• İS əsasında gərginlik stabilizatoru.
  • Kompensasiyalı stabilizator




    Download 3,55 Mb.
    bet99/142
    Sana27.05.2024
    Hajmi3,55 Mb.
    #255298
    1   ...   95   96   97   98   99   100   101   102   ...   142
    Bog'liq
    Microsoft Word II -an

    Kompensasiyalı stabilizator. Kompensasiyalı stabilizatorunun iş prinsipi mənfi əks əlaqə dövrəsindən istifadə olunmasına əsaslanmışdır. Bu prinsipin yerinə yetirilməsi üçün qurğuda tənzimləyici elementdən (TE) başqa ölçü elementindən (ÇE), müqayisə elementindən (ME) və etalon gərginlik mənbəyindən (Uet) istifadə edilir (şəkil 7.18).

    Ölçü elementinin stabilləşdirilən parametrə mütənasib olan çıxış gərginliyi etalon mənbəyin gərginliyi ilə müqayisə edilir. Müqayisədən alınan xəta (fərq) gərginliyi (Ux=Uet – Uölçü) tənzimləyici elementin ötürmə əmsalını idarə edir. Çıxış parametrinin azalması ilə Ux gərginliyinin artması tənzimləyicinin ötürmə əmsalını artırır ki, bu da çıxış gərginliyinin ilkin qiymətinin qərarlaşmasını təmin edir. Çıxış gərginliyinin artması isə xəta (fərq) gərginliyini azaldaraq tənzimləyici elementin ötürmə əmsalını azaldır.
    Tənzimləyici elementin növündən asılı olaraq stabilizatorlar fasiləsiz və açar tipli kompensasiyalı stabilizatorlara ayrılırlar. Fasiləsiz kompensasiyalı stabilizatorlarda tənzimləyici element kimi aktiv iş rejimində işləyən bipolyar və sahə tranzistorlarından istifadə edilir. Açar tipli kompensasiyalı stabilizatorlarda tənzimləyici element kimi açar rejimində işləyən impuls güc gücləndiricilərindən istifadə edilir.


    Şəkil 7.18. Kompensasiyalı stabilizatorun struktur sxemi


        1. İS əsasında gərginlik stabilizatoru.


    Gərginlik stabilizatorunun stabilizasiya əmsalının kifayət qədər olması və geniş intervalda tənzimlənən olması üçün onun əməliyyat gücləndiricisi əsasında qurulması, yaxud K142EN2 tipli inteqral mikrosxemlər əsasında qurulması tələb olunur. Ona görə də stabilizatorun nisbətən sadəliyini və eyni zamanda
    parametrlərinin dayanıqlığını təmin etmək üçün stabil qida gərginliyinin qiymətinin əvvəlcədən göstərilən diapazon üçün konkret seçilməsi daha məqsədə uyğundur. Bir tərəfdən gərginliyin qiymətinin böyük seçilməsi güc dövrələrində axan cərəyanın qiymətinin az olmasını təmin edir, digər tərəfdən isə həmin dövrələrdəki elementlərə tətbiq olunan işçi və sıçrayış gərginliklərinin yüksək olmasına gətirib çıxarır. Mövcud analoqlarda qida gərginliyinin 9-18V intervalında fiksə olunmuş qiymətini təmin edən LM317T markalı stabilizatorlar tətbiq olunur. Bu stabilizatorların analoqu KREN markalı stabilizatorlar da istismar xarakteristikalarına görə əlverişli hesab oluna bilər. LM317T markalı mikrosxem əsasında qurulmuş stabilizatorun sxemi şəkil 7.19-da göstərilmişdir.
    Sürüşmə dövrəsinin köməyi ilə verilmiş intervalda gərginliyin qiymətini qoymaq olar. Bu stabilizator giriş gərginliyinin 24V  10% qiymətində çıxışda R1 və R2 rezistorlarının köməyi ilə 918V volt intervalında gərginliyin fiksə olunmuş qiymətini 200500 stabilləşdirmə əmsalı ilə təmin edir.


    Şək.7.19. İS əsaslı gərginlik stabilizatoru





      1. Download 3,55 Mb.
    1   ...   95   96   97   98   99   100   101   102   ...   142




    Download 3,55 Mb.