|
İdarə olunan düzləndiricilər
|
bet | 104/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -anİdarə olunan düzləndiricilər. Qeyd olunduğu kimi düzləndirici dəyişən gərginliyi birqütblü (biristiqamətli, düzlənmiş) gərginliyə çevirmək üçün nəzərdə tutulmuşdur. Düzləndiricilər ən geniş istifadə olunan güc qurğularındandır.
Diodlar əsasında qurulan düzləndiriciləri idarəolunmayan, idarəolunan güc cihazları əsasında qurulan düzləndiriciləri isə idarəolunan adlandırırlar.
İdarəolunan düzləndiricilərin əsasını adətən bağlanmayan tiristorlar təşkil edirlər. Düzləndiricilərdə dəyişən cərəyan kəsicilərində olduğu kimi belə tiristorların natamam idaəolunması ilə bağlı olan çatışmazlığı adətən özünü büruzə vermir, çünki dəyişən gərginliyin təsiri ilə tiristorlar avtomatik bağlanır.
Qidalandıran gərginliyin fazalarının sayına görə düzləndiriciləri birfazalı və çoxfazalı düzləndiricilərə bölürlər. Çoxfazalı düzləndiricilər içərisində ən geniş istifadə olunanları üçfazalılardır.
Şək. 7.26. İGBT əsasında olan cərəyan kəsicisinin sxemi
edir.
Relenin idarə olunması üçün 10...30mA qədər idarəetmə cərəyanı kifayət
İdarəolunan bir fazalı körpü düzləndirici. Belə düzləndirici nisbətən az
güclü: yüz vatta qədər, bəzən bir kilovata qədər gücə malik olan qurğularda geniş istifadə olunur. Çıxışına qoşulan yükün növündən asılı olaraq düzləndiricinin aktiv və aktiv-induktiv yükə işi fərqli olur (şək. 7.27).
Şək. 7.27. İdarəolunan bir fazalı körpü düzləndiricinin sxemi
Aktiv yükə qoşulmuş idarəolunan düzləndiricinin işi. Baxılan düzləndirici üçün idarəetmə bucağı ugir qida gərginliyinin müsbət yarımdalğası ilə T1 və T4 tiristorlarının uyğun qoşulma məqamları arasındakı, həmçinin, ugir qida gərginliyinin mənfi yarımdalğası ilə T2 və T3 tiristorlarının uyğun qoşulma məqamları arasındakı fazaya görə bucaq sürüşməsinə deyilir.
=0 olduqda idarəolunan düzləndiricidəki proses idarəolunmayan adi körpü düzləndiricidə baş verən elektrik prosesi ilə üst-üstə düşür. Düzləndiricinin elektrik parametrləri üçün riyazi ifadələr olduğu kimi qalır.
idarəetmə bucağının sıfırdan fərqli qiymətində düzləndiricidə baş verən elektrik proseslərinin təhlili mürəkkəbləşir. Belə ki, idarəetmə bucağının qiymətindən asılı olaraq absis oxu boyunca bir neçə parçalarda (zaman oxu boyunca bir neçə parçalarda) sxemin bütün tiristorları bağlanmış olur və ugir gərginliyinin həmin parçalarda paylanması məsələsinin həll etmək lazım olur. Həm də tiristorların ikisi düz gərginlik altında, o biri ikisi isə əks gərginlik altında olur.
|
| |