|
Qeyd: Elektrik qida mənbələrinin qurulmasında istifadə olunan elektron cihaz və qurğuların şərti qrafiki işarələnməsi əlavə
|
bet | 109/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -anQeyd: Elektrik qida mənbələrinin qurulmasında istifadə olunan elektron cihaz və qurğuların şərti qrafiki işarələnməsi əlavə 1-də və ən geniş tətbiq olunan cihazların əsas parametrləri, istismar şərtləri tətbiq sahələri əlavə 2-də, əlavə 3-də isə yarımkeçirici elektron cihazlar və onlar əsasındakı elektron qurğularının parametrlərinin və qoşulma sxemlərinin təhlilinə aid misallar verilmişdir.
ANALOQ VƏ İMPULS QURĞULARININ AVİASİYA AVADANLIĞINDA TƏTBİQİ SXEMLƏRİ
Bort avionika qurğuları və sitemləri haqda ümumi məlumat
“Avionika” sözü “aviation electronics” söz birləşməsindən əmələ gəlmişdir və “Aviasiya elektronikası” deməkdir. Təyyarənin avionikası dedikdə bortunda olub, uçuşların idarə olunmasına xidmət edən bütün elektron sistemlər başa düşülür. Geniş mənada isə həm bortda, həm də yerdə uçuşların idarə olunmasını təmin edən bütün elektron sistemlər avionika sistemləri adlanır.
Digər tərəfdən avionika bir elm və texnika sahəsi olub, fizika, ektronika, ölçmə texnika və s. kimi digər elm sahələri ilə sıx əlaqədə olaraq, avionika elektron qurğularının işlənib hazırlanması və onların aviasiya sahəsində tətbiqi məsələləri ilə bağlı olan praktiki tədqiqatları həyata keçirən bir sahədir.
Avionika sistemləri dedikdə hava gəmisinin elektron sistemləri başa düşülür. Hal-hazırda müasir təyyarələrin bütün sistemləri elektron- laşdırıldığından bütün bort sistemləri: elektrik qida sistemi, radioelektron sistemlər və cihaz sistemləri birlikdə təyyarənin avionikası hesab olunur.
Aviasiya elektronikasının avioniklərinin (mütəxəssislərinin) fəaliyyət sahəsi heç də təkcə aerodynes (havadan ağır uçuş aparatları) ilə məhdudlaşmır. Baxmayaraq ki, bu termin əsasən elektronika avadanlığının bortda tətbiqi və istismarını nəzərdə tutur, həm də uçuşların idarə olunması üçün nəzərdə tutulmuş yerüstü avadanlıqlara da aid edilir (məsələn, radar, məsafədən idarəetmə avadanlığı və s.).
İlk konstruksiya edilmiş təyyarələrin sürəti və sərnişin tutumu çox məhdud olduğu halda, müasir laynerlər dəmiryolu qatarının daşıya biləcəyi qədər sərnişin daşıya bilər, qırıcı təyyarələr səs sürətindən bir neçə dəfə çox sürətlə uçurlar. Ona görə də təyyarəçinin ani dəyişən vəziyyətə nəzarət etməsi və nəhəng maşını idarə etməsi olduqca çətinləşmişdir. Bir sıra məsələlərin uğuru həll edilməsi üçün pilotsuz uçuş aparatlarının (PSUA) yaradılmışdır. Hal- hazırda müxtəlif cür belə aparatlar və hətta böcəklər - may böcəyi, iynəcik, arı və s. ölçülərində mikroelektromexaniki aparatlar yaradılmışdır. Belə aparatları həm açıq havada, həm də bağlı yerlərdə müxtəlif məqsədlər üçün istifadə edirlər. Kiçikölçülü aparatlarda pilot olmadığından, onların kənardan idarə olunmasını təmin etmək lazımdır. Bununla əlaqədar olaraq, texniki elmlərin yeni sahəsi olan “avionika” sahəsi, yəni AVİasiya + elektroNİKA yaranmışdır. Başqa
sözlə desək avionika müasir uçuş aparatlarının içərisindəki elektronika ilə məşğul olur. Eyni zamanda bort elektron qurğularının bütöv kompleksi də avionika adlanır. Bu avadanlığa, yəni təyyarənin avionikasına bort radioavadanlığı, elektrik avadanlığı, ölçmə-hesablama aparaturası, bort radarları və kompüterləri, “qara qutu”, bütün növ cihaz avadanlığı aiddir. Avionika uçuşun və təyyarələrin, vertolyotların, raketlərin və PSUA-nın işinin idarə olunması üçün istifadə olunur. Hava mühiti onlar üçün qaldırıcı qüvvə mənbəyi, hərbi sahədə isə zərurət yarananda tələb olunan trayektoriyanı və uçan obyektin, məsələn idarəolunan bombanın halını təmin etməyə imkan verən hərəkəti “həyəcanlandıran” rolunu oynayır. Avionika müxtəlif növ aviasiya vasitələrinin, o cümlədən, məsafədə idarəolunan hava şarlarının və aviamodellərin idarəolunmasını və onlar tərəfindən qoyulmuş məsələlərin həll edilməsini təmin edir. Mülki aviasiyada avionika vasitəsilə havada hərəkətin rasional təşkili yerinə yetirilir, sərnişinlərin və heyətin təhlükəsizliyi və komfortu, hava gəmiləri ilə çatdırılan yüklərin qorunması təmin edilir. Avionika həmçinin təsərrüfat işlərinin aparılması zamanı da: böyük tikinti konstruksiyalarının quraşdırılması, kənd təsərrüfatı məhsullarının emalı, faydalı qazıntıların axtarışı, yanğınların söndürülməsi, fövqəladə hadisələr ocaqlarında fəaliyyət və s. hallarda böyük rol oynayır.
Avionika (Aviasiya elektronikası) mühərrikin işə salınması anından onun təyinat aeroportunda dayanmasına qədər pilotun baş köməkçisi rolunu oynayır. O, yer ilə müntəzəm radiorabitənin yaradılmasına cavabdehlik daşıyır, hava gəmisinin yerini, onun kursunu və sürətini təyin edir, yəni naviqasiyanı yerinə yetirir. Avionika pilotları maneə - hündür dağ, yaxud digər uçuş aparatı ilə yaxınlaşmaqda xəbərdar edir və təhlükədən qaçmaq üçün necə manevr etməsini tövsiyə edir. Avionika həm də, təyyarənin bütün sistemlərinə nəzarət edir və pilotları və yerüstü dispetçerləri uçuş rejimi haqda avtomatik xəbərdar edir.
Aviasiya avadanlıqlarına qoyulan tələblər içərisində yüksək etibarlılığın təmin olunması xüsusi yer tutur. Avadanlıqların saz vəziyyətdə olması ilk növbədə onda istifadə olunan elektron qurğularının sxem həlləri və onların təşkil olunduğu elementlərin istismar-texniki xarakteristikaları ilə müəyyən olunur.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Qeyd: Elektrik qida mənbələrinin qurulmasında istifadə olunan elektron cihaz və qurğuların şərti qrafiki işarələnməsi əlavə
|