LC – süzgəclər. Nəzərdən keçirilən sadə tutum və induktiv süzgəcləri böyük hamarlama əmsalı almağa imkan vermirlər, ona görə də praktikada bu süzgəclərin birləşdirilmiş variantı istifadə edilir və nisbətən sadə sxemlə böyük hamarlama əmsalını təmin etmək mümkün olur. Ən sadə induktiv-tutum, Г- şəkilli LC - süzgəcinin sxemi şəkil 7.9 – da verilmişdir. Bu süzgəcin giriş elementi drossel, çıxış elementi isə tutumdur. ХL>>Ry>>ХC şərti ödənildikdə drossel və kondensator birlikdə belə qoşulma zamanı daha effektli olur, nəinki hər biri ayrılıqda qoşulduqda.
Şək.7.9. LC – süzgəcin sxemi a) və onun ekvivalent sxemi b)
(7.6) ifadəsinə uyğun olaraq süzgəcin hamarlama əmsalı bu halda U0= U0’ olduğunu nəzərə almaqla (belə ki, r L0 olduğundan cərəyanın sabit toplananından (təşkiledicisindən) drosseldə yaranan düşkünü nəzərə almamaq olar) aşağıdakı kimi təyin olunur:
burada
q Kп.вх / Kп.вых U 01mU 0 /U 01mU 0 U 01m /U 01m
(7.20)
U 01m I 01m Z;
U 01m I 01m Z
(7.21)
Z və Z' – uyğun olaraq süzgəcin girişində və çıxışında tam müqavimətlərin modullarıdır (şək. 7.9, b).
Nəzərə alsaq ki, Z=r L+X L+Z’, burada Z’=R yX C/(R y+X’ C) XL>>Ry>>XC
şərtini nəzərə alsaq
Z=jXL–jXC и Z’= -jXC (7.22)
yazmaq olar.
Beləliklə (7.20) ifadəsini (7.21) və (7.22) ifadələrini nəzərə almaqla aşağıdakı kimi çevirmək olar:
q U 01m /U 01m I 01m Z / I 01m Z Z / Z | jX L jX C | / | jX C | X L / XC 1
(7.23)
(7.23)-də XL=mωcL və XC=1/mωcC yazsaq,
Q=m2ω c2LC–1 (7.24)
alarıq.
Belə ki, adətən hesablamalar zamanı lazım olan hamarlama əmsalı q verilmiş olur və axtarılan kəmiyyətlər L və C olur, ona görə də (7.24) ifadəsini aşağıdakı şəklə çevirmək məqsədə uyğundur
LC=( q+1)/ (mωc) 2 (7.25)
Drosselin induktivliyini Henri, kondensatorun tutumunu isə mikrofaradlarla ifadə edərək aşağıdakı hesabat düsturlarını alırıq:
fş=50 Hs olduqda
fş =400 Hs olduqda
LC=10(q+1)/m2 (7.26)
LC=0,16(q+1)/m2 (7.27)
Bu ifadələrdən q-nin məlum qiymətini nəzərə alaraq, məsələn, C tutumunun qiymətini verərək, L induktivliyi, yaxud əksinə tapmaq olar.
Drossel və kondensatorlardan ibarət olan süzgəclərdə rezonans hadisələri baş verə bilər, bunu aradan qaldırmaq üçün süzgəcin məxsusi tezliyinin döyünmələrin tezliyindən aşağı olması lazımdır, yəni 0<0.5 m C şərtinin
ödənilməsi lazımdır. Süzgəcin məxsusi tezliyi 0=1/ rezonansın olmaması şərtini aşağıdakı kimi yerinə yetirmək olar:
C
LC ≥ 4/m2 2
olduğundan,
(7.28)
(7.25)-dən (7.28)-ə LC-nin əvəzinə q ilə ifadəsini daxil etsək,
q ≥ 3 (7.29)
alarıq
Beləliklə rezonansın olmaması şərti bu süzgəclərdə hamarlama əmsalının üçdən az olmamasını təmin edən L və C qiymətləri ilə müəyyən olunur.
50Hs tezlikli şəbəkə üçün q və m-in verilmiş qiymətlərində LC-nin zəruri qiymətini sorğu kitablarında verilən qrafiklərdən təyin etmək olar. LC-ni təyin etdikdən sonra L və C-nin qiymətlərini qənaətcillik, minimal qabarit ölçüləri və qiyməti nəzərə almaqla seçmək olar.
Drosselin induktivliyinin minimal qiymətini, süzgəcin mCL>Ry və mCL> l/mCC - induktiv reaksiyası şərtini nəzərə almaqla aşağıdakı düsturla hesablamaq olar:
Lmin=2RH/(m2–1)mfC (7.30)
|