İMPULS FORMALAŞDIRICI QURĞULAR




Download 3,55 Mb.
bet67/142
Sana27.05.2024
Hajmi3,55 Mb.
#255298
1   ...   63   64   65   66   67   68   69   70   ...   142
Bog'liq
Microsoft Word II -an

İMPULS FORMALAŞDIRICI QURĞULAR





    1. İmpuls siqnalları və elektron kommutasiya sxemləri haqqında ümumi məlumat

Elektrik dövrəsində gərginliyin(yaxud cərəyanın) sıfırdan hər hansı bir maksimal qiymətinə qədər qısa müddətli dəyişməsinə impuls deyilir. Elektrik dövrəsində qərarlaşma prosesinin müddətindən az və yaxud onunla müqayisə oluna bilən müddətdə gərginlik və ya cərəyanın sıfır və ya müəyyən qiymətindən fərqlənməsinə elektrik impulsu deyilir. İki cür impuls mövcuddur:


1) videoimpuls (latınca “video” – görmək) ; 2) radioimpuls. Videoimpuls gərginliyin (cərəyanın) sabit cərəyan dövrəsində qısa müddətli dəyişməsidir. Radioimpuls, qurşayıcısı videoimpuls şəklində olan yüksəktezlikli kəsilməz gərginlik, yaxud cərəyan rəqslərinin qısamüddətli seriyasıdır. Praktikada düzbucaqlı, trapesiya şəkilli, üçbucaq və eksponensial videoimpulslar geniş tətbiq olunur (şək.5.1). Müsbət və mənfi qütblü, həmçinin, müxtəlif qütblü videoimpulslar olur.


Şək. 5.1. İmpulslar: 1-a,b,c,d – düzbucaqlı, trapesiya, üçbucaq və eksponensial şəkilli videoimpulslar; 2- a,b,c,d – radioimpulslar


İmpulslar tək, seriyada birləşmiş və ardıcıl ola bilərlər. Adətən seriyada bir qədər sonlu sayda (çox olmayan) impulslar olur. İmpulslar ardıcıllığında impulsların sayı praktiki olaraq məhdud olmur. Periodik, kvaziperiodik və qeyriperiodik impuls ardıcıllıqları olur. Tam identik impulsların bərabər zaman intervallarından bir təkrarlandığı ardıcıllıq periodik adlanır. Kvaziperiodik impulslar ardıcıllığı periodikdən onunla fərqlənir ki, bərabər zaman intervallarından bir impulsun bütün parametrləri yox, yalnız bəzi parametrləri təkrarlanır, məsələn, ancaq impulsun amplitudu təkrarlanır, lakin bu vaxt impulsun uzunluğu təkrarlanmır və ya əksinə.


Qeyri – periodik elə impulslar ardıcıllığı adlanır ki, heç bir parametr üçün periodiklik intervalı göstərmək olmaz. Qeyri – periodik impulslar ardıcıllığı təsadüfi və determinləşmiş olurlar. Təsadüfi ardıcıllıqda impulsların parametrləri təsadüfi qaydada dəyişir, determinləşdirilmiş ardıcıllıqda isə onların parametrləri hər hansı bir qanunla (məsələn eksponensial), amma qeyri-periodik dəyişir.
İmpuls ardıcıllığında qonşu impulslar arasındakı interval qərarlaşma müddətindən kifayət qədər böyük olur. İmpulslar iki qrupa bölünür: videoimpulslar və radioimpulslar.
Sabit gərginlik və ya cərəyanın qısa müddət ərzində dəyişməsinə videoimpulslar deyilir.
Sinusoidal gərginliyin və ya cərəyanın qısa müddət ərzində dəyişməsinə radioimpulslar deyilir. Radioimpulslar, adətən yüksək tezlikli rəqslər paketindən (dəstindən) ibarət olur.
Diskret və rəqəm elektron qurğularında bir qayda olaraq videoimpulslardan istifadə edilir. Videoimpulslar formalarına görə düzbucaqlı, üçbucaqlı, trapesiya, zəngvari, mişarvari, eksponensial, pilləli və s. olurlar. Videoimpulslar amplitud, davametmə müddəti, təkrarlanma dövrü, dərinlik və doldurma əmsalları, ön və arxa cəbhələrin davametmə müddətləri və s. kimi parametrlərilə xarakterizə olunurlar.
İmpulsun amplitudu Umm) onun gərginlik və cərəyana görə ən böyük qiymətinə deyilir (şək.5.2.). İmpulsun yaranmasından sönməsinə kimi keçən müddətə onun davametmə müddəti ti deyilir. Bir impulsun sönməsindən növbəti impulsun yaranmasına qədər keçən müddət impulslararası fasilə tfas adlanır. Real impulsun davametmə müddəti onun amplitudunun 0,1Um qiymətinə uyğun səviyyəsinə görə təyin edilir. Bir impulsun yaranmasından digər qonşu impulsun yaranmasına qədər keçən müddət T təkrarlanma dövrü (periodu) adlanır. Təkrarlanma dövrünün tərs qiymətinə təkrarlanma tezliyi f deyilir. Təkrarlanma dövrünün impulsun davametmə müddətinə nisbəti impulsun dərinliyi əmsalı Q adlanır. Dərinlik əmsalının tərs qiymətinə doldurma əmsalı
deyilir. İmpulsun amplitudunun 0,1Um səviyyəsindən 0,9Um səviyyəsinə qədər artması müddətinə impulsun ön cəbhəsi tön cəb. , 0,9Um səviyyəsindən 0,1Um səviyyəsinə qədər azalması müddətinə isə impulsun arxa cəbhəsi (kəsilmə müddəti) tarxa cəb. deyilir.
İmpuls rejiminin elektron qurğularında tətbiqinin aşağıdakı üstün cəhətləri vardır:

  • impulsun təsiretmə müddətində kifayət qədər böyük güc almaq olar,

  • impuls rejimi elektron qurğularının işinə temperaturun və yarımkeçirici cihazların parametrlərinin dəyişmələrinin təsirini zəiflətməyə imkan verir,

  • impuls rejimi elektron qurğularının informasiyanı ötürə bilməsi sürətini artırmağa imkan verir,

  • informasiyanın ötürülməsi etibarlılığı artır,

  • cihazlardan istifadə olunma effektivliyi artır.



Şək. 5.2. Real düzbucaqlı impuls və onun parametrləri.



    1. Download 3,55 Mb.
1   ...   63   64   65   66   67   68   69   70   ...   142




Download 3,55 Mb.