|
Microsoft Word II -an imp.+
|
bet | 66/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -anBu sahifa navigatsiya:
- Qeyd
Rəqəmli generatorlar. Aşağı tezlikli rəqəmli generatorlar analoq generatorlardan daha effektiv metroloji xarakteristikaları: tezliyin yüksək quraşdırılma dəqiqliyi və stabilliyi, kiçik qeyri-xətti təhriflər əmsalı (tam sərt sinusoidal forma), çıxış siqnalının səviyyəsinin stabilliyi ilə fərqlənir. Rəqəmli generatorlar analoqlardan fərqli olaraq həm də onunla əlverişlidir ki, cəld işləmə sürəti yuxarıdır, tələb olunan tezliyin quraşdırılması sadədir, tezliyin indikasiyası daha əyanidir, tezliyi verilmiş proqram üzrə avtomatik yenidən kökləmək və dəyişdirmək mümkündür.
Aşağı tezlikli rəqəmli generatorların işi harmonik rəqsə çevrilən rəqəmli kodun formalaşdırılmasına əsaslanmaşdır. Siqnalın approksimasiyasının ən sadə növlərindən biri pilləli çevrilmədir. Bunun mahiyyəti, sinusoidanın sinusoidal əyridən az fərqlənən pillə-pillə formalı gərginlik kimi təsvir edilməsidir. u(t) = Umsint sinusoidanı aproksimasiya edərək, onu bir period ərzində diskretləyərək, onu hər bir diskretləmə intervalında, uyğun zaman anında aproksimasiya olunan gərginliyin qiymətinə bərabər hündürlüklü pillə ilə əvəz edilməsindən ibarətdir. Sinusoidanın belə əvəzedilməsi nəticəsində pilləli əyri xətt alınınr. Harmonik rəqsin verilmiş T periodunda bir perioda düşən pillələrin sayı n, diskretləmənin addımı olan t zaman intervalından asılı olaraq belə təyin olunur: n = T/t. Əgər texniki baxımdan pillələrin sayı verilibsə, onda diskretləmə addımını dəyişdirilməsi formalaşdırılan gərginliyin periodunun dəyişdirməsinə gətirib çıxarar, çünki T = nt . Deməli, pillələrin sayını, yaxud da diskretləmə addımını dəyişdirməklə rəqəmli generator vasitəsilə formalaşdırılan harmonik gərginliyin periodunu və onun pilləli əyrisinin hamarlığını idarə etmək olar.
Qeyd: Elektrik siqnal generatorlarının qurulmasında istifadə olunan elektron cihazlarının, o cümlədən, tranzistor və mikrosxemlərin şərti qrafiki işarələnməsi əlavə 1-də və ən geniş tətbiq olunan cihazların əsas parametrləri, istismar şərtləri tətbiq sahələri əlavə 2-də, əlavə 3-də yarımkeçirici elektron cihazlar və onlar əsasındakı elektron qurğularının parametrlərinin və qoşulma sxemlərinin təhlilinə aid misallar verilmişdir.
|
| |