FƏSİL 6. QEYRİ – ELEKTRİK KƏMİYYƏTLƏRİ ELEKTRİK KƏMİYYƏTLƏRİNƏ ÇEVİRƏN ELEKTRON QURĞULAR
Qeyri – elektrik kəmiyyətlərin elektrik siqnallarına çevrilməsi prosesində qeyri – elektrik kəmiyyətləri elektrik siqnallarına çevirən qurğular – çeviricilər mühüm rol oynayır. Belə çevrilmələrə temperatura uyğun olaraq E.H.Q.-si dəyişən termocütləri; işıq selinə uyğun elektrik cərəyanı yaradan fotoelementləri; sürüngəcin xətti və ya bucaq yerdəyişməsinə uyğun olaraq müqaviməti dəyişən reostat çeviricilərini aid etmək olar.
Qeyri – xətti X kəmiyyətinin elektrik cihazı ilə ölçülməsi prinsipinə təyyarənin (avtomobilin) bakındakı benzinin səviyyəsinin ölçülməsi timsalıənda baxmaq olar (şəkil 6.1)
Şəkil 6.1. Benzin bakında səviyyənin ölçülməsi sxemi
Bakdakı benzinin səviyyəsi, yəni X kəmiyyəti, üzgəc (1) vasitəsi ilə müəyyən edilir. Üzgəcin şaquli vəziyyətdə yerinin dəyişməsi R reostatının dəstəyinin (2) ötürücüsü vasitəsilə yerdəyişməsinə səbəb olur. Beləliklə,
qurğunun bu hissəsi ölçülən X kəmiyyətinin qiymətinin reostatın dəstəyinin 𝑙
yerdəyişməsindən birqiymətli asılılığını təmin edir, yəni R 𝑙. Qurğunun
elektrik ölçü dövrəsi cərəyanın R müqavimətindən birqiymətli asılılığını təmin edir. Odur ki, elektrik ölçü cihazının göstəricisi bilavasitə ölçülən kəmiyyətin X qiymətlərinə uyğun olaraq bölünə bilər.
Əgər E mənbəyi gərginliyin sabitliyini təmin etmirsə, bu halda, göstərici kimi loqometrdən istifadə etmək olar. Bu halda reostat çeviricinin R müqaviməti ilə şkalanın fərqlənməsi arasındakı birqiymətli əlaqə (əlavə RD müqavimətinin sabitliyi şərti daxilində) E gərginliyinin dəyişməsi hallarında da gözləniləcəkdir.
Qeyri – elektrik kəmiyyətlərinin elektrik cihazları ilə ölçülməsi sisteminin strukturu ayrı-ayrı ölçü çeviricilərindən təşkil edilir. Məsələn, benzinin səviyyəsinin ölçülməsi halında ölçü çeviriciləri ardıcıllığı
X L R n
dövrəsi şəklində göstərilə bilər. Buna uyğun struktur sxem şəkil 6.2 - də göstərilmişdir.
Burada n çevrilməsi göstərişin müşahidəçi tərəfindən vizual
nəzarətdən istifadə etməklə və ya qeydedici cihazlarda insanın iştirakı olmadan avtomatik olaraq sayılmasından və qeyd edilməsindən ibarətdir.
Qeyri – elektrik kəmiyyətlərinin elektrik ölçülməsi üçün cihazlar konstruktiv cəhətdən 3 müstəqil qovşağa bölünürlər: verici (çevirici), ölçü qurğusu və göstərici (qeydedici). Bu qovşaqlar ayrı-ayrılıqda yerləşdirilə bilərlər və ya öz aralarında müxtəlif əlaqə xətti vasitəsi ilə əlaqələndirilə bilərlər.
Çevirici cihazın vericisi (datçiki) bilavasitə ölçmə obyektində yerləşdirilən müxtəlif çeviricilərin konstruktiv yığımına deyilir.
Çeviricinin xarakteristikası çıxış kəmiyyətinin giriş kəmiyyətindən olan asılılığı funksiyasından ibarətdir və analitik ifadə və ya qrafik vasitəsilə verilə bilər. Adətən, çalışırlar ki, xarakteristika xətti olsun, yəni giriş və çıxış kəmiyyətlərinin asılılığı düz mütənasib olaraq dəyişsin.
Şəkil 6.2. Qeyri – elektrik kəmiyyətlərinin elektrik cihazları ilə ölçülməsi sisteminin strukturu
Çeviricinin
X
xətti xarakteristikasını qurmaq üçün iki parametr:
çıxış kəmiyyətinin giriş kəmiyyətinin sıfır qiymətinə uyğun olan başlanğıc
0 qiyməti və xarakteristikanın nisbi meylliyinin göstəricisi olan
S X
dikliyi kifayətdir (şək.6.3). Nisbi meylliyin göstəricisi S, bəzən, çeviricinin
hissetmə qabiliyyəti adlanır və giriş-çıxış kəmiyyətlərinin təbiətindən asılıdır (Om/mm, mV/dər., mkA/lm, Hs/V, dövr/san və s.).
Qeyri – elektrik kəmiyyətlərin ölçü çeviricilərinin növləri aşağıdakılardır:
|