• Sabit gərginlik stabilizatoru.
  • Çevirici qurğu.
  • Təyyarə elektrik qida mənbələri və çeviriciləri




    Download 3,55 Mb.
    bet110/142
    Sana27.05.2024
    Hajmi3,55 Mb.
    #255298
    1   ...   106   107   108   109   110   111   112   113   ...   142
    Bog'liq
    Microsoft Word II -an

    Təyyarə elektrik qida mənbələri və çeviriciləri





        1. Bort düzləndirici qurğuları. Uçuş aparatlarında tətbiq olunan düzləndiricilər bir qayda olaraq ikiyarımperiodlu düzləndirici sxemləri üzrə qurulur. Böyük güclərə malik olan avionika avadanlıqlarını qidalandırmaq üçün

    3-fazalı, azgüclü avionika qurğularını qidalandırmaq üçün isə bir fazalı düzləndiricilərdən istifadə olunur. Təyyarə avadanlığında, az güclü elektron qurğularının normal işini təmin edən, dəyişən gərginliyi tələb olunan sabit gərginliyə çevirən düzləndiricidən və stabilitronlu parametrik stabilizatordan təşkil olunmuş sadə qida blokunun sxemi şəkil 8.1-də və onun işçi nöqtələrdə gərginliklərinin zaman diaqramları isə şəkil 8.2-də verilmişdir. Çıxış gərginliyinin qiyməti seçilmiş stabilitronun (Zener diodunun) stabilləşdirmə gərginliyi ilə müəyyən olunur.

    Şək. 8.1. Zener diodu əsasında azgüclü stabil gərginlik mənbəyi




    Şək. 8.2. İşçi nöqtələrdə gərginliklərin zaman diaqramları



        1. Sabit gərginlik stabilizatoru. Şəkil 8.3 – də təyyarələrdə istifadə olunan 12V sabit cərəyan gərginliyi ilə qidalandırılan motorların (servo- motorların) qidalanma gərginliyinin təmin olunması sxemi verilmişdir. Bu sxem tənzimləyici elementə (tranzistora) malik olan parametrik stabilizator sxemi əsasında qurulmuşdur. Sxemdə D1 diodu (stabilitron) dayaq gərginliyinin formalaşdırılmasını, yüklə ardıcıl qoşulmuş TR1 tranzistoru, bir tənzimləyici element kimi yük cərəyanı dəyişdiyi halda da çıxış gərginliyinin stabilliyini və satabilizatorun çıxışında tələb olunan yük cərəyanının olmasını təmin edir.


    Şək.8.3. Tənzimləyici elementli gərginlik stabilizatorunun sxemi



        1. Çevirici qurğu. Şəkil 8.4 – də həm sənaye, həm məişət avadanlıqlarında, eyni zamanda HG-lərin bortunda geniş tətbiq olunan 3-fazalı motorların sürətinin rəvan tənzimlənməsini təmin edən çevirici qurğularından birinin sxemi verilmişdir. Çevirici Larionov sxemi üzrə qurulmuş 3-fazalı düzləndiricidən, güclü sahə tranzistorları əsasında qurulmuş invertordan (sabit gərginliyi dəyişən gərginliyə çevirən qurğu) və onun mikrokontroller bloku əsasında qurulmuş idarəetmə blokundan təşkil olunmuşdur.



    Şək.8.4. 3-fazalı motorun sürətini tənzimləmək üçün çevirici qurğunun sxemi




        1. Download 3,55 Mb.
    1   ...   106   107   108   109   110   111   112   113   ...   142




    Download 3,55 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Təyyarə elektrik qida mənbələri və çeviriciləri

    Download 3,55 Mb.