|
Microsoft Word II -an imp.+
|
bet | 75/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -anGözləyən multivibrator (Təkvibrator) . Gözləmə rejimində işləyən multivibrator tək-tək impulslar hasil edir. Bu qurğu bəzən bivibrator da adlanır və burada ancaq bir müvəqqəti dayanaqlı vəziyyət olur. Digər vəziyyət dayanıqlı vəziyyətdir və qurğu bu vəziyyətdə istənilən uzun müddət qala bilər. Qurğunun dayanıqlı vəziyyətdən çıxarmaq üçün onun girişinə işəsalma impulsu verilməlidir.
Gözləmə rejimində işləyən emitter əlaqəli multivibratorun işləmə prinsipinə baxaq. İlk halda bazası Rb müqaviməti vasitəsilə – Ek gərginliyinə qoşulan VT2 tranzistoru açıqdır və doyma rejimində işləyir. Onun kollektor- emitter keçidinin müqaviməti çox kiçik olduğundan kollektor gərginliyi sıfıra yaxın olur. VT1 tranzistoru isə R1, R2 gərginlik bölücüsündən verilən gərginliklə bağlı vəziyyətdə saxlanılır (R1R2). Kondensator açıq VT2 tranzistoru vasitəsi ilə dolmuş vəziyyətdədir. Bu dayanıqlı vəziyyətdir və giriş impulsu təsir edənə qədər multivibrator bu vəziyyətdə qalır (şək. 5.15).
Müsbət qütblü (işarəli) giriş işəsalma impulsu C kondensatoru vasitəsi ilə VT2 tranzistorunun bazasına təsir edərək onu bağlamağa çalışır. Qeyd etmək lazımdır ki, giriş impulsunun amplitudu Rb vasitəsilə VT2 tranzistorunun bazasına verilən mənfi işarəli gərginlikdən kifayət qədər böyük olmalıdır. VT2 tranzistoru bağlandıqda emitter potensialı müsbət olur və bu proses VT1 tranzistorunu açmağa cəhd edir. Bu andan C kondensatoru boşalmağa başlayır.
Əmələ gələn Ik1 cərəyanı VT1 tranzistorunun müsbət kollektor gərginliyini artırır ki, bu da VT2 tranzistorunun müsbət baza gərginliyinin artmasına və VT2 tranzistorunun daha çox bağlanmasına kömək edir. VT2 tranzistorunun, o cümlədən də VT1 tranzistorunun emitterində artan müsbət potensial VT1 tranzistorunun kollektor - emitter keçidində potensiallar fərqini artırır ki, bu da VT1 tranzistorunun açılmasına və Ik1 cərəyanının artmasına səbəb olur. Sxemdə Re müqaviməti kaskadlar arası cərəyana görə müsbət əks rabitəni təmin edir. Sxemdə çevrilmə baş verir və bu andan işçi dövr başlayır. Yaranmış kvazidayanıqlı tarazlıq vəziyyətində C kondensatoru VT1 tranzistorunu R müqavimətindən, Uq gərginlik mənbəyindən və Re müqavimətindən axan kollektor cərəyanının bir hissəsi ilə boşalır. Bu zaman VT2 tranzistorunun bazasındakı gərginlik kondensatorun eksponensial qanunla boşalmasına uyğun olaraq azalır. Bu gərginlik sıfır qiymətini aldıqda VT1 tranzistoru bağlanır, VT2 tranzistoru isə açılır və sxemin qərarlaşması mərhələsi başlayır.
Şəkil 5.15. Emitter əlaqəli multivibratorun prinsipial elektrik sxemi
İşçi dövr müddətində VT2 tranzistorunun kollektorunda - sxemin çıxışında davametmə müddəti C kondensatorunun boşalması müddəti ilə müəyyən olunan impuls formalaşır:
tuRbC1ln2=0,7RbC.
Qərarlaşma mərhələsində C kondensatoru yenidən Uq gərginliyindən Re, Rk1, VT2 tranzistorunun kollektor - emitter keçidi vasitəsilə dolmağa başlayır. Kondensatorun dolması başa çatdıqda sxemdə ilkin dayanıqlı vəziyyət qərarlaşmış olur və multivibrator növbəti işə salmaya hazır olur.
Birkeçidli tranzistor əsasında qurulan relaksasiya generatorunun sxemi şəkil 5.16.-da göstərilmişdir. Bütün RC əlaqəli generatorlarda olduğu kimi bu generatorun da hasil etdiyi rəqslərin tezliyi RC elementlərin zaman sabiti ilə müəyyən olunur, belə ki burada hasil olunan mişarvari impulsların davam etmə müddəti i = ln2RC ifadəsi ilə təyin olunur. Generatorun dayanıqlı iş rejimini təmin etmək üçün 1 və 2 bazalarında müvafiq olaraq Rb1 və Rb2 baza rezistorları qoşulmalıdır. Belə ki bu rezistorların müqavimətləri tranzistorun baza keçid müqavimətin uyğun seçilir və qiyməti 1 5kOm həddində olur. Digər tərəfdən kiçik tezliklər, yəni böyük zaman sabitləri təmin etmək üçün ya emitter müqaviməti R, ya da ki, emitter dövrəsində qoşulan C kondensatorunun tutumu artırılmalıdır. Birinci halda generatorun çıxış dövrəsindəki müqavimət nisbətən kiçik olduğundan və eyni zamanda tranzistorun giriş müqaviməti o qədər böyük olmadığından R – in müəyyən qiymətindən sonra (R 20…30kOm olduqda) generasiya pozulur. İkinci halda C-nin tutumu böyük olduqca kondensatorun ölçüləri, həm də növü dəyişir. Belə Ki, C 1mkF olduqda eloktrolitik kondensatorlardan istifadə etmək zərurəti yaranır və bu isə sızmaların artmasına və temperatur stabilliyinin pisləşməsinə gətirib çıxarır. Təhlillərdən göründüyü kimi birkeçidli tranzistor əsasında qurulmuş generatorların işəsalma generatoru qismində tətbiq olunması dəqiqliyin və stabilliyin yüksəkliyini təmin etmək nöqteyi-nəzərdən məqsədə uyğun hesab edilmir.
Şək.5.16. Birkeçidli tranzistor əsasında qurulan işəsalma generatorunun sxemi və zaman diaqramları.
|
| |