Qida gərginliyinin stabilləşdirilməsi qurğuları
Düzləndirilmiş gərginliyin orta qiymətinin dəyişməsi və döyünmə əmsalı bir çox hallarda müasir element bazası üçün buraxıla bilən qiymətlərdən böyük olur. Odur ki, ikinci qida mənbələrinin çıxış gərginliklərinin tələb olunan stabilliyini təmin etmək üçün əlavə qurğulardan istifadə etmək lazım gəlir. Çıxış gərginliyinin stabilliyinin təmin olunmasına iki ayrıca məsələ kimi baxmaq olar. Bu məsələləri çıxış gərginliklərinin ani qiymətlərinin stabilləşdirilməsi (gərginliyin dəyişən toplananının (təşkiledicisinin) - gərginliyinin döyünməsinin azalması) və çıxış gərginliyinin orta qiymətinin verilmiş səviyyədə stabilləşdirilməsi kimi formalaşdırmaq olar.
Çıxış gərginliyinin ani qiymətinin stabilləşdirilməsi gərginliyin ötürül- məsi dövrəsinə əlavə manqa daxil etməklə həyata keçirilir. Bu manqanın gərginliyin dəyişən toplananına görə ötürmə əmsalı sabit toplananına görə ötürmə əmsalından kəskin az olur. Nəticədə gərginliyin sabit toplananı yükə demək olar ki, dəyişməz ötürülür, dəyişən toplananı isə daxil edilən manqa ilə yükdən ibarət olan bölücü vasitəsilə zəiflədilir.
Çıxış gərginliyinin orta qiymətinin stabilləşdirilməsi, sabit toplanana görə ötürmə əmsalı dəyişən əlavə manqanın köməyi ilə həyata keçirilir. Manqanın ötürmə əmsalı elə dəyişir ki, çıxış gərginliyinin verilmiş qiymətdən fərqlənməsi azalmış və yaxud tamamilə aradan götürülmüş olsun. Bu funksiyanı yerinə yetirən manqa stabilizator adlanır. Müasir stabilizatorlar iki sinfə – parametrik və kompensasiyalı stabilizator siniflərinə ayrılır.
Parametrik gərginlik stabilizatoru. Parametrik stabilizatorlarda çıxış gərginliyinin stabilliyi yarımkeçirici elementin məxsusi qeyri-xəttiliyi hesabına təmin edilir. Belə stabilizatora nümunə olaraq stabilitronda yaradılan qurğunu göstərmək olar (şəkil 7.12). Bu sxemdə çıxış gərginliyinin stabilliyini təmin etmək üçün VD1 stabilitronunun əks elektrik deşilməsi zonasından istifadə edilir. Fərz edək ki, çıxış gərginliyi Uçıx, yük müqaviməti Ryük və giriş gərginliyinin dəyişmə diapazonu ( Ugir.max və Ugir.min) verilmişdir. Gərginlik oxunda giriş gərginliyinin Ugir.max və Ugir.min qiymətləri qeyd edilir və bu nöqtələrdən ballast Rb müqavimətinin qiyməti ilə təyin olunan bucaq altında düz xətlər çəkilir. Stabilitronun xarakteristikasının bu xətlərlə kəsişmə nöqtələri qurğunun çıxış gərginliyinin qiymətlərini müəyyən edir. Burada İb=İst və Ry >> Rb qəbul edilir. Stabilitronun VAX-nın qeyri-xəttiliyi üzündən giriş
gərginliyinin
U gir
U gir.maks U gir. min
dəyişməsi çıxış gərginliyinin
Uçıı
Uçıı .maks Uçıı . min
dəyişməsinə uyğun gəlir, belə ki,
U gir
Uçıı
olur.
Şəkil 7.12. Parametrik gərginlik stabilizatoru
Qurğunun stabilləşmə əmsalını şərtlərinə görə təyin etmək olar. Bu halda
U gir
Uçıı = 0 və R yük = const
İ gir
U gir / Rb
və Uçıı
İ gir rd ,
burada rd – stabilitronun diferensial müqavimətidir.
Uçıı / ugir
İ gir rd / İ gir Rb ;
(Ku ) st
(U gir /U gir ) /(Uçıı /Uçıı ) Uçıı Rb /(U gir rd ) ,
burada
U gir
(U gir maks U gir min ) / 2.
Parametrik stabilizatorun hesablanması ifadələrlə yerinə yetirilə bilər:
I st min I st I st maks
şərtində aşağıdakı
( Ugir.min – Uçıx ) / Rb = Uçıx / Ryük.min + İst.min ; ( Ugir.max – Uçıx ) / Rb = Uçıx / Ryük.max + İst.max .
|