Bipolyar tranzistorda açar sxemi. Tranzistor açar sxemi (şək.5.7) böyük gərginliklə idarə olunan gücləndirici kaskaddan ibarətdir.
Şəkil 5.7. Tranzistorlu açar sxemi
Əgər açarın girişinə nisbətən böyük düzünə gərginlik verilmiş olarsa, tranzistor doyma rejiminə keçir və açar açılır. Kollektor cərəyanı maksimum qiymətə qədər artır:
İkm = Uq/R2 , (5.1)
kollektor gərginliyi isə sıfıra yaxın olur: Uk.min = Uçıx. 0 Tranzistorun doyması üçün baza cərəyanı tranzistorun doyma
cərəyanından İbd böyük olmalıdır :
İb İbd = Uq/( s R2), (5.2)
Burada s
tranzistorun baza cərəyanının statik ötürmə əmsalıdır.
Tranzistorun baza-emitter aralığına (oblastına) verilən gərginlik tranzistorun bağlanma gərginliyindən az olduqda, açar bağlanır. Bağlı halda tranzistordan idarə olunmayan İ kt, İ et, İ bt istilik cərəyanları axır. Bağlı tranzistorun kollektor gərginliyi böyük və U k.max = U çıx = U q – İ kt R 2 U q olur. İstilik cərəyanlarından nisbətən böyüyü olan İ bt cərəyanı R 1 rezistorundan axaraq U be gərginliyini yaradır və tranzistorun tam bağlanmasına mane olur.
Tranzistor açar sxemində keçid prosesi iki faktordan asılıdır:
R1 müqavimətinin və C1, C2 parazit tutumlarının təsiri,
Tranzistorun kollektor cərəyanının dəyişmə sürətinin məhdudluğu. Açarın keçid xarakteristikaları şəkil 5.8 - də göstərilmişdir.
Fərz edık ki, t 1 anında U gir gərginliyi birdən artır. Lakin bazadakı U be gərginliyi R 1 rezistoru vasitəsilə C 1 kondensatorunun dolması prosesini ifadə edən
U c (t)=U gir (1-e -t/ ), t 0 (5.3)
qanununa uyğun olaraq artacaqdır. Dolma prosesinin zaman sabiti = R 1C 1 olur. Burada C1 tranzistorun giriş tutumundan və bazaya qoşulmuş metal birləşmələrin parazit tutumundan ibarət olur. Bağlı tranzistorun giriş tutumu Ce
+ C k, açıq tranzistorun giriş tutumu isə ÜE-li gücləndirici kaskadda olduğu kimidir:
ik s ie
(5.4)
s
- emitter cərəyanının statik ötürmə əmsalıdır. U be gərginliyi U açılma gərginliyinə bərabər olduqda tranzistor açılmış hesab olunur.
gir açılma 1 açılma
U 1 [1 –exp ( - t / )] = U . (5.5)
ifadəsindən tranzistorun açılma vaxtı təyin edilir.
1 gir gir
t açılma = 𝑙 n [U 1 / ( U 1 – U aç)] . (5.6)
İ b cərəyanı t 1 + t açılma anından başlayaraq artır və ani olaraq İ n U gir
/R 1 qiymətini alır.
Kollektor cərəyanı artaraq, qərarlaşmış İ b > U q/R 2 qiymətini almağa
çalışır və baza cərəyanı
Ibd U gir/R 1 doyma qiymətinə çatdıqdan sonra artma
kəsilir. Kollektor cərəyanının artması zamanı kollektor gərginliyi azalır. Bu müddət gərginliyin t1,0 azalma müddəti ilə qiymətləndirilir. t1,0 müddətində
|