• Sabit cərəyan generatorlarının gərginlik tənzimləyicisi.
  • Dəyişən cərəyan generatorunun gərginlik tənzimləyicisi




    Download 3,55 Mb.
    bet111/142
    Sana27.05.2024
    Hajmi3,55 Mb.
    #255298
    1   ...   107   108   109   110   111   112   113   114   ...   142
    Bog'liq
    Microsoft Word II -an

    Dəyişən cərəyan generatorunun gərginlik tənzimləyicisi. Bir sıra aqreqatlarda, xüsusən aviasiya texnikasında istifadə olunan aqreqatlarda işçi gərginliyin tənzimlənməsi, onun hüdudlarına nəzarət olunması və qəzalı hallarda elektrik qida mənbələrinin və onların qidalandırdığı avadanlıqların qorunmasını təmin etmək üçün bir sıra orijinal sxem həlləri istifadə olunur. Şəkil 8.5 - də verilmiş sxemdə çıxışındakı gərginliyi ilkin həyəcanlandırıcı dolağındakı cərəyanın avtomatik dəyişdirilməsi hesabına stabilləşdirilən təyyarə dəyişən cərəyan generatorunun quruluşu təsvir olunmuşdur.


    Şək.8.5. Geniş istifadə olunan dəyişən cərəyan generatorunun sxematik quruluşu


    Sxemdən göründüyü kimi generator, 12 qütblü sabit maqnit blokundan, sabit ilkin həyəcanlandırıcı sahə dolağından və 3-fazalı dolaqlardan ibarət olan sabit maqnit generatorundan, fırlanan üçfazalı düzləndirici ilə qidalandırılan rotor dolağından və çıxış stator dolaqlarından ibarətdir.


    Elektron gərginlik tənzimləyicisindən ilkin həyəcanlandırıcı sahə dolağa verilən cərəyanın dəyişməsi hesabına maqnit sahəsinin dəyişməsi baş verir və bu hesaba çıxış gərginliyinin artıb azalmasına uyğun olaraq, bu cərəyanın qiymətini azaldıb artırmaqla çıxış gərginliyini böyük dəqiqliklə stabilləşdirmək mümkün olur. Adətən, müasir təyyarələrdə elektron gərginlik tənzimliyiciləri EİM (eninə impuls modulyasiya) prinsipi ilə qurulur, yəni həyəcanlandırıcı dolağa verilən cərəyan, davam etmə müddəti idarə olunan sabit impuls cərəyanı olur.

        1. Sabit cərəyan generatorlarının gərginlik tənzimləyicisi. Bəzi təyyarələrdə istifadə olunan sabit cərəyan generatorlarında gərginliyin tənzimlənməsi üçün vibrasiyalı kontakt tənzimləyicisi, kömürlü tənzimləyici və

    s. sxemləri tətbiq edirlər.
    Şəkil 8.6-da vibrasiyalı kontakt tənzimləyicisinin, şəkil 8.7 - də isə kömürlü gərginlik tənzimləyicisinin sxemi verilmişdir.

    Şək.8.6. Sabit cərəyan generatorlarının vibrasiyalı kontaktlı gərginlik tənzimləyicisi




    Şək.8.7. Sabit cərəyan generatorlarının kömürlü gərginlik tənzimləyicisi.


    Kiçikölçülü təyyarələrdə, məsələn, Cessna 172S-də quraşdırılan avadanlıqların hamısı sabit cərəyan gərginliyinə, belə ki, köhnə buraxılış təyyarələrdə 14V-a və yenilərində isə 28V-a hesablandığından, bu təyyarələrdə istifadə olunan diod düzləndirici bloku dəyişən cərəyan generatorunun (Alternator) daxilində quraşdırılır və bu generatorlarda elektron gərginlik tənzimləyicisi istifadə olunur. Dəyişən cərəyan generatorunun və onda tətbiq olunan düzləndirici blokun qoşulma sxemi şəkil 8.8-də göstərilmişdir.

    Şək.8.8. Dəyişən cərəyan generatorunun və onun düzləndirici blokunun qoşulma sxemi


    Dəyişən cərəyan generatorunun elektron gərginlik tənzimləyici blokunun sxemi isə şəkil 8.9-da göstərilmişdir.

    Şək.8.9. Dəyişən cərəyan generatorunun elektron gərginlik tənzimləyicisinin sxemi


    Elektron gərginlik tənzimləyicisi generatorun daxilində maqnit sahəsinin tənzimlənməsini təmin edən həyəcanlandırıcı dolağa (Field) 0...3V intervalında tənzimlənən, sabit impuls cərəyanlı gərginlik verir.
    Müasir magistral təyyarələrdə tələb olunan 28V sabit gərginliyi almaq üçün mühərriklərdə quraşdırılmış (İDG – integrated engine driven generator) dəyişən cərəyan generatorlarının hasil etdiyi 3 fazalı 115/200V, 400Hs dəyişən gərginlik birinci dolağı ulduz sxemi üzrə, ikinci dolaqlarından biri ulduz, digəri isə üçbucaq sxemi üzrə qoşulan 3 fazalı transformatordan və Larionov sxemi üzrə qoşulan 3 fazalı körpü düzləndirici bloklarından ibarət olan transformator- düzləndirici bloku (transformer – rectifier unit) vasitəsilə bu gərginliyə çevrilir (şək.8.10).


    Şək.8.10. 3-fazalı təyyarə transformator-düzləndirici bloku




        1. Download 3,55 Mb.
    1   ...   107   108   109   110   111   112   113   114   ...   142




    Download 3,55 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Dəyişən cərəyan generatorunun gərginlik tənzimləyicisi

    Download 3,55 Mb.