• Gərginlik
  • Microsoft Word II -an imp.+




    Download 3,55 Mb.
    bet106/142
    Sana27.05.2024
    Hajmi3,55 Mb.
    #255298
    1   ...   102   103   104   105   106   107   108   109   ...   142
    Bog'liq
    Microsoft Word II -an

    Şəbəkə ilə idarə olunan invertorlar tələb olunan tezliyi və invertorun çıxışındakı gərginliyin qiymətini təmin edən dəyişən gərginlik mənbəyinin olmasını tələb edir. Məsələn, elektrik intiqalı invertor rejimində məhz asılı kimi işləyir. Asılı olan invertorlar həm də sabit cərəyanda elektrik enerjisinin ötürülməsi sistemlərində də tətbiq olunur.
    Avtonom (asılı olmayan) invertorlar dəyişən gərginlik mənbəyi olmadan fəaliyyət göstərir. Tələb olunan tezlikli və qiymətli dəyişən gərginlik invertorun özü ilə yaradılır. Məsələn, metalın induksion qızdırılması və əridilməsi üçün çeviricilərdə avtonom invertorlar tətbiq olunurlar.
    Elektrik parametrinin növünə görə invertorlar iki növə: cərəyan invertorları gərginlik invertorlarına bölünürlər.
    Cərəyan invertoru onunla xarakterikdir ki, sabit gərginlik mənbəyindən axan giriş cərəyanı güc cihazlarının rejiminin dəyişməsi zamanı praktiki olaraq dəyişmir, yəni giriş dövrəsi cərəyan mənbəyi rejimində işləyir. Adətən,cərəyanın sabitliyini böyük induktivliyə malik olan induktivlik sarğacı təmin edir.
    Gərginlik invertoru gərginlik mənbəyi rejimində işləyən giriş dövrəsinə malikdir. Güc cihazları verilmiş tezlik və gərginliyin dəyişən qütbü ilə bu mən- bəni yükə qoşur və nəticədə yükdə düzbucaqlı formalı dəyişən gərginlik yaranır. Birfazalı körpülü avtonom invertorun sxemini nəzərdən keçirək (şək.
    7.29). Dörd ədəd bağlanmayan tiristor əsasında qurulan avtonom cərəyan invertorunda tiristorların birləşməsi idarəolunan düzləndiricidə olduğu kimidir.
    Lakin invertorun girişində gərginliyi ugir olan sabit gərginlik mənbəyi var. Bu mənbənin qütbləri düzləndiricinin çıxış gərginliyinin qütblərinə əksdir, bu isə sabit gərginlik mənbəyindən yükə enerjinin ötürülməsinin zəruri şərtidir.
    Aktiv-induktiv yüklü düzləndiricinin sxemində olduğu kimi nəzərdən keçirilən invertorun sxemində də induktivlik sarğacı var.
    Sxemdə qəbul edilir ki, sarğac dövrəsindəki igir cərəyanı sabitdir.
    İnvertorun çıxışında, yəni dəyişən cərəyan dövrəsində C kondensatoru, və Ry və Ly parametrli aktiv-induktiv yük var.
    Hesab etmək olar ki, kondensator və yük ilə əmələ gəlmiş rəqs konturu yüksək keyfiyyətliliyə malikdir, bunun nəticəsində də çıxış gərginliyi uçıx praktiki olaraq sinusoidaldır.

    Şək.7.29. Birfazalı körpülü avtonom cərəyan invertorunun sxemi



    Download 3,55 Mb.
    1   ...   102   103   104   105   106   107   108   109   ...   142




    Download 3,55 Mb.