malikdir və ucuz başa gəlir.
Baxmayaraq ki, RC-avtogeneratorlar vasitəsilə nisbətən yüksəktezlikli (bir neçə meqahers) rəqslər də generasiya etmək mümkündür, lakin onların köməyilə məhz alçaq tezliklərdə stabil tezlikli rəqslər yaratmaq mümkün olur. RC-avtogenerator gücləndiricidən (bir və ya çoxkaskadlı) və RC- elementlərindən təşkil olunmuş əks əlaqə dövrəsindən ibarətdir. RC- avtogeneratorlarda istifadə olunan əks əlaqə dövrələrinin bəzi növləri şəkil 4.10- da göstərilmişdir.
Şəkil 4.10, a-da göstərilən RC dövrəsində çıxış gərginliyi giriş gər- ginliyinə nəzərən fazaca - qədər, b-də göstərilən RC-dövrəsində isə +β qədər sürüşmüş olur.
Şəkil 4.11-də Q-şəkilli RC dövrəsinin tətbiqi ilə qurulmuş aşağı tezlikli RC avtogeneratorun sxemi verilmişdir. Bu generator dərin müsbət əks əlaqəyə malik bipolyar tranzistorlu gücləndirici kaskaddan ibarətdir.
Məlum olduğu kimi, bu kaskadda çıxış gərginliyi giriş gərginliyinə nəzərən qədər faza sürüşməsinə malikdir. Əgər kaskadın çıxış gərginliyi əlavə faza sürüşməsi yaratmadan birbaşa onun girişinə verilərsə, sxemdə mənfi əks əlaqə yaranar və gücləndirici generatora çevrilə bilməz. Buna görə də, gücləndiricini generatora çevirmək, yəni faza balansı şərtini ödəmək üçün gücləndirici kaskadın çıxışında alınan gərginlik fazaca qədər yenidən sürüşdürülməlidir. Verilmiş sxemdə bu əməliyyat üç elementar özəkdən ibarət RC dövrəsi vasitəsilə həyata keçirilmişdir. Bu elementar özəklərin hər biri
təqribən 60-yə yaxın faza sürüşməsi verdiyindən yekun faza sürüşməsi təxminən -yə bərabər olur.
Şəkil 4.10. RC elementlərindən təşkil olunmuş əks əlaqə dövrələri: a, b
– Q-şəkilli, c- VİN körpülü, d- T-şəkilli ikiqat körpülü RC dövrələr.
Şəkil 4.11. Q-şəkilli RC dövrəsinin tətbiqi ilə qurulmuş RC avtogeneratorun sxemi.
1
Hesablamalar göstərir ki, R1=R2=R3=R və C1=C2=C3=C şərti daxilində şəkil 4.10,a-dakı Г-şəkilli RC dövrəsi tətbiq olunmuş aşağı tezlikli RC avtogeneratorun generasiya tezliyi
bərabərdir.
0
0,4
RC
- yə (4.13)
0
Şəkil 4.10, b-də verilmiş Г-şəkilli RC dövrəsi tətbiq edildikdə isə tezliyi
RC ifadəsi ilə təyin olunan elektromaqnit rəqsləri generasiya etmək
mümkündür.
|