|
İşıqlanmanın və displeylərin idarə olunması qurğuları
|
bet | 113/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -an İşıqlanmanın və displeylərin idarə olunması qurğuları
İşıqlanmanın idarəolunması sxemləri. Təyyarələrdə işıqların qoşulması və tənzimlənməsi zamanı da əlverişli sxem həllərindən geniş istifadə olunur. Ksenon boru tipli strob lampalarının qoşulma sxemi şək.8.17 – da verilmişdir.
Şək.8.17. Boru tipli ksenon strob lampalarının qoşulma sxemi
İşıqların reostatlarla tənzimlənməsini təmin edən sxem şək.8.18 – da verilmişdir.
Şək.8.18. İşıqların reostatlarla tənzimlənməsi sxem
Bəzi hallarda işıqların daha rəvan və daha yüksək dəqiqliklə, həmçinin, avtomatik tənzimlənməsini təmin etmək üçün aktiv elementlər əsasında
qurulmuş elektron tənzimləmə sxemlərindən istifadə olunur. Tranzistor əsasında qurulmuş elektron işıq tənzimləmə sxemi şək.8.19 - də verilmişdir.
Şək.8.19. Tranzistorlu işıq tənzimləmə sxemi
Şəkil 8.20 - də tranzistorlu işıq idarəetmə (nəzarət) sisteminin elektrik prinsipial sxemi verilmişdir.
Şək.8.20. Tranzistorlu işıq tənzimləmə sistemi
Displeylərin idarə olunması sxemi.
Şəkil 8.17-də Boeing tipli təyyarələrdə istifadə olunan elektromaqnit idarəli olunan CRT (Cathode Ray Tube – Elektron Şüa Borusu) tipli displeyin idarə olunma sxemi verilmişdir. Göstərilən CRT displeyində katod dövrəsinə 12V, modulyator dövrəsinə videosiqnalın səviyyəsindən asılı olaraq 0 – 60V intervalında dəyişən, birinci anod və fokuslayıcı dövrəyə isə 400-600V intervalında tənzimlənən gərginlik verilir. Sonuncu anoda verilən yüksək gərginliyin qiyməti CRT-nin növündən, onun ölçülərindən və təsvirin növündən (ağ-qara, yaxud, rəngli) asılı olaraq 1224kV-a qədər ola bilər.
Şək.8.17. Elektromaqnit idarə olunan CRT displeyinin qoşulma sxemi
|
| |