|
Microsoft Word II -an imp.+
|
bet | 105/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -anİnvertorlar. İnvertorlar sabit gərginliyi dəyişən gərginliyə çevirmək üçün nəzərdə tutulmuş qurğulardır.
Düzləndiricilərlə müqayisədə bunlar əks funksiyanı yerinə yetirirlər. Bu qurğuların hər ikisində çox vaxt eyni sxemotexniki həllər istifadə olunur.
Bundan əlavə bir sıra qurğular həm düzləndirməni, həm də inversləməni yerinə yetirə bilərlər. Bunlarda enerji selinin istiqamətinin dəyişdirilməsi: ya dəyişən cərəyan dövrəsindən sabit cərəyan dövrəsinə (düzləndirici rejimi), ya da əksinə (invertor rejimi) mümkündür. Ümumi olaraq belə qurğuları çeviricilər adlandırırlar (şək.7.28).
Tutaq ki, qurğu dəyişən gərginlik mənbəyinə və u gərginliyinə malik olan sabit gərginlik mənbəyinə qoşulmuşdur, belə ki sonuncudan i 0 cərəyanı axır.
Əgər sabit gərginliyin işarəsi mötərizəsiz verilən hala uyğundursa, onda sabit gərginlik mənbəyinin gücü P müsbət olacaq(P=iu 0).Bu onu göstərir ki, enerji dəyişən cərəyan dövrəsindən sabit cərəyan dövrəsinə ötürülür, yəni çevirici düzləndirici rejimində işləyir. Əgər gərginliyin işarəsi mötərizədə verilən hala uyğundursa, P=-iu 0 olur və bu da onu göstərir ki, enerji sabit cərəyan dövrəsindən dəyişən cərəyan dövrəsinə ötürülür, yəni çevirici invertor rejimində işləyir.
Tiristorlarda cərəyan yalnız bir istiqamətdə axa bildiyindən idarə olunan düzləndiricilərə oxşar olaraq tiristorlu çeviricilərdə cərəyanın istiqaməti dəyişə bilməz. Ona görə də invertor rejiminə keçmə yalnız sabit gərginliyin işarəsinin dəyişməsindən sonra mümkündür.
Cərəyanın istiqamətini təmin edən çeviricilər də mövcuddur. Bunlarda sabit gərginliyin işarəsini dəyişmədən invertor rejimi mümkündür.
Şək..7.28
Belə çeviricilər, məsələn, sabit cərəyan elektrik intiqalında və bu tip qurğularda geniş istifadə olunur. Çevirici düzləndirmə yerinə yetirdikdə elektrik maşını mühərrik rejimində işləyir. Əgər o, inversləmə funksiyasını yerinə yetirirsə onda maşın elektrik enerjisi generatoru rolunu oynayır.
Yalnız inversləmə funksiyasını yerinə yetirən invertorlar daha çox istifadə olunurlar. Belə invertorları tezlik çeviricilərində metalların induksion qızdırılmasında və əridilməsində, qida bloklarında və bir çox digər qurğularda tətbiq edirlər.
İdarəolunma növünə görə invertorlar iki növə bölürlər: şəbəkə ilə idarə olunan (asılı olan) və avtonom (asılı olmayan).
|
| |