|
Microsoft Word II -an imp.+
|
bet | 78/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -anMəntiq elementləri əsasında qurulan multivibrator. Məntiq elementləri öz sadəliyi və istismar baxımdan əlverişli olmağı ilə seçilir. Ona görə də texnikada məntiq elementləri əsasında qurulan multivibratorlar da geniş tətbiq tapmışdır. Məntiq elementlərinin quruluşu və iş prinsipinə 14-cü fəsildə ətraflı baxılır.
Avtorəqs multivibratoru. İki «Və-yox» məntiq elementi əsasında qurulmuş avtorəqs multivibratorunun sxemi və onun zaman diaqramı şəkil 5.18
– də göstərilmişdir.
Multivibrator iki müvəqqəti dayanıqlı vəziyyətə malikdir. Bu vəziyyətlərdən birində DD1 elementi bağlı (Uçıx1=U1 ), DD2 elementi isə açıq
(Uçıx2=U0); ikinci vəziyyətdə isə əksinə olur. Açıq elementin vəziyyətini R1(R2) rezistoru vasitəsilə E qida gərginliyi təmin edir. C2 (C1) kondensatorunun mənfi gərginliyi ilə element bağlanır. Multivibratorun iş prinsipi aşağıdakı kimi izah olunur.
Şəkil 5.18. Məntiq elementləri əsasında simmetrik multivibratorun sxemi
Verici generatorun parametrlərinin stabilliyini saxlamaqla, nisbətən asan əldə olunan elementlər əsasında qurulması qurğunun bütövlükdə yüksək istimsar-texniki parametrlərinin əldə olunmasına birbaşa zəmin yaradır. Bunu nəzərə alaraq bizim tərəfimizdən işlənən qurğuda verici generator mövcud standart sxem üzrə qurulmaqla yanaşı, eyni zamanda məntiq elementləri əsasında da qurulmuşdur. Verici generatorun işçi tezliyinin mümkün qədər çox götürülməsi yüksəkvoltlu yüksəldici transformatorun qabarit-çəki parametrlərini kiçiltməyə imkan yaradır. Bu eyni zamanda, xüsusi elementlər, məsələn kvars, istifadə etmədən, kiçik ölçülü, kifayət qədər parametrlərinin termostabilliyinə malik olan zamanverici radiokomponentlərin köməyi ilə verici generatoru məntiq elementləri, triggerlər və s. əsasında qurmağa imkan verir. Qeyd etmək lazımdır ki, tezliyin yuxarı qiyməti ilk növbədə yüksəldici transformatorun içliyinin tezlik diapazonu tlə məhdudlaşır. Buna görə də bir qayda olaraq işçi tezliyi 10 – 30 kHs intervalında seçirlər. Geniş yayılmış mikrosxemlərin istənilən seriyasından olan məntiq elementləri bu diapazon üçün yararlıdır. Lakin nəzərə alaraq ki, K-MOY seriyasının elementləri giriş müqavimətinin yüksək olması və qida gərginliyinin diapazonunun daha geniş (3-18V) olması baxımından daha əlverişlidir. Ona görə də bir çox hallarda verici generatorun K- MOY seriyasının mikrosxemləri əsasında (K176, K561) qurulmasına üstünlük vermək daha məqsədəuyğundur. Bu zaman tezliyin stabilliyini təmin etmək üçün K73-17 markalı kondensatorlardan istifadə etmək olar. Bu seriyadan olan
mikrosxemlərin məntiq elementləri əsasında qurulan bir verici generatorun sxemi şəkil 5.19-da verilmişdir. K561ЛА7 mikrosxeminin seçilməsi VƏ-YOX məntiq elementlərinin ikisini verici generator üçün, qalan ikisini isə işəsalma generatoru üçün istifadə etməyə imkan verir.
Şəkil 5.19. K561LA7 markalı mikrosxemin VƏ_YOX məntiq elementləri
əsasında qurulan düzbucaqlı impulslar generatorunun sxemi.
Bir sıra qurğularda verici düzbucaqlı impulslar generatorunu NE555P seriyalı və onun analoqu olan taymerlər əsasında qururlar. Bu ilk növbədə taymerin tezliyinin kifayət qədər stabilliyi və nisbətən geniş diapazonda tənzimlənə bilmək xüsusiyyəti ilə bağlıdır. NE555 mikrosxemi əsasında qurulan verici generatorun sxemi şəkil 5.20-də göstərilmişdir.
Şək. 5.20. NE555P mikrosxemi əsasında qurulan düzbucaqlı impulslar generatoru.
|
| |