|
Microsoft Word II -an imp.+
|
bet | 82/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -anKontakt çeviriciləri. Burada ölçülən mexaniki yerdəyişmə elektrik dövrəsini idarə edən kontaktların açılıb və ya bağlanmasına çevrilir.
Reostat çeviriciləri. Burada reostatın dəstəyi ölçülən qeyri-elektrik kəmiyyətin qiymətinə uyğun olaraq yerini dəyişir. Reostat çeviricilərin giriş kəmiyyətləri dəstəyin xətti və ya bucaq yerdəyişməsi olur.
Tenzomüqavimətlər. Tenzomüqavimətlərin iş prinsipi tenzoeffekt hadisəsinə əsaslanır. Belə ki, naqil mexaniki deformasiyaya uğradıqda (naqilin uzunluğu dəyişdikdə) onun aktiv müqaviməti dəyişir.
Şəkil 6.3. Çeviricinin xətti xarakteristikası
Tutum çeviriciləri. Tutum çeviricisi kondensatordan, məsələn, tutumu
c S /
ilə ifadə olunan müstəvi kondensatordan ibarətdir. Tutum çeviriciləri
müxtəlif qeyri – elektrik kəmiyyətlərinin 4 istiqamətdə dəyişməsi hallarında istifadə oluna bilər. Belə ki, ölçülən qeyri – elektrik kəmiyyəti kondensatorun köynəkləri arasındakı δ məsafəsi; köynəyin S səthi; dielektrik nüfuzluq ε əmsalı; kondensatorun dielektrik itkiləri ilə funksional əlaqədə ola bilər.
Pyezoelektrik çeviricilər. Bu çeviricilər pyezoelektrik effektinə əsaslanıb. Düzünə və əksinə pyezoelektrik effektlər mövcuddur. Düzünə pyezoelektrik effekti mexaniki gərginlik təsiri altında bəzi dielektriklərin tillərində elektrik yüklərinin yaranması ilə əlaqədardır. Əksinə pyezoelektrik effekt elektrik sahəsində yerləşdirilmiş pyezoelektrik materialın həndəsi ölçülərinin dəyişməsi ilə əlaqədardır. Pyezoelektik material kimi kvars, titanat barium, seqnet duzu, dihidrofosfatammonium, kalium dihidrofosfat, turmalin, etilendiamintatrat kimi materiallardan istifadə edirlər.
Elektret çeviriciləri. Elektret sabit polyarizasiyaya malik dielektriklərə deyilir. Belə dielektriklər əks tərəflərində müxtəlif yüklərə malik olurlar və bu
yüklər uzun müddət ərzində saxlanılır. Elektretlər dielektrikə güclü elektrik sahəsinin təsiri ilə alınır.
|
| |