Gərginlik – zaman çeviriciləri .
Gərginlik impulsunun Um amplitudunun zaman intervalına çevrilməsi aşağıdakı struktur sxemlə həyata keçirilə bilər (şəkil 6.4).
Şəkil 6.4. Gərginlik – zaman çeviricisinin struktur sxemi
Müsbət giriş impulsu VD diodu vasitəsi ilə tutumu böyük olmayan kondensatoru doldurur. Dolmanın zaman sabiti giriş impulslarının davametmə müddətlərindən bir neçə dəfə az olduğundan kondensator ani müddət ərzində Um qiymətinə qədər dolur. İmpulsun kəsilməsi ilə kondensator boşalmağa başlayır və kondensatordakı Uc gərginliyi
UC(t) = Um – kt
qanunu ilə dəyişir. Uc gərginliyi eyni zamanda komparatorun birinci girişinə verilir. Komparatorun ikinci girişi yerin sıfır potensialına qoşulur.
Sxemdən göründüyü kimi, giriş impulsu eyni zamanda formalaşdırıcı qurğuya da təsir edir. İmpulsun arxa cəbhəsinə uyğun zaman anında trigger işçi vəziyyətə (çıxışında yüksək potensial) keçir. Kondensatordakı gərginlik azalaraq sıfır potensialına yaxınlaşdıqda, komparator işə düşür və özünün çıxış siqnalı ilə triggeri ilkin vəziyyətə qaytarır. Beləliklə, trigger, kondensatorun t=Um/k
(Uc(t)=Um-kt=0) boşalma müddətində işçi vəziyyətdə qalaraq
x = t = Um / k
zaman intervalını formalaşdırır (şəkil 6.5).
x zaman intervalını rəqəm
formasında qeyd etmək lazım gələrsə, bu zaman intervalını nümunəvi tezliyə malik impulslarla doldurmaqla rəqəmə çevirmək olar.
İmpulsun arxa cəbhəsi ilə işə düşən triggerlərdən istifadə olunan hallarda formalaşdırıcı qurğunu sxemdən kənar etmək olar.
|