Avtogeneratorda generasiya olunan rəqslərin tezliyinin stabilləşdirilməsi
Nəzərdən keçirdiyimiz LC və RC-avtogeneratorların əsas çatışmayan cəhətləri generasiya olunan rəqslərin tezliyinin temperatur dəyişmələrindən, generatorun iş rejimindən, generatora mexaniki təsirlərdən, qidalandırıcı gərginliyin dəyişməsindən və başqa amillərdən asılı olmasıdır. Bu amillər generasiya olunan rəqslərin tezliklərini dəyişdirir və qurğunun tezliyə görə sabitliyini pozur.
Rəqslərin tezliyini tələb olunan qiymətdən kənara çıxması ona gətirir ki, ancaq verilmiş müəyyən tezliklərdə işləyən radioelektron qurğular (məsələn, rezonans gücləndirici, fazaçevirici və s.) bu halda çox böyük xəta ilə işləyir. Tezliyin stabilliyini pozan faktorlar
LC avtogeneratorların rəqs konturlarında sarğacların induktivliyini və kondensatorların tutumunu dəyişdirir. Məsələn, mühitin temperaturu artdıqca kondensator və induktivlik sarğacının xətti ölçülərinin artması hesabına tutum və induktivlik də uyğun olaraq
ΔC və Δ
L qədər dəyişir ki, bu da konturun rezonans tezliyini dəyişdirir.