• Qeyd
  • Gərginlik – cərəyan çeviricisi




    Download 3,55 Mb.
    bet86/142
    Sana27.05.2024
    Hajmi3,55 Mb.
    #255298
    1   ...   82   83   84   85   86   87   88   89   ...   142
    Bog'liq
    Microsoft Word II -an

      Bu sahifa navigatsiya:
    • Qeyd

    Gərginlik – cərəyan çeviricisi


    Analoq məlumatların böyük məsafələrə ötürülməsi zamanı itkiləri minimuma qədər azaltmaq üçün ötürücü qurğu kimi yüksək çıxış müqaviməti olan gərginlik – cərəyan çeviricisindən istifadə edilir. Belə çeviricidə yük cərəyanını müəyyən edən müqavimət çıxış dövrəsində yükə ardıcıl qoşulur. Bu halda müqavimətdə düşən gərginlik yük cərəyanı ilə bərabər yük müqavimətindən asılı olan sinfaz gərginliyi də müəyyən edir. Sinfaz gərginliyin olması çeviricinin çıxış müqavimətini kifayət qədər azaldır. Bu isə xətaların meydana çıxmasına səbəb olur.


    İki əməliyyat gücləndiricisi üzərində yaradılmış gərginlik – cərəyan çeviricisi sinfaz gərginliyin böyük dəyişmələrində də yüksək çıxış müqavimətinə malik olur (şəkil 6.11).
    Çeviricinin çıxış cərəyanının R2 müqavimətində yaratdığı gərginlik düşküsü 2–ci əməliyyat gücləndiricisinin girişinə verilir. Bu gücləndirici gərginlik təkrarlayıcısı rejimində işləyir və onun çıxışı 1–ci əməliyyat gücləndiricisinin invers girişi ilə əlaqələnib. Çıxış cərəyanının qiyməti Içıx = Ugir
    / R2 ilə təyin edilir. Ryük müqavimətinin qiyməti dəyişdikcə sinfaz siqnalın dəyişməsi 2–ci əməliyyat gücləndiricisi vasitəsilə söndürülür (aradan qaldırılır). Əməliyyat gücləndiricisinin girişində R potensiometrindən istifadə edilməsi R1, R3 – R6 müqavimətlərinin qiymətlərinin səpələnməsi nəticəsində sinfaz gərginliyin zəifləməsi əmsalının maksimum qiymətini təmin edir.
    Düzgün tənzimlənmiş sxem 1 kOm yük müqavimətində 5 mA cərəyan təmin edir. Bu zaman çıxış müqaviməti 10 MOm olur. Əgər sxemin çıxışında
    emitter təkrarlayıcısı istifadə edilərsə, çıxış cərəyanının dəyişməsi diapazonu genişləndirilə bilər.

    Şəkil 6.11. Gərginlik – cərəyan çeviricisinin struktur sxemi




    Qeyd: Qeyri-elektrik kəmiyyətlərin elektrik kəmiyyətlərinə çevrilməsi üçün nəzərdə tutulan qurğularda istifadə olunan elektron cihazlarının şərti qrafiki işarələnməsi əlavə 1-də və ən geniş tətbiq olunan cihazların əsas parametrləri, istismar şərtləri tətbiq sahələri əlavə 2-də, əlavə 3-də yarımkeçirici elektron cihazlar və onlar əsasındakı elektron qurğularının parametrlərinin və qoşulma sxemlərinin təhlilinə aid misallar verilmişdir.

    Download 3,55 Mb.
    1   ...   82   83   84   85   86   87   88   89   ...   142




    Download 3,55 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Gərginlik – cərəyan çeviricisi

    Download 3,55 Mb.