Sabit cərəyan kəsiciləri. Bu növ kəsicilər sabit cərəyan dövrəsinə qoşulan yükləri qoşub açmaq üçün nəzərdə tutulub. Yükdəki gərginliyin impulslarının davametmə müddəti və fasilə müddəti arasındakı nisbəti dəyişməklə (yəni impuls tənzimlənməsi yerinə yetirməklə) sabit cərəyan kəsicilərinin köməyilə həmçinin, gərginliyin orta (yaxud təsiredici) qiymətini tənzimləmək olar.
Əvvəllər güclü sabit cərəyan kəsiciləri bağlanmayan tiristorlar əsasında qurulurdu. Belə qurğular sxemlərinin mürəkkəbliyi ilə fərqlənirdilər.
Hal-hazırda sabit cərəyan dövrələrində kommutasiya üçün əsasən, sahə tranzistorları, İGBT, bağlanan tiristorlar (Gate turn – off thyristor – GTO), qoşulması və söndürülməsi üçün daxil edilmiş sahə tranzistoru istifadə olunan
sahə tranzistorlu tiristorlar (MOS – control thyristor – MCT), bəzi hallarda isə bipolyar tranzistorlar istifadə olunurlar.
Müasir güc yarımkeçirici cihazları minlərlə amper cərəyanları kommutasiya etməyə və minlərlə volt gərginliyə dözməyə qabildirlər.
b)
Şək. 7.25. Sadə idarəetmə sxeminə malik olan cərəyan kəsicisi:
tiristorlu; b) simistorlu.
Mahiyyətcə sabit cərəyan kəsiciləri güc cihazlarının qorunmasını təmin edən idarəetmə sistemləri və elementləri ilə tamamlanmış güclü elektron açarlarıdır (məsələn, tranzistorlar).
Paralel qoşulmuş diodlu İGBT əsasında olan cərəyan kəsicisinin sxemini nəzərdən keçirək (şək.7.26). Bu qurğu izolyasiya gərginliyi 4000B, kommutasiya edilən gərginliyi 0...600V, kommutasiya olunan cərəyan 120A-ə qədər, qoşulmuş vəziyyətdə qalıq gərginliyi 2,5V olan 5П20.10GDA1-120-6 tipli bərkcisimli elektron rele əsasında qurulub.
Rele xarici D3 diodu ilə birlikdə İGBT-nin müdafiəsini təmin edən daxil edilmiş D1 dioduna malikdir.
Nəzərdən keçirilən relenin əsas xüsusiyyəti qalvanik olaraq güc dövrəsi ilə əlaqəli olan Uqida (çıxış üzrə gərginlik) qida gərginliyinin istifadə olunması və idarəetmə dövrəsinin isə güc dövrəsindən qalvanik olaraq ayrılmış olmasıdır.
|