|
Güc elektron qurğuları və onların sxemotexnikası
|
bet | 101/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -an Güc elektron qurğuları və onların sxemotexnikası
Güc elektron qurğuları böyük güclərə hesablanmış elektrik qida sistemlərinin tərkib hissəsi olub, güclü elektrik proseslərini idarə etmək üçün nəzərdə tutulub. Bu qurğuların əsasını güc elektron cihazları təşkil edir. Güc elektron cihazlarının malik olduqları məxsusi üstünlükləri güc qurğularında güclü cərəyanlı və zəif cərəyanlı dövrələr və elementlər arasında əlaqə yaratmağı xeyli asanlaşdırır. Bu qurğularda güc elektron cihazları bir qayda olaraq açar rejimində işləyirlər.
İlk vaxtlar güc qurğuları tiristorlar əsasında qurulurdu. Lakin bağlanmayan tiristorların idarə impulsları ilə söndürülə bilməməsi bu cihazların əsas çatışmazlığı olub, tiristorun söndürülməsi üçün kifayət qədər mürəkkəb sxemin istifadə olunmasını tələb edir.
Sonralar işlənib hazırlanmış güc bipolyar tranzistorları da tam mükəmməl elektron açar sxemləri qurmağa imkan vermirdi.
Yalnız güc sahə tranzistorlarının və İGBT-lərin yaranmasından sonra tam idarə oluna bilən və öz xassələrinə görə ideal açarlara yaxın olan elektron açarları qurmaq mümkün olmuşdur. Bu isə güclü elektrik proseslərinin idarə olunması ilə bağlı müxtəlif məsələləri xeyli asanlaşdırmağa imkan vermişdir.
Ən geniş yayılmış tipik güc qurğuları aşağıdakılardır:
kontaktsız dəyişən və sabit cərəyan dəyişdirən qurğular (cərəyan kəsiciləri);
dəyişən gərginliyi birqütblü sabit gərginliyə çevirən düzləndiricilər;
sabit gərginliyi dəyişən gərginliyə çevirən invertorlar;
Bir tezlikli gərginliyi digər tezlikli gərginliyə çevirən çeviricilər;
bir sabit gərginliyi digər qiymətli sabit gərginliyə çevirmək üçün nəzərdə tutulmuş sabit gərginlik çeviriciləri (konvertorlar);
bir sayda fazalı gərginliyi digər saylı fazalı gərginliyə çevirmək üçün nəzərdə tutulmuş fazalar sayı çeviricisi ;
şəbəkədəki reaktiv gücü, və cərəyan və gərginliyin formasını kompensə etmək üçün nəzərdə tutulan kompensatorlar (güc əmsalının korrektoru)
Mahiyyətcə güc qurğuları güclü elektrik siqnallarının çevrilməsini yerinə yetirirlər. Ona görə də texnikanın bu sahəsini çevirici texnikası da adlandırırlar.
Həm tipik, həm də xüsusiləşdirilmiş güc qurğuları texnikanın çox sahəsində və həm də praktiki olaraq istənilən mürəkkəb elmi avadanlıqda istifadə olunur.
Güc qurğularının geniş istifadə olunduğu bir sıra avadanlıqları və qurğuları nəzərdən keçirək:
elektrik intiqalı;
akkumulyatorların doldurulması üçün elektrik avadanlığı;
kompüterlər;
avtomobillərin elektrik avadanlığı;
təyyarələrin və kosmik aparatların elektrik avadanlığı;
radiorabitə qurğuları;
teleyayım avadanlığı;
elektrik işıqlandırma qurğuları (lüminofor lampaların qidalandırılması və s.);
elektrik alətləri;
məişət texnikası avadanlıqları.
İnformativ elektronikanın, xüsusən də mikroprosessor texnikasının nailiyyətləri güc qurğularının geniş tətbiq olunmasında böyük rol oynayır.
Güc qurğularının qurulması zamanı aşağıda sadalanan prinsiplər və məsələlər nəzərə alınır:
Faydalı iş əmsalının artırılması vacib məsələlərdən biri olub elektrik enerjisinə yüksək qənaət əldə etməyə imkan verir;
Böyük gücə malik olan qurğularda güc cihazları yalnız açar rejimində istifadə olunmalıdır, əks halda bu cihazlarda enerji itkiləri çox yüksək olur.
Güc dövrələrində bir qayda olaraq rezistorlar istifadə olunmamalıdır, rezistorlarda böyük güc səpələnir və bu isə faydalı iş əmsalını azaldır;
Güc qurğularının texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması üçün ən effektiv və çox istifadə olunan üsullardan biri güc cihazlarının dəyişdirilmə tezliyinin artırılmasıdır;
Bir qayda olaraq idarəetmə dövrələri və güc dövrələri arasında qalvanik ayrılma nəzərdə tutulmalıdır;
Elektrik şəbəkənin və yükün biri-birindən qalvanik ayrılması transformatorlarla təmin edilir;
Güc qurğusunun işlənib hazırlanması zamanı onun qəza hallarında qorunması üçün tədbirlər həyata keçirilməlidir.
|
| |