• 8.2.8. Elektromexaniki çeviricilər.
  • Microsoft Word II -an imp.+




    Download 3,55 Mb.
    bet112/142
    Sana27.05.2024
    Hajmi3,55 Mb.
    #255298
    1   ...   108   109   110   111   112   113   114   115   ...   142
    Bog'liq
    Microsoft Word II -an

    Bort statik invertorları. Texnikada geniş tətbiq olunan elektron qurğularından biri də statik (elektron) gərginlik çeviriciləridir. Belə çeviricilər sabit cərəyan gərginliyini verilmiş tezlikli və tələb olunan qiymətə malik olan gərginliyə çevirmək üçün nəzərdə tutulur. Şəbəkə gərginliyi yox olduqda, belə elektron qurğu vasitəsi ilə batareyadan götürülən gərginliyin lazım olan qida gərginliyinə çevrilməsi hesabına müəyyən müddət ərzində aparaturanın (məsələn, kömpüter, televizor və s.) işləməsi təmin oluna bilər.

    Hava gəmilərində, yalnız dəyişən cərəyan (A gərginliyi ilə qidalanması nəzərdə tutulan bort cihazlarının fasiləsiz iş rejimini təmin etmək üçün statik çeviricilərdən geniş istifadə olunur. Belə statik çeviricilərdən birinin funksional sxemi şəkil 8.11 - də verilmişdir.

    Şək.8.11. Statik invertorun (çeviricinin) funksional sxemi


    8.2.8. Elektromexaniki çeviricilər. Uçan aparatların əvvəlki modellərin- də elektromexaniki çeviricilərdən istifadə olunmuşdur. Bu çeviricilərdə F.İ.Ə. yüksək olmadığından (50…70%) və bir sıra digər nöqsanları olduğundan son illər praktiki tətbiq olunmurlar. Lakin bəzi hallarda bu cür çeviricilərin istifadəsi praktiiki istismar baxımından daha əlverişli olur. Elektromexaniki çeviricinin sxemi şəkil 8.12 - də verilmişdir.


    Şək.8.12. Elektromexaniki çeviricinin sxemi


      1. Qoruyucu dövrələr və sxemlər


    Elektrik qida sistemlərində tətbiq olunan ən vacib sxemlərdən biri də cərəyana və gərginliyə görə qoruyucu dövrələrdir. Bort avadanlığının daha


    etibarlı mühafizəsi yalnız aşağıdakı bütün qəza hallarından mühafizə təmin olunduqda mümkündür:

    • qidalandırıcı fazalardan hər hansı biri itdikdə;

    • faza gərginliklərindən hər hansı birinin yolverilən həddi aşdığı halda;

    • faza gərginliklərindən hər hansı birinin yolverilən həddən aşağı enməsi halında;

    • şəbəkədəki faza gərginliklərinin ardıcıllığı dəyişdikdə (faza dəyişməsi);

    • şəbəkə xətlərində eyniadlı fazalar olduqda (fazalar üst - üstə düşdükdə);

    • yük xətlərində artıq yüklənmələr olduqda;

    • şəbəkədə və yük xətlərində qısa qapanmalar olduqda;

    • yükün işçi cərəyanının nominal qiymətdən aşağı olduğu halda;

    • şəbəkə gərginliyinin tezliyinin dəyişdiyi halda.

    Hal-hazırda müasir təyyarələrdə bütün sadalanan funksiyaları yerinə yetirən elektron bloklar tətbiq olunur. İstismarda olan təyyarələrin hamısında elektron qoruyucu bloklarla yanaşı bir qayda olaraq elektromexaniki qoruyuculardan istifadə olunurlar.
    Şəkil 8.13 – də generatorun çıxış cərəyanına nəzarət etməyə imkan verən cərəyan transformatorları (CT – current transformer) əsasında qurulan diferensial cərəyan qoruyucusunun sxemi verilmişdir. Şəkil 8.14 - də isə faza itməsini təyin etmək üçün nəzərdə tutulan Merz Prays sxemi verilmişdir.


    Şək. 8.13. Çıxış cərəyanına nəzarət üçün diferensial cərəyan qoruyucusunun sxemi



    Şək.8.14. Faza itməsini təyin etmək üçün Merz Prays sxemi
    Elektron qoruyucu sxemlərin bir sıra üstünlüklərinə baxmayaraq, relelər, kontaktorlar və qoruyucu avtomatlar da hal-hazırda qoruyucu qurğular kimi geniş istifadə olunur. Bu qurğular vasitəsilə avadanlıqların, onların elektrik dövrələrinin ayrı-ayrılıqda qoşulması, dövrədən ayrılması və qəzalı hallarda avtomatik olaraq dövrədən ayrılması təmin edilir. Şəkil 8.15-də qoruyucu avtomatın sxematik quruluşu verilmişdir.

    Şək.8.15. Qoruyucu avtomatın sxematik quruluşu


    Şəkil 8.16 - də elektrik start sisteminin sxemi verilmişdir. Sxemdən göründüyü kimi “start” düyməsi basıldıqda akkumulyatordan starter (motorun) relesinin işçi dolağına cərəyan verilir və bu rele işə düşərək motora (starterə) akkumulyatordan energi verilməsini təmin edir.

    Şək.8.16. Elektrik start sisteminin sxemi



      1. Download 3,55 Mb.
    1   ...   108   109   110   111   112   113   114   115   ...   142




    Download 3,55 Mb.