Tutum süzgəci. Düzləndirici blokun çıxışında yükə paralel qoşulan kondensator C sadə tutum süzgəcidir. Qida gərginliyinin qiymətinin artdığı zaman kondensator periodik yüklənir və qida gərginliyi onun uclarındakı gərginlikdən az olduqda yük dövrəsinə boşalır. Belə ki, kondensator boşalma zamanı, əvvəlcədən toplanmış enerjini yükə verir və nəticədə yükdə gərginlik kondensatorun olmadığı hal ilə müqayisədə nisbətən daha az hüdudlarda dəyişir. Tutum süzgəcinin hamarlayıcı təsiri məhz bundan ibarətir.
Kondensator dəyişən cərəyan üçün, düzləndirici blokun çıxışında qoşulduğu halda isə düzləndirilmiş cərəyanın dəyişən toplananı üçün tutum müqavimətidir, yəni
XC=1/mqC (7.7)
burada т – düzləndirmə sxemindən asılı olan, m=f01/fq -ə bərabər olan əmsaldır, f01 – düzlənmiş gərginliyin 1-ci harmonikasının tezliyi; fq – qida şəbəkəsinin tesliyi; ωq=2πfq - qida şəbəkəsinin dairəvi tesliyidir.
Yükə paralel qoşulma zamanı dəyişən cərəyana görə kondensatorun şuntlayıcı təsiri döyünmələrin hamarlanmasını aşağıdakı şərt ödəndikdə təmin edir:
Yaxud (7.7) nəzərə alınsa
XC<<Ry (7.8)
(1/mωqC)<<Ry (7.9)
Bu şərt ödənildiyi halda düzlənmiş cərəyanın dəyişən toplananının böyük bir hissəsi kondensatordan yerə qapanmış olur.
Şək.7.7. Tutum süzgəcinin sxemi (a), ekvivalent sxemi (b), kondensatorda gərginliyin dəyişməsi qrafiki (c).
190
İnduktiv süzgəc. İnduktiv süzgəc, drossel adlanan, ferromaqnit içlikli yüklə ardıcıl qoşulan induktivlik sarğacıdır (şək. 12.8). Düzləndirilən cərəyanın dəyişən toplananı drosselin maqnit içliyində, dövrənin cərəyanının dəyişmələrinə əngəl yaradan əks-E.H.Q. induksiya edən maqnit seli yaradır. Düzləndirilən cərəyanın dəyişən toplananının amplitudunun azalması yükdə gərginlik döyünmələrinin azalmasını əmələ gətirir. Yüklə ardıcıl qoşulmuş drosselin hamarlama təsiri məhz, bundan ibarətdir.
Şək.7.8. İnduktiv süzgəci
Məlumdur ki, qL=mCL/RH artdıqca ventillərin (diodların) qoşulu vəziyyətinin zaman müddəti artır, və düzlənmiş gərginliyin döyünmələri azalır. Bu düsturda surət mCL drosselin ХL induktiv müqavimətidir, yəni
ХL=mCL (7.10)
Beləliklə düzləndirilmiş gərginliyin döyünmələrini azaltmaq üçün drosselin induktiv müqaviməti ХL , yükün müqaviməti Ry-dən çox böyük olmalıdır, yəni
ХL >>Ry , yaxud mCLRy (7.11)
(7.11) şərti ödənildikdə L drosselinin uclarında düzləndirilmiş gərginliyin çox böyük bir hissəsi ayrılır, adətən drosselin aktiv müqaviməti rL az olduğundan drosseldəki aktiv gərginlik düşküsünü nəzərə almamaq olar, və onda düzlənmiş gərginliyin sabit toplananı bütövlükdə Ry yük müqavimətində ayrılmış olur. Bu süzgəc üçün hamarlama əmsalı q=Kп.вх/ Kп.вых -nin hesablanma düsturunu almaq üçün süzgəcin girişindəki Kd.gir və çıxışındakı Kd.çıx döyünmə əmsallarını müqayisə etmək lazımdır.
Süzgəcin girişindəki döyünmə əmsalı:
Kd.gir.=U01m/U0 (7.12)
Süzgəcin çıxışındakı döyünmə əmsalı:
Kd.çıx.=U’01m/U’0 (7.13)
(7.12), (7.13) ifadələrində və aşağıda verilmiş ifadələrdə U01m və U’01m – süzgəcin girişindəki və çıxışındakı düzlənmiş gərginliklərin 1-ci harmonikalarının amplitudlarının qiymətləridir; U0 və U’0 – süzgəcin girişində və çıxışında düzlənmiş gərginliklərin orta qiymətləridir. Süzgəcin çıxışında U’01m və U’0 gərginliklərinin qiymətləri U’01m=I’01mRH, ifadəsi ilə təyin edilir. Burada
I01m
U01m ;
(7.14)
0 (R r
U’0= I’0Ry, burada I U0 .
y L)
Göstərilən ifadələrdə I’01m və I’0 – yükdəki düzlənmiş cərəyanın qiymətləri uyğun olaraq əsas harmonikanın və düzlənmiş cərəyanın orta qiymətləridir.
(7.13) ifadəsində gərginliyin və cərəyanın alınmış qiymətlərini daxil etməklə, həmçinin,(7.12) ifadəsini nəzərə almaqla aşağıdakı ifadələri alırıq:
U R r
Кd.çıx =
U0
=Кd.gir=
(7.15)
(7.12) ifadəsindən Кd.gir –i и və (7.13) ifadəsindən Кd.çıx-ı (7.6) -ya daxil etməklə, bu süzgəcin hamarlama əmsalını aşağıdakı şəkildə alarıq:
y
L
L
R r 2 X 2
q = Кd.gir./Кd.çıx. =
(7.16)
Ry rL
Ry >>rL olduğundan, onda q
buradan da
/Ry yaxud q=
/ Ry və
L= /m C (7.17)
Yaxşı hamarlama q>>1 qiyməti ilə təyin olunduğundan, bu halda drosselin induktivliyi aşağıdakı kimi təyin olunar
L= Ryq/m C (7.18)
Bu ifadəyə uyğun olaraq induktiv süzgəcin hamarlama əmsalı
olacaq
q=mCL/RH (7.19)
(7.19)-dan göründüyü kimi, mümkün qədər böyük hamarlama əmsalı almaq üçün drosselin L induktivliyini və fazaların т sayını artırmaq olar. Ona görə də induktiv süzgəcləri çoxfazalı böyük güclü düzləndiricilərdə (R y müqavimətinin çox da böyük olmadığı halda böyük yük cərəyanları) tətbiq etmək daha məqsədə uyğundur.
|