Şək. 7.22. Aktiv yükə qoşulmuş tiristorlu cərəyankəsicisinin sxemi
Şək. 7.23 Cərəyan kəsicisinin işini xarakterizə edən zaman diaqramları
Şək. 7.24. Cərəyan kəsicisinin =90 (/2) halı üçün gərginlik diaqramları
ifadəsi ilə təyin olunur. Bu ifadəni
tənzimləmə xarakteristikası
adlandırırlar.
Cərəyan kəsicisinin misalında nəzərdən keçirilən
faza tənzimlənməsi güc qurğularında geniş istifadə olunur. Bu növ tənzimləmə
onunla xarakterikdir ki, yükdəki gərginliyin dəyişdirilməsi idarəetmə bucağının dəyişdirilməsi hesabına təmin edilir.
Güc cihazlarının qoşulması idarəetmə impulslarının köməyilə həyata keçirildiyindən faza tənzimlənməsini həm də
impuls-fazalı idarəetmə adlandırırlar.
Fazalı tənzimləməli qurğuların əsas çatışmazlığı onun çıxışında yük cərəyanının sinusoidal formadan güclü fərqlənməsidir.
Sadə idarə etmə sxemlərinə malik olan tiristorlu və simistorlu cərəyan kəsicilərinin sxemi şəkil 7.25 - də verilmişdir.
S kontaktı açıq olduqda güc cihazı (tiristor, yaxud simistor) bağlı olur. Giriş gərginliyi artdıqca idarəetmə cərəyanı artır düz gərginlik altında olan tiristor açılır, əks gərginlik altında olan tiristor isə bağlı qalır. Növbəti yarımperiodda açıq tiristor bağlanır, bağlı isə açılır (şək.7.25).
Simistorlu sxemin işi analojidir. Bu sxemdə idarəetmə cərəyanının müsbət qiymətində simistor yükdən müsbət yarımperioda, mənfi olduqda isə əksinə mənfi yarımperioda uyğun cərəyan buraxır.
S kontaktı - rele kontaktı, tranzistorlu elektron açarı, qalvanik ayırma təmin edən optocüt və s. ola bilər.