Temperatur – tezlik çeviricisi




Download 3,55 Mb.
bet85/142
Sana27.05.2024
Hajmi3,55 Mb.
#255298
1   ...   81   82   83   84   85   86   87   88   ...   142
Bog'liq
Microsoft Word II -an

Temperatur – tezlik çeviricisi


Temperatur – tezlik çeviriciləri gərginlik – tezlik çeviriciləri əsasında yaradılır. Belə çeviricinin struktur sxemi şəkil 6.9 - da göstərilmişdir.



Şəkil 6.9. Temperatur – tezlik çeviricisinin struktur sxemi


Çeviricinin iş prinsipi gərginliklə idarə olunan aşağı tezlik generatorunun yaratdığı rəqslərin tezliyinin termorezistorun RT müqavimətinin temperatur təsirindən dəyişməsindən olan asılılığına əsaslanmışdır.
Termorezistor əvəzinə diod temperatur çeviricisindən istifadə etmək olar. Bu üsulla yaradılan temperatur – tezlik çeviricisi, məsələn, D9 tipli diod üzərində yaradılan temperatur çeviricisi 0÷100 °C temperatur diapazonunu
±0,1 °C dəqiqliklə ölçməyə imkan verir (şək. 6.10).
Əməliyyat gücləndiricisi (ƏG) inteqrallayıcı funksiyasını yerinə yetirir. İnteqrallayıcı dövrədəki 150 nF tutuma malik kondensatorun köməyi ilə düzünə kompensasiya (əvəzetmə) yolu ilə temperatur dəyişmələrini böyük sürətlə izləmək mümkün olur. 4300 nF tutuma malik kondensator -10 V – a qədər dolduqda inteqrallayıcı bir keçidli VT1 tranzistoru vasitəsilə ilkin vəziyyətə qayıdır. VD1 diodu 6,2 V dayaq gərginliyi formalaşdırır və temperaturun “sıfır” və “maksimum” qiymətlərinə uyğun stabil dayaq gərginliyini təmin edir (bu gərginlik həmçinin birkeçidli tranzistorun açılmasının hədd gərginliyini təmin edir). Bu diod, həmçinin VD2 diodundan axan 1 mA cərəyanı da təmin edir. VT2 tranzistoru çıxış impulslarının TTM İMC – lə birgə işini razılaşdırmaq üçündür.
Sxemin işi gərginliyin tezliyə çevirməsinə əsaslanmışdır. R1 potensiometrinin dəstəyindəki gərginlik VT1 tranzistorunu aça biləcək ana qədər inteqrallanır (cəmlənir). Kondensatorun boşalması VT1 vasitəsilə baş verir. Rəqslərin tezliyi temperaturdan asılı olur, çünki temperaturun dəyişməsi ilə VD2 diodundakı gərginlik düşküsü dəyişir və uyğun olaraq gücləndiricinin düzünə girişindəki gərginlik dəyişmiş olur.
Sxemin kalibrə olunması zamanı VD2 diodu temperaturu 100°C olan mühitdə yerləşdirilir. R2 potensiometri vasitəsilə 1 kHs tezlik təmin edilir. Sonra, diod 0°C – yə qədər soyudulur və R1 potensiometri vasitəsi ilə 0 Hs tezlik təmin edilir. Tənzimləmənin qarşılıqlı təsirini aradan qaldırmaq üçün göstərilən əməliyyat 2–3 dəfə təkrarlanır. Sxemin kalibrə olunmasından sonra
çıxış tezliyinin qiyməti 10 dəfə temperaturdan böyük olur, məsələn, 37,5°C temperaturda çıxış tezliyi 375 Hs olur.

Şəkil 6.10. Diod üzərində yaradılan temperatur çeviricisinin sxemi



    1. Download 3,55 Mb.
1   ...   81   82   83   84   85   86   87   88   ...   142




Download 3,55 Mb.