|
Microsoft Word II -an imp.+
|
bet | 92/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -an Hamarlayıcı süzgəclər
Ümumi məlumatlar. Düzlənmiş sabit gərginliyin döyünmələri elektron qurğularının, həmçinin, radioelektron apparaturanın işini pisləşdirir, yaxud, onların işini qeyri mümkün edir. Müxtəlif istehlakçılar (tələbatçılar) üçün döyünmə əmsallarının yolverilə bilən qiymətləri müəyyənləşdirilmişdir.
Düzlənmiş gərginliyin döyünmə əmsalı Kd01 aşağıdakı kimi təyin edilir:
Kd01=U01т/U0, yaxud Kп01% =(U01т/U0 )·100% (7.5)
Döyünmə əmsalı düzlənmiş gərginliyin əsasən, 1-ci harmonikasından asılı olduğundan, adətən, onu 1-ci harmonikaya görə təyin edirlər. Ona görə də sadələşdirmək məqsədilə döyünmə əmsalını sonrakı ifadələrdə Kd işarələmək məqsədə uyğundur.
Döyünmə əmsalı Kd < 0,1% olduqda kiçik, 0,1%-dən 1%-ə qədər orta, Kd
> 1% olduqda böyük hesab olunur. Məlum düzləndirici sxemlərinin döyünmə əmsalı 157%-dən (biryarımperiodlu birfazalı sxem üçün) 5,7%-ə qədər (üçfazlı körpü sxemi üçün) həddə yerləşir. Bu qiymətlər, adətən, yol verilə bilən qiymətlərdən çox böyükdür. Kd – nin qiymətini yolverilən qiymətlərə qədər azaltmaq üçün hamarlayıcı süzgəc tətbiq olunur. Süzgəcin düzlənmiş gərginliyin döyünmələrini azaltmaq qabiliyyəti q ilə işarə olunan hamarlama əmsalı ilə təyin olunur.
Ümumi halda
q = Kd.gir./Kd.çıx. (7.6)
burada Kd.gir. və Kd.çıx - süzgəcin girişində və çıxışındakı döyünmə əmsalıdır.
Süzgəclərə qoyulan əsas tələbdən – düzlənmiş gərginliyin döyünmələrinin hamarlanması vəzifəsindən başqa süzgəcə aşağıdakı tələblər qoyulur:
Süzgəcdə gərginlik itkisi və gərginliyin sabit toplananının düşküsü minimal olmalıdır, yəni o, minimal ölçülərdə, kütlədə və qiymətdə ən böyük f.i.ə.-yə malik olmalıdır;
Süzgəc tələbatçının işinə təsir etmir;
Süzgəcin yaratdığı xarici elektromaqnit sahələri elektron qurğularının, radio qurğuların işini pozmamalıdır.
Keçid prosesləri zamanı süzgəc elektroqida mənbəyinin və tələbatçının elementləri üçün yol verilə bilən hədləri aşmayan gərginlik artmaları və ifrat cərəyanlar yaratmamalıdır;
Süzgəcin müxtəlif budaqlarında (manqalarında) düzlənmiş gərginliyin döyünmələrinin kəskin artmasına gətirib çıxaran rezonans hadisələrinin yaranmasından qaçmaq üçün onun məxsusi tezliyi döyünmələrin əsas tezliyindən olduqca az olmalıdır;
Verilmiş temperatur diapazonunun hüdudlarında süzgəc yüksək etibarlığa malik olmalıdır.
Hamarlayıcı süzgəcləri təşkil olunduğu elementlərə görə, onların birləşmə sxeminə görə və budaqlar adlanan bu elementlərin sayına görə fərqləndirirlər.
Sadə birbudaqlı (birmanqalı) süzgəclər kondensatordan, yaxud, induktivlik sarğacından, mürəkkəb süzgəclər induktivliklərin, kondensatorların, rezistorların birləşməsindən ibarətdir. Mürəkkəb çoxbudaqlı süzgəc bir neçə sadə süzgəcdən ibarət olur.
Ən geniş tətbiq olunan süzgəclər C – tutum, L – induktiv, LC – induktiv- tutum, RC – rezistiv-tutum süzgəcləridir.
|
| |